Previous Next
Bağla

Yaşlı nəsil kibercinayətkarların qurbanı olur- Araşdırma

30-09-2016 16:58
Yaşlı nəsil kibercinayətkarların qurbanı olur- Araşdırma

Kaspersky Lab yaşlı internet istifadəçilərinin təcrübələrini araşdırıb.

Ənənəvi olaraq hər ilin oktyabrın 1-i qeyd edilən Beynəlxalq Ahıllar Günü ərəfəsində Kaspersky Lab şirkəti sayı ilbəil artan yaşlı internet istifadəçilərinin davranışını araşdırıb.

Xeberler.az şirkətə istinadən məlumat verir ki, araşdırmanın nəticələrinə əsasən, yaşı 55-dən yuxarı olan istifadəçilər öz kompüter və mobil cihazlarında təhlükəsizlik həllərindən həvəslə yararlandıqları halda, internetə çıxış zamanı öz davranış və vərdişlərini düzəltməyə meyilli deyillər. Bundan başqa, yaşlı nəsil kibercinayətkarlar üçün daha asan hədəfə çevrilir, belə ki, bu yaş kateqoriyasına aid olan respondentlərin 54%-i son 12 ayda kiberhücumlara məruz qalıb.

Bu gün yaşlı nəsil internetdən aktiv şəkildə istifadə edir. Məsələn, yaşı 55-dən yuxarı olan istifadəçilərin 94%-i öz qohum və tanışları ilə elektron poçt vasitəsilə əlaqə saxlayır. Yuxarı yaşlı respondentlərin 90%-i bildirib ki, internet üzərindən onlayn satınalmalar və maliyyə tranzaksiyaları həyata keçirirlər. Diqqət çəkən məqam isə odur ki, bütün bu göstəricilər üzrə yaşlı insanlar gənc nəsildən heç də geri qalmır.

Lakin internetdə şüurlu və ayıq davranışa gəldikdə, yaşlı istifadəçilər gənclərdən daha çox laqeydlik nümayiş etdirirlər. Belə ki, yaşı 55-dən yuxarı olan insanlar nadir hallarda cihazlarında öncədən quraşdırılmış təhlükəsizlik funksiyalarını aktivləşdirir (sorğu olunanların yalnız 28%-i bunu edir) və daha az hallarda ictimai Wi-Fi-a qoşulduqda VPN-dən istifadə edirlər (bu təhlükəsizlik üsulundan isə respondentlərin cəmi 10% istifadə edir). Müqayisə üçün: bütün yaş kateqoriyaları arasında analoji göstəricilər müvafiq olaraq 42% və 16% təşkil edir. Daha böyük təhlükəni mütəxəssislər digər bir faktda görürlər: yaşlı nəsil istifadəçilərin 40%-i maliyyə xarakterli məlumtlarını rahatlıqla ictimai internet saytlarında paylaşırlar. Hətta ən laqeyd yaş qrupu hesab edilən 16-24 yaşlı istifadəçilərdə belə bu göstərici sadəcə 15% təşkil edir.

 Yaşlı nəslin tam mənası ilə informasiya təhlükəsizliyinin risklərini dərk etməməsi bu yaş qrupu nümayəndələrinin tez-tez kiberhücumların qurbanına çevrilməsinə gətirib çıxarır. Sorğu zamanı istifadəçilər bildiriblər ki, onların yaşlı qohumları zərərli proqramlarla rastlaşmış (20%), onlayn fırıldaqçılığın qurbanı olmuş (14%), uyğun olmayan kontentlə rastlaşmış və ya təhlükəli yad insanlarla ünsiyyətdə olmuşlar (12%).

“Yaşlı insanların internetdən aktiv istifadə etməsi çox möhtəşəm haldır: satınalmalar həyata keçirirlər, öz hesablarını idarə edirlər, yaxınları ilə əlaqəni qouryub saxlayırlar. Lakin biz görürük ki, onlar öz məlumatlarının kibertəhlükələrdən qorunmasına xüsusi diqqət yetirmirlər. Bundan başqa, yaşı 55-dən yuxarı olan istifadəçilərin əksəriyyəti hakerlərin qurbanı ola biləcəklərini heç düşünmürlər. Buna görə də biz yaşlı istifadəçiləri və onların daha gənc qohumlarını öz təhlükəsizlik səviyyələrini artırmaq üçün addımlar atmağa və etibarlı müdafiə proqramlarının quraşdırılması ilə yanaşı onlayn davranışlarını nizamlamağa, ayıqlıq və xüsusi ehtiyat göstərməyə, eyni zamanda təhlükəsizlik vasitələrinə qarşı laqeyd olmamağa çağırırıq”, - deyə Kaspersky Lab şirkətinin istehlakçı biznes departamentinin rəhbəri Andrey Moxolya bildirib.

İnternetdə gündəlik fəaliyyətin optimal müdafiəsi üçün bütün cihazlarda tətbiq oluna bilən “Kaspersky Internet Security” kömək edə bilər. Məhsul kompüterlərin, smartfonların və planşetlərin bu gün ən məşhur olan – Windows, Mac, Android və iOS platformalarında təhlükəsizliyini təmin edir. “Təhlükəsiz ödənişlər”, “Antifişinq”, “Məlumatların toplanmasına qarşı müdafiə” və digər funksiyalar internetdə daha sərbəst hiss etməyə kömək edəcək. İntuitiv olaraq anlaşılan interfeys sayəsində proqramı istifadə etmək hətta internet texnologiyasını çox da yaxşı bilməyən cihaz sahibləri üçün də daha asan və rahat olacaq.

 

 Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Valideynlər övladını kibertəhlükədən qorumur”

15-11-2016

Kaspersky-dən yaşlı nəslin kiber təhlükəsizliyinə dair məsləhətlər

11-12-2020

Sosial mediada uşaqları təhlükələrdən necə qorumalı?

20-02-2017

ABŞ sakinləri arasında smartfon və planşet sahiblərinin sayı məlum olub

31-10-2015

Sosial şəbəkə istifadəçilərinin sayı 10 dəfə artıb

14-10-2015

Hansı aylarda maliyyə kiberhücumları daha çox olur?

28-11-2016

Azərbaycan istifadəçilərinin üçdə ikisi kibertəhdidlərlə qarşılaşıb

17-07-2018

İstifadəçilərin 60 faizi antivirus quraşdırmaqda maraqlı deyil

22-02-2019

Kaspersky Lab fərdi istifadəçilərin müdafiəsini təkmilləşdirir

02-09-2016

Texnoloji avadanlıqların təhlükəsizliyini necə qoruyaq?

06-09-2017

Şagirdləri internetdə zərərli məlumatlardan necə qorumaq olar?

15-09-2016

Daha bir skandal – Yaşlı işçiləri qovur

24-03-2018

Kaspersky: Azərbaycanda dələduzların qurbanı daha çox kişilər olur

18-06-2022

ABŞ-da 5 yaşa kimi əhalinin 80 faizi internet istifadəçisidir

18-03-2011

Kaspersky: valideynlər uşaqları ilə internet təhlükəsizliyi qaydalarını müzakirə edib

20-02-2020

YouTube-da videoya ümumi baxış vaxtı Facebook-dan çoxdur

05-10-2015

Səyahətdə olanda internetə qoşulmaq təhlükəlidir?

05-07-2016

Mobil cihazlar vasitəsi ilə pul oğurluğu artacaq

14-04-2017

Qacetlərdən istifadə təhlükə yaradır-Araşdırma

21-06-2018

2016-cı ildə internetdə məxfilik problemi kritik həddə çatacaq

11-11-2015

Onlayn bankçılıqdan sadə əməliyyatlar üçün istifadə edilir

02-05-2015

“Banklar istifadəçi məlumatını qorumaqda çətinlik çəkir”

12-05-2017

Sosial şəbəkələr elektron poçtdan güclü çıxdı

10-03-2009

Kibertəhlükələrlə ən çox Azərbaycan istifadəçiləri üzləşib

26-01-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə