Previous Next
Bağla

Osman Gündüz: Vətəndaşların "Mygov"a yerləşdirilən məlumatları "Rəqəmsal sənəd" statusu qazanıb

17-09-2024 15:22
Osman Gündüz: Vətəndaşların "Mygov"a yerləşdirilən məlumatları "Rəqəmsal sənəd" statusu qazanıb
Bu gün İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən mygov rəqəmsal platformasının yeni versiyası təqdim edildi. Əsas yeniliklərdən biri odur ki, mygov platforması vətəndaşlar üçün daha faydalı və daha çox yaxın olub.
 
Xeberler.az qeyd edir ki, tədbirdə iştirak edənlərdən biri də Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz olub. Ekspert mygovun yenilikləri ilə bağlı öz fikirlərini bildirib.
 
Osman Gündüzün sözlərinə görə, yenilənmiş versiyada ailə qurmaq, valideyn olmaq və yaxın qohumun vəfatı kimi vacib həyat hadisələri ilə bağlı sənədləşmə prosesi sadələşdirilib. Mygov bu prosesləri tam olaraq rəqəmsallaşdırmağa imkan verib.
Məsələn, yeni doğulan uşaqların qeydiyyatını birbaşa mygov üzərindən onlayn olaraq reallaşdrımaq olar.
 
Ekspert bildirib ki, bundan sonra sizdən hardasa, hansısa dövlət qurumunda, bankda, təhsil müəssisəsində şəxsiyyət vəsiqəsi tələb olunan zaman mygov-a daxil olub məlumatlarım bölməsindən bu məlumatları göstərmək yetərlidir. Bu məlumat artıq sənəd hesab olunur. Yaxud hansı qurumdasa sizdən, nikah və doğum şəhadətnamələri, sizə yaxın olan qohumunuzun ölüm şəhadətnaməsi istənilərsə onları fiziki olaraq təqdim etməyə ehtiyac yoxdur:
"mygov-a daxil olub bu məlumatları təqdim edə bilərsiniz, qarşı tərəf artıq bunları adi məlumat deyil, sənəd olaraq qəbul etməyə borcludur. Yəni indiyədək vətəndaşla bağlı məlumat olaraq mygov-da yerləşdirilən informasiyalar rəqəmsal sənəd statusu qazanıb. Vətəndaşlar bu rəqəmsal sənəd və məlumatları QR kod və ya PDF şəklində paylaşa da bilirlər".
 
Osman Gündüz qeyd edib ki, mygov kimlərsə tərəfindən vətəndaşlar haqqında məlumatların toplanmasına icazə verilməsini də təmin edib:
 
"Artıq siz mygov vasitəsilə hansısa quruma sizin haqqınızda, sizdən xəbərsiz məlumat toplanmasına icazə verməyə də bilərsiniz".
 
Ekspert qeyd edib ki, Rəqəmsal hökumət quruculuğunda bəzi problemlər hələ də var. Hələlik çox sayda xidmətlər var ki, mygov platformasına inteqrasiya olunmayıb. Hansı ki Prezidentin fərmanına görə bu xidmətlərin hamısının bir nöqtədən, mygov üzərindən veirlməsi təmin edilməlidir. Ayrı-ayrı resurslarda olan faydalı xidmətlərin mygov-a inteqrasiyası indiki anda çox vacibdir.
 
Osman Gündüzün sözlərinə görə, dövlətə məxsus datadan effektiv istifadədə də problemlər qalır. Açıq məlumatlar portalında “kasıbçılıqdır”:
 
"mygov rəqəmsal platformasında olan 40-dan çox məlumatın az bir hissəsi rəqəmsal sənəd statusuna malikdir".
 
Sonda ekspert qeyd edib ki, Nazir müavini Samir Məmmədov, İRİA rəsmiləri bu sənədlərin sayının tezliklə artırılacağını, rəqəmsal hökumət quruculuğu sahəsində işlərin daha da sürətləndiriləcəyini bildiriblər.
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“mygov”da bütün sənədləri “SİMA İmza” ilə əldə etmək mümkündür!

23-09-2024

Məhkumluq haqqında arayış "mygov" üzərindən təqdim olunacaq

17-09-2024

"İmtahana buraxılış vərəqəm" məlumatları “mygov”a inteqrasiya olunub

05-05-2025

Rəqəmsal şəxsiyyət vəsiqələrinin doğruluğu necə yoxlanılır?

10-12-2024

“digital.login” fəaliyyətinə “mygov ID” kimi davam edəcək

28-10-2025

Bir sıra rəqəmsal sənəd və məlumatlar vətəndaşların istifadəsinə verilib

13-02-2025

Yenilənmiş "mygov" platforması 1 yaşını qeyd edir

12-09-2025

Nikahın qeydə alınması “mygov”a inteqrasiya edilib

19-11-2024

Samir Məmmədov: İl sonunadək vətəndaşlardan alınan fiziki xidmətlərin 15 faizinin rəqəmsal formaya keçməsini hədəfləyirik

17-09-2024

Vətəndaşlar iş yerinə dair arayışı “mygov”dan da əldə edə biləcəklər

13-11-2025

Təhsil sənədlərinin “mygov” üzərindən təqdim olunması artıq tam hüquqidir

10-01-2026

Daha bir elektron xidmət “mygov”a inteqrasiya edilib

03-04-2025

Samir Məmmədov: "Azərbaycanda rəqəmsal inkişaf üzrə sürətli transformasiya üçün zəmin yaradılıb"

30-09-2024

İnarə Vəliyeva: Hazırda 600 min istifadəçi “Mygov”dan istifadə edir

11-10-2024

Hərbi xidmətlə bağlı məlumatlar “mygov”a inteqrasiya edilib

02-06-2025

DOST xidmətlərdən istifadə zamanı şəxsiyyət vəsiqəsini təqdim etmək məcburi deyil

23-08-2024

İnarə Vəliyeva: “mygov”, sadəcə, bir platforma deyil, vətəndaşlar üçün dəstək və qayğının rəmzidir

17-09-2024

“Subaylıq haqqında arayış” "Mygov"a inteqrasiya edilib

10-03-2025

“mygov”da tibbi məlumatlara çıxış imkanları genişlənib

30-05-2025

Eksert: Rəqəmsal şəxsiyyət vəsiqəsini kim yoxlaya bilər?

28-11-2024

İnarə Vəliyeva: Xidmətlərin rəqəmsallaşdırılması üçün dövlət qurumları ilə yol xəritəsi hazırlanıb

17-09-2024

"mygov"a yeni təhsil xidmətləri inteqrasiya edilib

14-05-2026

mygov platformasına yeni funksionallıq əlavə edilib

08-05-2025

Şəxsi sənədlər rəqəmsallaşdırılır

13-06-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə