Pentaqon “Xiaomi”nin üzərindən sərmayə qadağasını götürür

12-05-2021 / 17:13

ABŞ Müdafiə Nazirliyi və Çinin elektronika nəhəngi “Xiaomi” respublikaçı Donald Trampın prezidentliyi dövründə qəbul edilmiş sərmayə qadağasının şirkətin üzərindən götürülməsi barədə razılığa gəliblər.

Xeberler.az bildirir ki, bu barədə məlumatı “Bloomberg” agentliyi məhkəmə sənədinə istinadən yayıb.

Sənədə əsasən, tərəflər məhkəməni davam etdirməyə ehtiyac olmadan mübahisənin həllinə imkan verəcək əlavə addımlar barədə razılığa gəliblər.

Tərəflər bir sıra şərtlər üzrə danışıqları davam etdirirlər və mayın 20-nə qədər birgə bəyanat verməyi planlaşdırırlar.

Pentaqon bu ilin yanvarında ABŞ-da fəaliyyət göstərən və rəsmi Vaşinqtonun fikrincə, ÇXR hərbi sənayesi ilə əlaqəsi olan Çin şirkətlərinin siyahısını genişləndirib. Siyahıya “Xiaomi” də salınıb. Trampın fərmanına əsasən, ABŞ biznesmenlərinə siyahıdakı şirkətlərə investisiya yatırmaq qadağan edilir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə