Previous Next
Bağla

Ən faydalı və populyar mobil hökumət həlli hansılardır? - Ekspert açıqladı

14-04-2025 16:30
Ən faydalı və populyar mobil hökumət həlli hansılardır? - Ekspert açıqladı
"Son bir neçə ildə hökumətə məxsus mobil rəqəmsal həllər xeyli populyarlaşıb. Mobil tətbiqlər tam funksionallıqla dövlət xidmətlərini daha effektiv formada əldə etməyə imkan verir. Yəni hökumət həlləri yalnız informasiya-məlumat çatdırmır, birbaşa dövlət xidmətlərini, hansısa sənədləri və arayışları əldə etməyə imkan verir".
 
Xeberler.az bildirir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib.
 
Ekspertin sözlərinə görə, son zamanlar populyarlığı ilə daha çox diqqət cəlb edən myGov mobil tətbiqidir. Artıq xeyli sayda dövlət xidmətləri bu mobil resursa inteqrasiya olunub:
 
"Ötən ildən etibarən buradan arayışları və rəsmi sənədləri də almaq mümkündür. Mobil Notariat xidmətləri də mvGov-a inteqrasiya edilib.
 
Eyni zamanda qısa zamanda populyarlaşan e-Polis tətbiqi spesifik xdimətləri ilə, SİMA isə anında rəqəmsal identifikasiya üçün ölkəmizin rəqəmsal transformasiyasında mühüm rol oynayır.
 
Bir müddət öncə DVX tərəfindən e-Vergi mobil tətbiqi yaradılıb, Maliyyə Nazirliyi isə E-rüsum mobil tətbiqi üzərində işləyir".
 
Osman Gündüz bildirib ki, bütün dövlət xidmətlərinin hansısa formada göstərilməsindən asılı olmayaraq mvGov-a, həmçinin də populyar özəl və bank mobil resurslarına inteqrasiyası da çox vacibdir".
 
Ekspert qeyd edib ki, təqdim etdiyi xidmətlərin sayı, funksionallığı, yüklənmə sayı, istifadəçi rahatlığı, yenilənməsi, reytinq göstəricisi parametrləri və s. baxımından ən faydalı və populyar mobil rəqəmsal hökumət həllərinə aşağıdakıları aid etmək olar:
 
1. myGov (İRİA)
(Yüklənmə sayı 1 milyon +, artıq təqdim etiyi çoxsaylı məlumatlar sadəcə “məlumat” deyil, həm də rəqəmsal sənəddir, həyat hadisələrini rəqəmsallaşdırmağa imkan yaradır, təqdim etdiyi data əsasında əlavə dəyərlər yaratmaq imkanı var və s.)
 
2. e-Sosial (ƏƏSMN)
(Yüklənmə sayı 1 milyon +, əmək müqavilələrin imzalanması, pensiya və əmək haqqı kalkulyatoru, arayışlar və s.)
 
3. Mobil Notariat (Ədliyyə Nazirliyi)
(Yüklənmə sayı 0.5 milyon+, vətəndaşın harada olmasından asılı olmayaraq notarial xidmətlər təqdim edir )
 
4. E-Polis (DİN)
( Yüklənmə sayı 100 min+, ötən il istifadəyə verilib, məhkumluq arayışı, itirilmiş əşya arayışı, 102 SOS xidməti, avtomobillərlə bağlı arayışlar, STOP məlumatı, sürücülük vəsiqəsinin dəyişdirilməsi və s )
 
5. SİMA (AzİnTelecom)
(Yüklənmə sayı 1 milyon +, rəqəmsal imza xidməti təqdim edir, ASAN imzanın alternatividir)
 
6. Smart Customs (DGK)
(Yüklənmə sayı 1 milyon +, e-ticarət yolu ilə gətirilən malların gömrük bəyannamələrinin onlayn mühitdə təqdim edilməsi və s.)
 
7. ASAN növbə (ASAN)
(Yüklənmə sayı 0.5 min +, ASAN Xidmətdə növbə götürməyə imkan verir)
 
8. E-Təbib (TƏBİB)
(Yüklənmə sayı 1 milyon +, ölkə üzrə yalnız BİR tibb müəssisəsinə e-növbə götürmək imkanı verir, əlavə xidmətləri yoxdur, əsasən informasiya-məlumat
yönümlüdür)
 
9. E-Vergi (DVX)
(Yüklənmə sayı 5000+, son günlər istifadəyə verilib, hələlik yalnız informasiya-məlumat yönümlüdür, hansısa xidməti əldə etmək mümkün deyil, xidmətlərin inteqrasiyası nəzərdə tutulub).
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Ekspert: Mobil hökumətdə vəziyyət necədir?

Ekspert: Mobil hökumətdə vəziyyət necədir?

26-09-2022
Ən yaxşı mobil tətbiq hansıdır? - Ekspertdən açıqlama

Ən yaxşı mobil tətbiq hansıdır? - Ekspertdən açıqlama

21-09-2021
“SİMA İmza” tətbiqinin yüklənmə sayı 3 milyonu ötüb

“SİMA İmza” tətbiqinin yüklənmə sayı 3 milyonu ötüb

22-01-2025
Ekspert: SİMA nə zaman populyar olacaq?

Ekspert: SİMA nə zaman populyar olacaq?

17-05-2022
“SİMA İmza”nı yükləyənlərin sayı 2 milyonu ötdü

“SİMA İmza”nı yükləyənlərin sayı 2 milyonu ötdü

13-09-2024
ADY mobil tədbiqini yükləyənlərin sayı 400 mini ötüb

ADY mobil tədbiqini yükləyənlərin sayı 400 mini ötüb

03-04-2026
“SİMA İmza”nın yüklənilmə sayı 5 milyonu ötüb

“SİMA İmza”nın yüklənilmə sayı 5 milyonu ötüb

16-09-2025
“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatıb

“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatıb

30-12-2025
İnternetin yüklənmə sürətində bu ilin ən yüksək göstəricisi qeydə alınıb

İnternetin yüklənmə sürətində bu ilin ən yüksək göstəricisi qeydə alınıb

30-04-2020
Mobil telefon abunəçlərində olan nömrələrin sayı son bir ildə 1,4 milyon artıb

Mobil telefon abunəçlərində olan nömrələrin sayı son bir ildə 1,4 milyon artıb

26-01-2009
“digital.login” fəaliyyətinə “mygov ID” kimi davam edəcək

“digital.login” fəaliyyətinə “mygov ID” kimi davam edəcək

28-10-2025
Firefox 100 milyonu keçdi

Firefox 100 milyonu keçdi

18-04-2015
Ekspert: "Asan imza" sistemi çöküb

Ekspert: "Asan imza" sistemi çöküb

23-02-2023
Çində mobil rabitə abunəçilərinin sayı 600 milyon nəfəri ötüb

Çində mobil rabitə abunəçilərinin sayı 600 milyon nəfəri ötüb

25-07-2008
Xəbər tapmağa kömək edən milli mobil tətbiqlərimiz

Xəbər tapmağa kömək edən milli mobil tətbiqlərimiz

13-07-2015
Türk Hava Yolları rekord göstərici əldə edib

Türk Hava Yolları rekord göstərici əldə edib

12-06-2018
"Mobil tətbiqlər üzərindən göstərilən verg xidmətlərinin sayı artırılacaq"

"Mobil tətbiqlər üzərindən göstərilən verg xidmətlərinin sayı artırılacaq"

19-02-2025
Gömrük Komitəsinin elektron xidmətlərindən istifadə sayı 11 milyona çatıb

Gömrük Komitəsinin elektron xidmətlərindən istifadə sayı 11 milyona çatıb

23-12-2021
Dövlət orqanlarının mobil tətbiqləri

Dövlət orqanlarının mobil tətbiqləri

25-08-2015
Ekspert: Əminəm ki, "E-qanun" mobil tətbiqi çox populyar olacaq

Ekspert: Əminəm ki, "E-qanun" mobil tətbiqi çox populyar olacaq

09-09-2022
CİB tətbiqi yüklənmə sayına görə birinci oldu

CİB tətbiqi yüklənmə sayına görə birinci oldu

13-11-2015
Əyləncəli mobil tətbiqlərimiz

Əyləncəli mobil tətbiqlərimiz

05-08-2015
"Asan imza"nın inhisarçılığı başa çatdı - Osman Gündüz

"Asan imza"nın inhisarçılığı başa çatdı - Osman Gündüz

13-05-2025
SİMA rəqəmsal imza Birbank-da!

SİMA rəqəmsal imza Birbank-da!

26-05-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə