Previous Next
Bağla

“Kaspersky” "Təhlükəsiz internet" mövzusunda seminar keçirib

06-03-2020 14:13
“Kaspersky” "Təhlükəsiz internet" mövzusunda seminar keçirib

Xeberler.az bildirir ki, “Kaspersky” şirkəti “Dərs Evi” təhsil mərkəzində uşaqlar və valideynləri üçün təhlükəsiz internet mövzusunda seminar keçirib. Seminarda məruzəçi qismində “Kaspersky” şirkətinin Azərbaycandakı nümayəndəsi Müşviq Məmmədov çıxış etdi.
Seminarda məruzəçi valideynlərin uşaqlarda qadjet vərdişlərini necə inkişaf etdirdiklərini və erkən yaşlarda elektron cihazlardan həddindən artıq istifadənin neqativ nəticələrindən danışdı. O, həmçinin qeyd edib ki, hər valideyn uşağı ilə internet məkanda olan mümkün təhlükələr barədə söhbətlər aparmır.

“Uşağı zərərli məzmundan və digər onlayn təhlükələrdən qorumaq üçün valideynlər ilk növbədə uşaqlarla etibarlı münasibət qurmalı və şəbəkədəki təhlükəsiz davranış
qaydaları haqqında danışmalıdırlar. Uşaqların əksəriyyəti məktəbə getdikdə şəxsi gadjetə sahib olurlar və valideynlərin onlarla təmasda olması xüsusilə vacibdir. Azərbaycanda 7-10 yaş arası uşaqların təxminən 30% -nin smartfon və ya planşeti var, yeniyetmələr arasında isə (11-14 yaş) isə bu göstərici 67% -ə çatır”, - Müşviq
Məmmədov dedi.

Şirkətin Azərbaycandakı nümayəndəsi seminar iştirakçılarına həmçinin kiberhücum təhlükəsi barədə də məlumat verdi, qeyd etdi ki, internetdəki təhdidlər real həyatda da ciddi təhlükəyə çevrilə bilər. Bundan başqa, seminar iştirakçılarına bir çox aktual kiber təhdidləri tanıyan və bloklayan, yersiz məzmunu süzgəcdən keçirən və potensial təhlükəli onlayn təmasların qarşısını alan “Kaspersky Safe Kids” həlli barədə məlumat təqdim edildi.

“Bu həll vasitəsilə valideynlər uşağın sosial şəbəkədə dərc etdiyi məlumatlardan və dost siyahısındakı dəyişikliklərdən xəbərdar ola bilər, real vaxt rejimində uşağın yerini də öyrənə bilərlər. Bütün bu funksiyalar yalnız uşağın şəbəkəyə qoşulduğu halda aktiv olur. Uşaqlar cihazlarında şəbəkəni söndürdüyü zaman, valideyn bu barədə məlumat alır”, - bunu M.Məmmədov dedi.

“Kaspersky” şirkətinin təşkil etdiyi seminar interaktiv formatda keçirildi, təqdimat zamanı iştirakçılar şirkət nümayəndəsindən suallarına ətraflı cavablar aldılar. Ümumilikdə seminarda 50-dən çox valideyn, uşaq və tələbə, habelə blogerlər və media nümayəndələri iştirak etdilər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Kaspersky: valideynlər uşaqları ilə internet təhlükəsizliyi qaydalarını müzakirə edib

Kaspersky: valideynlər uşaqları ilə internet təhlükəsizliyi qaydalarını müzakirə edib

20-02-2020
Kaspersky: Valideynlərin dörddə biri yeni doğulmuş körpələrə qadjet verir

Kaspersky: Valideynlərin dörddə biri yeni doğulmuş körpələrə qadjet verir

17-01-2020
Kaspersky: Valideynlər internetdən istifadədə özlərinə nəzarət etmir

Kaspersky: Valideynlər internetdən istifadədə özlərinə nəzarət etmir

24-10-2019
 “Valideynlər övladını kibertəhlükədən qorumur”

“Valideynlər övladını kibertəhlükədən qorumur”

15-11-2016
Kaspersky-in nümayəndəsi: Kiber təhlükəsizliyin tam təmin edilməsinə dair fərdi həllər təklif edirik

Kaspersky-in nümayəndəsi: Kiber təhlükəsizliyin tam təmin edilməsinə dair fərdi həllər təklif edirik

29-04-2020
Şəbəkə uşaq oyuncağı deyil: uşağı internetdə necə qorumalı

Şəbəkə uşaq oyuncağı deyil: uşağı internetdə necə qorumalı

26-08-2022
Azərbaycanda uşaqların təxminən üçdə biri hər gün video oyun oynayır

Azərbaycanda uşaqların təxminən üçdə biri hər gün video oyun oynayır

19-05-2020
Valideynlər uşaqlarının hansı videolara baxdıqlarını  izləyə biləcəklər

Valideynlər uşaqlarının hansı videolara baxdıqlarını izləyə biləcəklər

01-06-2022
Şagirdləri internetdə zərərli məlumatlardan necə qorumaq olar?

Şagirdləri internetdə zərərli məlumatlardan necə qorumaq olar?

15-09-2016
Sosial mediada uşaqları təhlükələrdən necə qorumalı?

Sosial mediada uşaqları təhlükələrdən necə qorumalı?

20-02-2017
Kaspersky Lab uşaqlar üçün yeni xidmət istifadəyə verib

Kaspersky Lab uşaqlar üçün yeni xidmət istifadəyə verib

29-07-2016
Kaspersky valideyn nəzarəti məhsullarını sınaqdan keçirib

Kaspersky valideyn nəzarəti məhsullarını sınaqdan keçirib

03-07-2020
Kaspersky 2021-ci ilin payızında uşaqların hansı internet məzmunla maraqlandığını araşdırıb

Kaspersky 2021-ci ilin payızında uşaqların hansı internet məzmunla maraqlandığını araşdırıb

14-01-2022
Kaspersky Lab Azərbaycanda Yeni il tətilində uşaqların internetdə nə axtardıqlarını müəyyənləşdirib

Kaspersky Lab Azərbaycanda Yeni il tətilində uşaqların internetdə nə axtardıqlarını müəyyənləşdirib

04-02-2019
Kaspersky Lab uşaqların internet maraqlarını  araşdırıb

Kaspersky Lab uşaqların internet maraqlarını  araşdırıb

13-09-2019
Kaspersk Azərbacanda uşaqların əsasən hansı saytlara girdikləri araşdırıb

Kaspersk Azərbacanda uşaqların əsasən hansı saytlara girdikləri araşdırıb

08-09-2021
Kaspersky Lab şirkəti uşaqların bu yay nə ilə maraqlandıqlarını araşdırıb

Kaspersky Lab şirkəti uşaqların bu yay nə ilə maraqlandıqlarını araşdırıb

03-09-2018
Kaspersky və Skill Cup uşaqların onlayn təhlükəsizliyi üzrə mobil kursa başlayıb

Kaspersky və Skill Cup uşaqların onlayn təhlükəsizliyi üzrə mobil kursa başlayıb

30-06-2021
Azercell Təhlükəsiz internet təlimin keçirilməsinə dəstək oldu

Azercell Təhlükəsiz internet təlimin keçirilməsinə dəstək oldu

21-01-2020
İnnovasiya həftəsi çərçivəsində Kaspersky Security Day keçirilib

İnnovasiya həftəsi çərçivəsində Kaspersky Security Day keçirilib

28-10-2019
Qəbələ məktəbliləri də internet təhlükəsizliyi haqqında təlim aldı

Qəbələ məktəbliləri də internet təhlükəsizliyi haqqında təlim aldı

19-10-2018
İnternetdən təhlükəsiz istifadənin təlimi keçirilib

İnternetdən təhlükəsiz istifadənin təlimi keçirilib

20-11-2018
Kaspersky Lab Bakıda tədbir keçirəcək

Kaspersky Lab Bakıda tədbir keçirəcək

28-02-2017
Bakcell məktəbliləri İnternetdən təhlükəsiz istifadə ilə tanış edir

Bakcell məktəbliləri İnternetdən təhlükəsiz istifadə ilə tanış edir

07-01-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə