Pentaqon “SpaceX” ilə müqavilələr imzalayıb

07-12-2024 / 21:28

Pentaqon Ukraynanın Amerika kəşfiyyatı tərəfindən yaradılan “Starshield” peyk şəbəkəsinə çıxışını genişləndirmək üçün İlon Maskın “SpaceX” şirkətilə müqavilələr imzalayıb.

Xeberler.az bildirir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Yeni müqavilələrə əsasən, Starlink peyk sisteminin daha təhlükəsiz və hərbi yönümlü versiyası olan Starshield sisteminə giriş Ukraynadakı 2500 Starlink terminalına açıq olacaq.

Qeyd olunub ki, iki müqavilə Donald Tramp prezident seçkilərində qalib gəlməzdən əvvəl, avqust ayında imzalanıb. Yeni müqavilələrin dəyəri açıqlanmır, lakin “Starshield” sisteminə 500 “Starlink” terminalına giriş açan əvvəlki sövdələşmənin məbləği təxminən 40 milyon dollar təşkil edib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə