Previous Next
Bağla

Dövlət operatorlarının cəzalandırması ədalətlidirmi?-RƏY

06-07-2023 16:10
Dövlət operatorlarının cəzalandırması ədalətlidirmi?-RƏY
Xatırlayıram ki, ötən il 8 provayder "Aztelekom" və "Baktelekom"un dövlət resurslarından istidadə tariflərini qaldırması ilə bağlı  Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti müraciət etmişdi.
 
Yəni, burada söhbət  "Aztelekom" və "Baktelekom"un istifadəçilər üçün internet tariflərini qaldırmasından deyil, təbii inhisar subyekti olaraq provayderlər üçün kabel-kanal infrastrukturundan istifadə tariflərinin qaldırılmadından gedir.
 
O zaman biz də bu təbii inhisarçıların dövlət resurslarından istifadə tariflərinin qaldırılmasına qarşı çıxmışdıq və bu haqda xeyli yazılmışdı. 6 ay olardı ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti  bu işi araşdırırdı.
Nəhayət , qurum açıqlayıb ki, Aztelekom və Baktelekom-un atdığı addımlar səlahiyyət həddini aşmaqdır. Çünki bu qurumlar təbii inhisar subyektidir və antiinhisar qanunvericiliyin tələblərinə əməl etməlidirlər.
 
Antiinhisar təbii inhisarçılar üçün icrası məcburi olan qərar qəbul edib. Düşünürəm ki, Antiinhisarın qərarı ədalətli və doğru yanaşmadır.
 
Xüsusilə də, RİNN-nin dövlət-özəl tərəfdaşlıq çərçivəsində apardıı nəhəng "Onlayn Azərbaycan" layihəsi də məhz özəl provayderlərin də bu dövlət əhəmiyyətlu layihədə aktiv iştirakını nəzətdə tutur. Adı çəkilən dövlət operatorlarının addımları isə özəl provayderlərin start vəziyyətini məhdudlaşdırırdı, onlar bu operatorların idarə etdikləri dövlət resurslarından istifadə üçün daha çox ödəniş etməyə məcburuydular. Düşünürəm ki, bundan sonra özəl provayderlər üçün daha da münbit şərait yaranacaq.
 
Yəni, anlaşıqlı desək, əvvəlkindən fərqli olaraq RİNN-nin yeni rəhbərliyi gələndən sonra özəllər üçün şərait xeyli yaxşılaşsa da, əvvəlki qadağalar olmasa da, operatorların tarifləri qaldırması bu münbit şəraitdən effektiv istifadəyə imkan vermirdi. Yeri gəlmişkən, mən "Aztelekom" və "Baktelekom"u da anlayıram .
Hökumət ölkə üzrə keyfiyyətli internet infarastruktur qurmaq üçün onlara vəsait ayırmayıb. Hansı ki, zamanında hökumət bu işə 0.5 milyard büdcə vəsaiti nəzərdə tutmuşdu.
 
Odur ki, RİNN, Aztelekom ölkə üzrə internet problemini həll etmək üçün Avropa Bankından 85 milyon manat krediti aldılar, güman ki tarifləri qaldlrmaqla da bu krediti tez qaytarmaq istəyirlər. Antiinhisar isə yekunda bildirdi ki, istehlakçıların və biznesin də maraqlarını qorumaq lazımdır.
Aztelekom isə həqiqətən, görünür çox tələsir.
 
Baxıram ki, dövlət operatorlsrının bu tip razılaşdırılmayan addımları davam edir.
 
Əldə etdiyim məlumatlara görə Aztelekom regionlarda əhaliyə təklif edtdiyi internet sürətinin seçim imkanlarını da məhdudlaşdırıb. GPON layihəsi başlayanda elan ounmuşdu ki, istifadəçilərə 15 Mbit/s və 30 Mbit/s internet sürətlər təqdim ediləcək.
İndi isə məlum olur ki, ucdantutma hamıya, ehtiyaci olmayana, imkanı olmayana, heç bir onlayn xidmətə ehtiyacı olmayana, il ərzində cəmi 5-10 gün evdə olub internet istifadə edənə də MƏCBURƏN 30 Mbit/s üçün müqavilə bağlamaq təklif olunur.
 
Maraqlıdır ki, özəl provayderlər belə seçim imkanı yaradırlar. Bəzi hallarda isə onların qiymətləri dövlət operatorlardan da ucuz olur.
Düşünürəm ki, dövlət operatorları üçün bu addımlar, seçim imkanının verilməməsi yolverilməzdir. Həm də anlamıram ki, dövlət operatorları əvvəlki qərarları, tənzimləyici Agentliyə bildirmədən, RİNN-ə bildirmədən necə asanlıqla ləğv edə bilirlər.
Ümid edirəm Nazirlik, İKTA dövlət ooeratorlarının bu tip addımlarının qarşısını zamanında alacaq və yenidən Antiinhisara ehtiyac olmayacaq.
 
Osman Gündüz,
Azərbaycan İnternet Forumunun Prezidenti
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanda İnternet bazarına dövlət, yoxsa özəl sektor nəzarət edir ?

20-02-2024

Ekspert: Təbii inhisarçı "Aztelekom" internetin minimal tariflərini qaldırıb əhaliyə isə seçim yeri qoymayıb

08-10-2024

Antiinhisar Dövlət Xidmətinin qərarı özəl provayderləri sevindirəcək

16-08-2019

Ekspert: Dövlət vəsaitləri almaq uğrunda sanki yarışa giriblər

06-11-2019

Hökumət internet inhisarçılığı ilə mübarizə apara bilmir?-Ekspert

03-08-2023

"Dövlət provayderləri internet xidmətlərini 4 dəfə baha satıb"

18-01-2024

Ekspert: 9 aydır internetin qiymət artımı ilə bağlı araşdırma yekunlaşmayıb

02-06-2025

Sabah özəl provayderlərlə nazirliyin məhkəməsi başlayır

27-01-2020

Dövlət Xidməti "Aztelekom” və “Baktelecom"u cərimələyib

06-07-2023

Azərbaycanda niyə internetin sürəti zəif, qiyməti bahadır?

22-04-2020

8 provayder müraciət etdi-"Aztelekom" və "BakıTelekom" haqqında iş qaldırıldı

10-02-2023

“15 Avqust Tarif Şoku” qanunvericiliyin hansı tələblərini pozub? - Ekspert

02-10-2025

Dövlət Xidməti "Aztelekom"un üzərinə öhdəliklər qoyub

22-02-2022

AzTelekom-da FETÖ əməliyyatı keçirilməsi xəbərinə münasibət

10-08-2023

"Aztelekom-un struktur dəyişikliyi telekom bazarına təsir edəcəkmi"?

30-04-2025

Heç olmasa kəndlərdə internet tariflərini qaldırmayaq -Osman Gündüz

10-08-2024

"Onlayn Azərbaycan" layihəsinin başa çatması bir çox sahənin inkişafına ciddi təkan verəcək

10-03-2025

Ekspert: NRYTN haqsız rəqabət aparır

00-00-0000

"Aztelekom" 85 milyonu necə ala bilib?-EKSPERT ŞƏRHİ

23-12-2022

Gələn il bütün ölkə üzrə keyfiyyətli internet əlçatan olacaqmı?

17-08-2023

Ekspert: İşıq dirəkləri ilə ölkədə daha sürətli və keyfiyyətli internet infrastrukturu qurula bilər

10-01-2022

Ekspert: Yüksək sürət üçün olan qiymətlər hətta bəzi özəl provayderlərdən də bahadır

11-08-2022

Ekspert: Elə MTK-lar var ki, özləri provayder yaradıblar

30-09-2022

Provayderlər kartel sövdələşməsi ediblər - Antiinhisar

14-08-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə