Previous Next
Bağla

Hansı ölkələrdə rəqəmsal mədəniyyət daha yüksəkdir?-Sorğu

24-02-2017 15:01
Hansı ölkələrdə rəqəmsal mədəniyyət daha yüksəkdir?-Sorğu

Microsoft şirkəti tərəfindən keçirilmiş beynəlxalq tədqiqat göstərib ki, internet istifadəçiləri onlayn-ünsiyyətin xarakterindən və bu vəziyyətin gələcəkdə daha da pisləşəcəyindən narahatdır.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, tədqiqatın məqsədi yeniyetmə (13-17 yaş) və böyüklərin (18-74 yaş) internetdə mədəniyyətin səviyyəsi barədə fikirlərini öyrənməkdən ibarət olub.

Sorğuda 14 ölkənin vətəndaşları iştirak edib: Avstraliya, Belçika, Braziliya, Çili, Çin, Fransa, Almaniya, Hindistan, Meksika, Rusiya, CAR, Türkiyə, Böyük Britaniya və ABŞ.

Sorğunun nəticələrinə əsasən, onlayn-ünsiyyət zamanı istifadəçilər internetdə əsas 5 risklə üzləşirlər: arzuolunmaz kontent, nəzakətsiz davranış, iztehza, seksual xarakterli iyrənc ismarıcların alınması, təhqir.

Hər ikinci istifadəçi etiraf edib ki, ən azı bu risklərdən biri ilə qarşılaşıb. Respondentlərin 78%-i təsdiq edib ki, onların yaxınları və dostları risklərə məruz qalıb. 50%-i isə internetdə təhdidlərlə bağlı vəziyyətdən narahat olduqlarını bildirib.

Sorğu iştirakçılarının 61%-i qeyd edib ki, internetdə xuliqanlıqdan zərərçəkmişlərin harada yardım ala biləcəklərindən bixəbərdirlər.

Tədqiqat rəqəmsal mədəniyyət indeksinin hesablanmasının əsasını təşkil edib ki, bu da müəyyən ölkədə istifadəçilərin internetdə risklərə məruzqalma dərəcəsini və təhlükəsizlik səviyyəsini qiymətləndirməyə imkan yaradır. Tədqiqatda iştirak edən ölkələrdə ümumi rəqəmsal mədəniyyət indeksinin göstəricisi 65% təşkil edib.

Soruğunu nəticələrinə əsasən, hər bir internet istifadəçisi tədqiqata daxil edilmiş 17 tip riskdən orta hesabla 2,2-i ilə qarşılaşır.

Ən aşağı indekslər (rəqəmsal mədəniyyətin ən yüksək səviyyəsi) Böyük Britaniya (45%), Avstraliya (51%) və ABŞ-da (55%) qeydə alınıb. CAR (78%), Meksika (76%) və Rusiya (74%) siyahının sonunda yer alıb.

Rəqəmsal mədəniyyət indeksi Microsoft-un ilk növbədə əxlaq komponentinə arxalanan kompüter təhlükəsizliyi indeksinə əsaslanır (2010-cü ildən 2013-cü ilədək hesablanıb).

“Rəqəmsal mədəniyyət indeksi qolfda xalların hesablanması prinsipi əsasında hesablanır: göstərici aşağı olduqca (0-dan 100-dək), respondentlər üçün riskin səviyyəsi də aşağı, müxtəlif ölkələrin internet istifadəçilərinin qiymətləndirilməsinə görə isə rəqəmsal mədəniyyət səviyyəsi daha yuxarı olur.İnternetdə ünsiyyət normasını insanlar özləri müəyyən edir: nəzakət, qasrşılıqlı hörmət, dərdə şərik olmaq – bunlar sivil kommunikasiyanın qəbul olunmuş prinsipləridir. İnternet təhsil, oyun, ideya və faydalı məlumatlar mübadiləsi, bütün dünyada insanların effektiv ünsiyyəti üçün təhlükəsiz bir məkana çevrilməlidir”, - deyə Microsoft-un onlayn-təhlükəsizlik üzrə şöbəsinin rəhbəri Jaklin Boşer bildirib.

Onlayn-ünsiyyətdə etiket normalarına riayət etməyin vacibliyini vurğulamaq məqsədilə Microsoft şirkəti Digital Civility Challenge” təşəbbüsünə start verib. Bu təşəbbüs internetdə davranışın əsas dörd prinsipinə əsaslanmağa və sosial şəbəkələrdə #Challenge4Civility və #Im4DigitalCivility həştəqlərindən istifadə edərək sözügedən prinsiplərlə bölüşməyə çağırır.

  1. Digər internet istifadəçilərinə hörmət və ləyaqətlə yanaşmaq. Şəfqət, mərhəmət və nəzakət göstərmək.
  2. Mədəni təfavüt və hər bir istifadəçinin fikrinə hörmətlə yanaşmaq. Münaqişə vəziyyəti yarandığı halda opponentin cavablarına anlaşma ilə yanaşmaq, şəxsi təhqirlərə yol verməmək.
  3. Razılaşmadığınız şərhə cavab yazmamışdan öncə əsaslı şəkildə düşünmək. Digər istifadəçinin adını ləkələyəcək, özünün və ya ətrafdakıların təhlükəsizliyini təhdidi edə biləcək məlumatlar paylaşmamaq.
  4. İnternet-risklərlə qarşılaşdığınız zaman yardım üçün müraciət etmək, mənfi təsir və kobudluğun qurbanına çevrilmiş istifadəçilərə dəstək olmaq, onları təhdid edən təhlükə barədə xəbər vermək və ləyaqətsiz və təhlükəsiz davranışlar üzrə sübutları saxlamaq.

Microsoft-un bu təşəbbüsünün məqsədi onlayn-ünsiyyət etiketinin cəmiyyətin həyatına təsirinin müzakirələrinə təkan verməkdən, internetdə mədəniyyət səviyyəsini artırmaqdan və kommunikasiyanın təhlükəsizliyini təmin etməkdən ibarətdir.

Şirkətin keçirdiyi tədqiqat barədə ətraflı məlumat burada.

Məltəm Talıbzadə

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Onlayn mühitdə hansı risklər var?-Araşdırma

Onlayn mühitdə hansı risklər var?-Araşdırma

06-02-2018
 “Valideynlər övladını kibertəhlükədən qorumur”

“Valideynlər övladını kibertəhlükədən qorumur”

15-11-2016
Azercell “Təhlükəsiz internet” mövzusunda təlimlərini davam etdirir

Azercell “Təhlükəsiz internet” mövzusunda təlimlərini davam etdirir

18-01-2025
İnsanlar öz yaxınları ilə internetdə ünsiyyət qurmağa üstünlük verir

İnsanlar öz yaxınları ilə internetdə ünsiyyət qurmağa üstünlük verir

30-07-2020
Yaşlı nəsil kibercinayətkarların qurbanı olur- Araşdırma

Yaşlı nəsil kibercinayətkarların qurbanı olur- Araşdırma

30-09-2016
11 Fevral Beynəlxalq Təhlükəsiz İnternet Günüdür

11 Fevral Beynəlxalq Təhlükəsiz İnternet Günüdür

11-02-2025
Məktəblərdə Kiberməkanda təhlükəsiz davranış mədəniyyəti müzakirə olunub

Məktəblərdə Kiberməkanda təhlükəsiz davranış mədəniyyəti müzakirə olunub

23-10-2019
Uşaqların internetdə təhlükəsizliyi necə qorunur?

Uşaqların internetdə təhlükəsizliyi necə qorunur?

26-10-2015
İstifadəçilərin 60 faizi antivirus quraşdırmaqda maraqlı deyil

İstifadəçilərin 60 faizi antivirus quraşdırmaqda maraqlı deyil

22-02-2019
Uşaqlar üçün İnternetdə hansı təhlükələr var? –Müzakirə

Uşaqlar üçün İnternetdə hansı təhlükələr var? –Müzakirə

25-04-2018
Bu gün Beynəlxalq Təhlükəsiz İnternet Günüdür

Bu gün Beynəlxalq Təhlükəsiz İnternet Günüdür

06-02-2018
Azərbaycanda piratçılığın səviyyəsi yüksəkdir-Problem

Azərbaycanda piratçılığın səviyyəsi yüksəkdir-Problem

26-05-2016
Sosial mediada uşaqları təhlükələrdən necə qorumalı?

Sosial mediada uşaqları təhlükələrdən necə qorumalı?

20-02-2017
Kaspersky Lab uşaqlar üçün yeni xidmət istifadəyə verib

Kaspersky Lab uşaqlar üçün yeni xidmət istifadəyə verib

29-07-2016
Nazirlik internetdə zərərli informasiyalarla mübarizəyə başlayır

Nazirlik internetdə zərərli informasiyalarla mübarizəyə başlayır

18-01-2017
Səyahətdə olanda internetə qoşulmaq təhlükəlidir?

Səyahətdə olanda internetə qoşulmaq təhlükəlidir?

05-07-2016
Kaspersky: Valideynlərin dörddə biri yeni doğulmuş körpələrə qadjet verir

Kaspersky: Valideynlərin dörddə biri yeni doğulmuş körpələrə qadjet verir

17-01-2020
Uşaqların internetdə təhlükəsizliyi ilə bağlı ekspress-informasiya nəşr edilib

Uşaqların internetdə təhlükəsizliyi ilə bağlı ekspress-informasiya nəşr edilib

09-02-2016
Kaspersky: insanların yalnız 42 faizi peyvənd olunan və ya antitellərə malik şəxslərlə görüşməyə hazırdır

Kaspersky: insanların yalnız 42 faizi peyvənd olunan və ya antitellərə malik şəxslərlə görüşməyə hazırdır

07-07-2021
Kaspersky: Smartfon istifadəçiləri şifrələrini tərəf müqabillərindən gizlətmir

Kaspersky: Smartfon istifadəçiləri şifrələrini tərəf müqabillərindən gizlətmir

07-01-2022
Kaspersky Lab Azərbaycanda Yeni il tətilində uşaqların internetdə nə axtardıqlarını müəyyənləşdirib

Kaspersky Lab Azərbaycanda Yeni il tətilində uşaqların internetdə nə axtardıqlarını müəyyənləşdirib

04-02-2019
İnternetdəki təhlükələrdən xəbərdarsınızmı?

İnternetdəki təhlükələrdən xəbərdarsınızmı?

25-09-2018
Kaspersky: valideynlər uşaqları ilə internet təhlükəsizliyi qaydalarını müzakirə edib

Kaspersky: valideynlər uşaqları ilə internet təhlükəsizliyi qaydalarını müzakirə edib

20-02-2020
Qacetlərdən istifadə təhlükə yaradır-Araşdırma

Qacetlərdən istifadə təhlükə yaradır-Araşdırma

21-06-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə