Previous Next
Bağla

Oracle korporasiyasının sertifikatına layiq görülmüş həmvətənimiz “Tərəqqi” medalı ilə mükafatlandırıldı

22-12-2009 16:31
Oracle korporasiyasının  sertifikatına layiq görülmüş həmvətənimiz  “Tərəqqi” medalı ilə mükafatlandırıldı

14 dekabr 2009-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev informasiya texnologiyaları sahəsində çalışan şəxslərin medal və ordenlərlə mükafatlandırılması haqqında Sərəncam imzalayıb. Onların arasında Azerfon MMC-in əməkdaşı Teymur Hacıyev də var.

Teymur Hacıyev Azərbaycanda İKT inkişafı sahəsində məhsuldar fəaliyyətinə görə “Tərəqqi” medalına layiq görülmüşdür.

Qeyd edək ki, Teymur Hacıyev Oracle korporasiyasının təşkil etdiyi beynəlxalq imtahanda iştirak etmiş və ORACLE sertifikatına layiq görülmüşdür.

Azerfon MMC telekommunikasiya daxil olmaqla, müxtəlif sahələr üçün həllərin yaradılmasında Oracle kimi qabaqcıl məhsullarından və texnologiyalarından istifadəsinə daim böyük diqqət yetirir.

“Oracle imtahanında iştirak edib və sertifikata nail olmaqla, mən  Azərbaycanda ilk, MDB ölkələrində isə dördüncü mütəxəssis oldum. Bu imtahanda iştirak etmək və sertifikata nail olmaq   mənim üçün çox böyük şərəfdir, çünki bu mükafat  İKT sahəsində “Oskar” mükafatı deməkdir”- Teymur Hacıyev qeyd etdi.

Xatırladaq ki, Oracle Corporation ən iri Amerika şirkətlərindən biridir, məlumat bazaların idarə olunması sistemlərin, məlumat bazaların hazırlanması üçün alətlərin, habelə ERP-sistemlərin tərtibatçısıdır. Oracle korporasiyası korporativ proqram təminatının istehsalı üzrə dünyada liderdir. Oracle korporasiyasının hər il keçirdiyi laborator imtahanlar və təqdim etdiyi sertifikatlar dünyanın istənilən ölkəsində qəbul olunur və informasiya texnologiyaları sahəsində böyük nüfuza malikdir. 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanlı kompüter mühəndisi peşəkar “Oracle”sertifikatına layiq görülüb

14-12-2009

Azərbaycanlı proqramçı "Oracle"ın ən yüksək sertifikatına layiq görüldü.

23-06-2014

Azercell nüfuzlu Oracle Innovation Award ilə təltif edildi

13-02-2019

Həmyerlimiz Oracle tərəfindən mükafat qazandı

22-08-2015

Ultra şirkəti Oracle və Cisco-nun yüksək statuslu tərəfdaşı oldu

27-05-2010

"OpenAI" "Oracle" ilə müqavilə imzalayıb

11-09-2025

Dünyanın ən məşhur Oracle mütəxəssisləri Bakıya gəlir

11-05-2016

Oracle Academy Günü keçiriləcək

16-09-2015

Texnologiya nəhəngləri arasında növbəti qalmaqal

12-09-2010

Gəncədə kibertəhlükələrdən müdafiə üsulları müzakirə edilib

03-08-2016

Rəşad Nəbiyev “Oracle” şirkətinin vitse-prezidentləri ilə görüşüb

06-03-2026

BULUD texnologiyaları ilə bağlı tədbir keçiriləcək

29-09-2015

Bakıda Oracle Day konfransı keçirilir

15-05-2018

TikTok “Oracle” şirkətinin nəzarətinə keçə bilər

26-01-2025

Oracle və "Hökumət buludu" tərəfdaş oldular

20-05-2022

“ORACLE” “TACİT SOFTWARE” ŞİRKƏTİNİN ƏQLİ MÜLKİYYƏTİNİ ALIR

23-02-2009

“AzInTelecom” MMC və “Oracle” şirkəti tərəfdaş oldu

19-05-2022

Azərbaycan Dövlət Neft Fondunda tətbiq edilmiş avtomatlaşdırılmış maliyyə sistemi yenilənib

31-10-2013

“Azercell” sertifikata layiq görülüb

24-03-2012

Oracle sevənlər bir araya toplanıb

27-02-2016

Azərbaycanda Oracle Günü keçiriləcək

08-05-2018

Ən məşhur Oracle mütəxəssisləri Azərbaycanda -Fotolar

16-05-2016

Paşa Bank “Oracle FLEXCUBE” platformasını tətbiq edir

22-10-2015

Google Android-dən 31 milyard dollar gəlir əldə edir

22-01-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə