Previous Next
Bağla

Ekspert: mygov vahid vitrinə çevrilərsə, xidməti formalaşdıranların təşəbbüskarlığı azala bilər

12-02-2026 17:16
Ekspert: mygov vahid vitrinə çevrilərsə, xidməti formalaşdıranların  təşəbbüskarlığı azala bilər

Azərbaycan İnternet Forumunun Prezidenti, ekspert Osman Gündüz dövlət xidmətlərinin vahid mərkəzdən – mygov platforması üzərindən təqdim olunması ilə bağlı məsələyə münasibət bildirib.

Xeberler.az məlumat verir ki, ekspert bu barədə sosial media hesabında paylaşım edib.

O qeyd edib ki, Prezident İlham Əliyevin dövlət xidmətlərinin vahid platforma üzərindən təqdim olunması ilə bağlı mövqeyi vətəndaş baxımından ideal modeldir. Onun sözlərinə görə, vətəndaş üçün ən düzgün yanaşma bütün dövlət xidmətlərinin bir platformadan əlçatan olması, əlavə tətbiq və sistem axtarışına ehtiyac qalmamasıdır.

Osman Gündüz bildirib ki, Prezidentin göstərişi dövlət qurumlarının yalnız xidmət istehsalçısı kimi fəaliyyət göstərməsini, paralel platforma və tətbiqlərin isə ləğv edilməsini nəzərdə tutur. Bu modelə əsasən, mygov vahid vitrin rolunu oynamalı, xidmətlərin özü isə müvafiq qurumlarda formalaşdırılmalı və inkişaf etdirilməlidir. Ekspert vurğulayıb ki, bu yanaşma beynəlxalq təcrübəyə uyğundur və rəqəmsal dövlət modelində əsas prinsiplərdən biri hesab olunur.

O xatırladıb ki, vahid giriş və mərkəzləşdirilmiş vitrin modelinin vacibliyi ilə bağlı təkliflər uzun illərdir səsləndirilsə də, indiyədək bu mövzuda bu qədər açıq və prinsipial mövqe ortaya qoyulmamışdı.

Bununla yanaşı, ekspert Prezidentin çıxışında tətbiqləri hazırlayan komandaların əməyinin yüksək qiymətləndirilməsini mühüm məqam kimi dəyərləndirib. O qeyd edib ki, bu platformalar inteqrasiyaların məhdud olduğu dövrdə minlərlə, hətta milyonlarla vətəndaşa dayanıqlı xidmət göstərib və dövlətin rəqəmsallaşma yolunda mühüm mərhələ rolunu oynayıb.

Osman Gündüz diqqətə çatdırıb ki, myGov yalnız vitrindir və xidmətlərin özü ayrı-ayrı dövlət qurumlarında istehsal olunur. İndiyədək xidmətlərin həm mygov, həm də qurumların öz resursları üzərindən təqdim olunmasının komandalar üçün əlavə motivasiya yaratdığını qeyd edən ekspert sual edib ki, paralel platformalar ləğv edilərsə, xidmətləri yaradan və inkişaf etdirən əməkdaşların motivasiyası zəifləyə bilərmi.

Onun fikrincə, bu prosesdə innovasiyaya meylin azalması və təşəbbüskarlığın texniki icra səviyyəsinə enməsi kimi risklər mövcuddur və aidiyyəti qurumlar bunu nəzərə almalıdır.

Ekspert hesab edir ki, keçid prosesi kəskin deyil, mərhələli şəkildə həyata keçirilməlidir. İstifadəçi axını tədricən mygov platformasına yönləndirilməli, paralel işləmə dövrü saxlanmalı, komandaların yeni mərhələdə rolu və məsuliyyəti əvvəlcədən aydın müəyyənləşdirilməlidir.

Osman Gündüz vurğulayıb ki, rəqəmsal hökumətin dayanıqlılığı yalnız vahid platforma ilə deyil, insan kapitalını qoruyan və inkişaf etdirən düzgün idarəetmə modeli ilə təmin olunur.

 
 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Osman Gündüz: Dövlət xidmətlərinin myGov-da cəmlənməsi risklər yaradır

Osman Gündüz: Dövlət xidmətlərinin myGov-da cəmlənməsi risklər yaradır

07-04-2026
İRİA “mygov”la bağlı yeni videoçarx təqdim edib

İRİA “mygov”la bağlı yeni videoçarx təqdim edib

17-02-2026
"mygov" ilə dövlət xidmətləri vətəndaş rəyi əsasında inkişaf etdiriləcək

"mygov" ilə dövlət xidmətləri vətəndaş rəyi əsasında inkişaf etdiriləcək

05-05-2026
Prezident: Dövlət xidmətləri “mygov” üzərindən həyata keçirilməlidir

Prezident: Dövlət xidmətləri “mygov” üzərindən həyata keçirilməlidir

11-02-2026
Ədliyyə Nazirliyinin bir sıra xidmətləri “mygov”a inteqrasiya edilib

Ədliyyə Nazirliyinin bir sıra xidmətləri “mygov”a inteqrasiya edilib

01-06-2026
Bütün rəqəmsal dövlət xidmətləri "mygov" üzərindən təqdim ediləcək

Bütün rəqəmsal dövlət xidmətləri "mygov" üzərindən təqdim ediləcək

17-09-2024
Ədliyyə Nazirliyinin bir sıra xidmətləri “mygov”a inteqrasiya edilib

Ədliyyə Nazirliyinin bir sıra xidmətləri “mygov”a inteqrasiya edilib

15-05-2026
Nəqliyyat sahəsi üzrə bu xidmətlərə “mygov”dan müraciət etmək mümkündür

Nəqliyyat sahəsi üzrə bu xidmətlərə “mygov”dan müraciət etmək mümkündür

16-05-2026
"e-Sosial" mobil tətbiqi fəaliyyətini dayandırır

"e-Sosial" mobil tətbiqi fəaliyyətini dayandırır

03-04-2026
“digital.login” fəaliyyətinə “mygov ID” kimi davam edəcək

“digital.login” fəaliyyətinə “mygov ID” kimi davam edəcək

28-10-2025
Ölkədən çıxışa qoyulan qadağanı necə öyrənmək olar ?

Ölkədən çıxışa qoyulan qadağanı necə öyrənmək olar ?

29-07-2019
Elektron Hökumət İnformasiya Sisteminin Əsasnaməsi təsdiqlənib

Elektron Hökumət İnformasiya Sisteminin Əsasnaməsi təsdiqlənib

18-08-2025
Dövlət aparatında rəqəmsal inqilabın başlanğıcı - Təhlil

Dövlət aparatında rəqəmsal inqilabın başlanğıcı - Təhlil

11-02-2026
Mərkəzi Banka "myGov" üzərindən müraciət etmək imkanı yaradılıb

Mərkəzi Banka "myGov" üzərindən müraciət etmək imkanı yaradılıb

17-04-2025
Məhkumluq haqqında arayış "mygov" üzərindən təqdim olunacaq

Məhkumluq haqqında arayış "mygov" üzərindən təqdim olunacaq

17-09-2024
Osman Gündüz: Vətəndaşların "Mygov"a yerləşdirilən məlumatları "Rəqəmsal sənəd" statusu qazanıb

Osman Gündüz: Vətəndaşların "Mygov"a yerləşdirilən məlumatları "Rəqəmsal sənəd" statusu qazanıb

17-09-2024
“Kommunal xidmətlərlə bağlı Vahid İnformasiya Sistemi yaradılacaq

“Kommunal xidmətlərlə bağlı Vahid İnformasiya Sistemi yaradılacaq

19-03-2025
“mygov” platformasına yeni təhsil xidmətləri inteqrasiya edilib

“mygov” platformasına yeni təhsil xidmətləri inteqrasiya edilib

01-06-2026
 "e-Su" tətbiqi fəaliyyətini dayandırır

"e-Su" tətbiqi fəaliyyətini dayandırır

12-05-2026
Qarabağa səfər üçün icazələr “mygov” üzərindən veriləcək

Qarabağa səfər üçün icazələr “mygov” üzərindən veriləcək

22-08-2025
MyGov istifadəçilərinin sayı 2 milyona çatıb

MyGov istifadəçilərinin sayı 2 milyona çatıb

09-06-2026
"mygov"a yeni təhsil xidmətləri inteqrasiya edilib

"mygov"a yeni təhsil xidmətləri inteqrasiya edilib

14-05-2026
İnarə Vəliyeva: “mygov”, sadəcə, bir platforma deyil, vətəndaşlar üçün dəstək və qayğının rəmzidir

İnarə Vəliyeva: “mygov”, sadəcə, bir platforma deyil, vətəndaşlar üçün dəstək və qayğının rəmzidir

17-09-2024
e-Sosial mobil tətbiqi bu gündən fəaliyyətini dayandırıb

e-Sosial mobil tətbiqi bu gündən fəaliyyətini dayandırıb

01-05-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə