Previous Next
Bağla

m10 insidenti artıq fintex yox, milli təhlükəsizlik məsələsidir - Ekspert

18-02-2026 17:51
m10 insidenti artıq fintex yox, milli təhlükəsizlik məsələsidir - Ekspert

m10 elektron pulqabısı ətrafında baş verən hadisələr getdikcə daha ciddi miqyas alır. Artıq söhbətin milyonlarla, bəzi mənbələrə görə isə milyardlarla manatlıq dövriyyədən getdiyi bildirilir.

Xeberler.az bildirir ki, bununla bağlı Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz məlumat verib.

O bildirib ki, son günlər Mərkəzi Bankda fintex sektorunun rəhbərləri ilə görüş keçirilib. Güman olunur ki, m10 ilə bağlı baş verənlər həmin görüşdə də müzakirə olunub. Bununla bağlı Mərkəzi Bank hələlik rəsmi açıqlama verməyib.

Ekspert qeyd edib ki, elektron pul və fintex sektorunda problemlər hələ də qalmaqdadır və baş verən hadisə artıq sırf texniki və ya sektor daxili məsələ deyil. Onun sözlərinə görə, ortada böyük miqyaslı kiber insident var və bu, milli təhlükəsizlik kontekstində qiymətləndirilməlidir.

Osman Gündüzün sözlərinə görə, m10 və PashaPay-in kritik informasiya infrastrukturu siyahısına daxil olub-olmaması ictimaiyyətə məlum deyil, çünki həmin siyahı qapalıdır. Lakin istənilən halda hadisənin miqyası ciddi araşdırma tələb edir.

Ekspert vurğulayıb ki, belə hallar Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzi və Daxili İşlər Nazirliyinin Kibercinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinin səlahiyyət sahəsinə daxil olan məsələdir.

O açıqlamasında bank sektorunda kiber fırıldaq riskləri ilə bağlı əvvəllər də xəbərdarlıqlar edildiyi xatırladılıb. Bildirilib ki, bankların data və İT mərkəzlərində, xüsusilə rəhbər vəzifələrdə xarici vətəndaşların olması əlavə risklər yarada bilər.

Osman Gündüz diqqətə çatdırılıb ki, yeni qanunvericiliyə əsasən kritik infrastrukturu audit edən şəxsin Azərbaycan vətəndaşı olması tələb edilir. Lakin həmin kritik sistemlərə rəhbərlik edən şəxsin vətəndaşlığı ilə bağlı konkret tələbin olmaması suallar doğurur.

Ekspert ümid etdiyini bildirib ki, məsələ bütün aidiyyəti qurumların diqqətindədir və baş verənlər obyektiv şəkildə araşdırılacaq.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Ekspert: m10 hadisəsi fintex risklərinin idarə olunması ilə bağlı suallar yaradıb

Ekspert: m10 hadisəsi fintex risklərinin idarə olunması ilə bağlı suallar yaradıb

13-02-2026
Ekspert: Dövlət qurumlarının informasiya təhlükəsizliyi necə təmin olunur ?

Ekspert: Dövlət qurumlarının informasiya təhlükəsizliyi necə təmin olunur ?

18-04-2022
DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi nələri dəyişəcək?-RƏY

DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi nələri dəyişəcək?-RƏY

04-06-2023
Osman Gündüz: Milli Kibertəhlükəsizlik Mərkəzi aktiv fəaliyyətə başlayır

Osman Gündüz: Milli Kibertəhlükəsizlik Mərkəzi aktiv fəaliyyətə başlayır

10-12-2024
Kritik informasiya infrastrukturuna kiberhücumun qarşısı alınıb

Kritik informasiya infrastrukturuna kiberhücumun qarşısı alınıb

19-12-2025
Delta Telekom-a edilən kiber hücum təsadüfdür, yoxsa ciddi xəbərdarlıq?

Delta Telekom-a edilən kiber hücum təsadüfdür, yoxsa ciddi xəbərdarlıq?

22-08-2025
MİDA-nın onlayn satışının nəticələri ləğv edilə bilərmi? - Osman Gündüz

MİDA-nın onlayn satışının nəticələri ləğv edilə bilərmi? - Osman Gündüz

29-12-2025
Kibercinayətkarlıq Konvensiyasının m10 tipli insidentlər üçün bir faydası olacaqmı? - Ekspert

Kibercinayətkarlıq Konvensiyasının m10 tipli insidentlər üçün bir faydası olacaqmı? - Ekspert

24-02-2026
Hansı sektor daha güclü müdafiə olunur :dövlət, yoxsa özəl ?

Hansı sektor daha güclü müdafiə olunur :dövlət, yoxsa özəl ?

30-10-2023
Osman Gündüz: Dövlət xidmətlərinin myGov-da cəmlənməsi risklər yaradır

Osman Gündüz: Dövlət xidmətlərinin myGov-da cəmlənməsi risklər yaradır

07-04-2026
Ekspert:Kritik qurumların kibertəhlükəsizliyi necə təmin olunacaq?

Ekspert:Kritik qurumların kibertəhlükəsizliyi necə təmin olunacaq?

07-05-2022
DTX yeni səlahiyyətlər əldə edib

DTX yeni səlahiyyətlər əldə edib

07-07-2022
Kibertəhlükəsizlik laboratoriyaları nə üçün yaradılır? - Şərh

Kibertəhlükəsizlik laboratoriyaları nə üçün yaradılır? - Şərh

06-02-2026
DTX yeni fəaliyyət istiqaməti müəyyən edib

DTX yeni fəaliyyət istiqaməti müəyyən edib

23-04-2022
Ekspert: iTicket şirkəti də kritik informasiya infrastrukturunun subyektləri siyahısına daxil edilməlidir 

Ekspert: iTicket şirkəti də kritik informasiya infrastrukturunun subyektləri siyahısına daxil edilməlidir 

14-08-2022
 İpoteka Fondunun sistemi ilə bağlı məsuliyyətsizlik nə vaxtadək davam edəcək?

İpoteka Fondunun sistemi ilə bağlı məsuliyyətsizlik nə vaxtadək davam edəcək?

03-02-2023
Azərikard prosessinq mərkəzində problemlər yaranıb

Azərikard prosessinq mərkəzində problemlər yaranıb

07-01-2024
İşıq pulu ilə bağlı baş verən billing problemi təkrarlana bilərmi ?

İşıq pulu ilə bağlı baş verən billing problemi təkrarlana bilərmi ?

09-03-2019
PashaPay - Azərbaycanın fintech sahəsinə yeni oyunçu gəlir

PashaPay - Azərbaycanın fintech sahəsinə yeni oyunçu gəlir

01-07-2022
DİN-də Kibercinayətkarlıqla mübarizə strukturu olmalıdırmı?

DİN-də Kibercinayətkarlıqla mübarizə strukturu olmalıdırmı?

03-03-2020
Osman Gündüz: Ölkədə hələ də hansı qurumun kritik olması məlum deyil

Osman Gündüz: Ölkədə hələ də hansı qurumun kritik olması məlum deyil

22-08-2024
Kartınızda pul varsa, hədəfdəsiniz - Osman Gündüz

Kartınızda pul varsa, hədəfdəsiniz - Osman Gündüz

05-05-2025
AMB: Maliyyə qurumlarına informasiya təhlükəsizliyi ilə bağlı ciddi tələblər qoyulub

AMB: Maliyyə qurumlarına informasiya təhlükəsizliyi ilə bağlı ciddi tələblər qoyulub

25-06-2025
Ölkədən çıxışa qoyulan qadağanı necə öyrənmək olar ?

Ölkədən çıxışa qoyulan qadağanı necə öyrənmək olar ?

29-07-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə