Previous Next
Bağla

İstifadəçilərin 60 faizi antivirus quraşdırmaqda maraqlı deyil

22-02-2019 15:35
İstifadəçilərin 60 faizi antivirus quraşdırmaqda maraqlı deyil

Azərbaycanda istifadəçilərin böyük hissəsi (74%) etiraf edib ki, kibertəhlükəsizlik məsələlərində məlumatlı olmasalar da, antivirus proqramları quraşdırmaqda elə də maraqlı deyillər. Bu məlumatlar Azərbaycanda “Kaspersky Lab” tərəfindən fərdi istifadəçilər arasında keçirilən araşdırma zamanı əldə edilib.

Xeberler.az  bildirir ki, “Kaspersky Lab” şirkətinin məlumatına əsasən, 2018-ci ildə hər ikinci azərbaycanlı istifadəçi (50,1%) müxtəlif növ lokal təhlükələrlə rastlaşıb, 36%-i isə internetdə hücumlara məruz qalıb. Bütün bunlara baxmayaraq, istifadəçilərin yarıdan çoxu evdə istifadə olunan cihazlarına antivirus quraşdırmaqda maraqlı deyillər. Kibertəhlükəsizliyi təmin etmək üçün respondentlərin 76%-i şəxsi konfidensial məlumatlarını qorumaq və onlara vahid çıxışa sahib olmaq istədiklərini
bildiriblər. Bundan başqa, sorğu iştirakçılarının 68%-i qeyd edib ki, özləri və ailələri üçün internetdən təhlükəsiz istifadə ilə bağlı sadə və başa düşülən materiallardan istifadə etməkdə maraqlıdırlar. Ailə üzvlərinin lokasiyasını müəyyən edən tətbiqdən istifadə haqqında söhbət düşdükdə isə, respondentlər cavablarına görə iki bərabər qrupa bölünüblər.

Mobil cihazlardan istifadə zamanı Azərbaycanda istifadəçilərin 62%-i böyük məmnuniyyətlə, bezdirici kontenti, daha dəqiq desək, aruzolunmaz ismarıcları, spam, banner reklamlarını bloka atmaq istədiklərini bildirib. 60% respondent isə öz mobil operatorlarından ödənişli abunəliklərlə bağlı əvvəlcədən xəbərdarlıq almaq istəyir.

“Ünsiyyət, alış-veriş, məzuniyyətin planlaşdırılması, sevimli yeni və köhnə film axşamları, oyunlar və musiqi, son dövrlərdə isə ev üçün müxtəlif cihaz və sistemlərin idarəedilməsi – bütün bunlar artıq internet və digər rəqəmsal həllər sayəsində hər zaman əlçatandır. Cinayətkarların pis niyətlərinə görə biz özümüzü bu rahatlıqlardan məhrum etməli deyilik. Bir çox hallarda istifadəçilər öz rəqəmsal cihazlarının təhlükəsizliyinə nəzarət edə bilərlər: sistem tərəfindən qoyulmuş şifrələri etibarlı şifrələrlə əvəz etmək, daha ayıq-sayıq davranmaq və mütləq şəkildə
bütün cihazlarda müasir müdafiə həllərindən istifadə etmək lazımdır. Biz isə öz növbəmizdə kibertəhlükələr landşaftındakı dəyişiklikləri ciddi şəkildə izləyir və kibercinayətkarların qarşısını almaq, yeni ağıllı sistemləri və istifadəçiləri qorumaq üçün əlimizdən gələni edirik”, - deyə “Kaspersky Lab” şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Kaspersky Lab Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib

24-01-2019

İnternet istifadəçiləri 2018-də hansı təhlükə ilə üzləşəcək? –Proqnoz

21-12-2017

Azərbaycan istifadəçilərinin üçdə ikisi kibertəhdidlərlə qarşılaşıb

17-07-2018

İT şirkətlər azərbaycanlı istifadəçiləri kiberhücumlardan qoruyacaq

02-08-2017

Azərbaycan istifadəçilərinin ən çox hansı kibertəhdidlərlə rastlaşdığı açıqlanıb

01-11-2018

Kaspersky Lab Bakıda tədbir keçirəcək

28-02-2017

Azərbaycanda hansı sosial şəbəkələrin daha çox populyar olduğu müəyyənləşdirilib

19-12-2018

Kaspersky Lab : Azərbaycanda korporativ istifadəçilərin 41faizi fərdi kompüterlərini parolla qorumur

05-02-2019

Azərbaycanda 20 faiz istifadəçi internet təhdidləri ilə üzləşib

30-05-2019

“Valideynlər övladını kibertəhlükədən qorumur”

15-11-2016

Azərbaycanda 2018-ci ildə hər beşinci istifadəçi maynerlərlə qarşılaşıb

01-11-2018

Səyahətdə olanda internetə qoşulmaq təhlükəlidir?

05-07-2016

70 mindən çox istifadəçi zərərli proqram təminatlarının hücumuna məruz qalıb

08-06-2018

Kibertəhlükələrlə ən çox Azərbaycan istifadəçiləri üzləşib

26-01-2017

Yaşlı nəsil kibercinayətkarların qurbanı olur- Araşdırma

30-09-2016

Qacetlərdən istifadə təhlükə yaradır-Araşdırma

21-06-2018

Kaspersky Lab fərdi istifadəçilərin müdafiəsini təkmilləşdirir

02-09-2016

Hansı aylarda maliyyə kiberhücumları daha çox olur?

28-11-2016

İnnovasiya həftəsi çərçivəsində Kaspersky Security Day keçirilib

28-10-2019

Kaspersky Lab Azərbaycanla bağlı təqdimat keçirəcək

15-10-2019

Kaspersky: 2020-cu ildə istifadəçilər daha çox lokal təhlükələrlə qarşılaşıblar

11-03-2020

Ölkədə 12 mindən çox istifadəçi kiberhücuma məruz qalıb

20-02-2018

Bir milyon istifadəçi video oyun əvəzinə təhdid təhlükəsi ilə üzləşib

20-06-2019

Kriptovalyuta sahibləri üçün əsas təhlükələr nələrdir?

17-02-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə