Dünyanı bürüyən Pokemon GO şirkət və mağazaların da gəlirlərini artırır

16-07-2016 / 12:21

Bir neçə gündür ki, bütün dünyanı Pokemon GO oyunu bürüyüb. Artıq küçəyə çıxanda insanların hər yerdə Pokemon-ları axtardığı ilə rastlaşırıq.

İnsanların böyük marağına səbəb olan oyun eyni zamanda həm yaradıcılara, həm də digər qurumlara külli miqdarda pul qazandırmağa başlayıb.

Belə ki, Nintendo-nun dəyərini bir həftədə 12 milyard dollar artıran Pokemon GO, iş yerləri və mağaza sahiblərinin gəirlərinin də diqqət çəkəcək miqdarda artırır.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, New York-da bəzi böyük iş yerlərinin sahibləri Pokemon GO-dakı xarekteri ovlamaq üçün iş yerlərinin yaxınlığında olan oyunçuları endirimlərlə və ya hədiyyərlə mağazaya dəvət edir.

Mağazanın çevrəsini nadir alınmış Pokemon-larla dolduran  iş yerlərinin sahibləri 30 dəqiqə boyunca oyunçuların burada görüşməsini təmin edir.

Bu taktika ilə mağaza kirayələrinin rəqəmlərində artım təmin edən işə götürənlər, eyni zamanda mağazaların gərilərinin da yüksəlməsini təmin edir.

Oyunun yardıcısı  Niantic Lab-ın CEO-su John Hanke virtual simvolları yerləşdirmək üçün lokasyon sponsorluğuna başlayacaqlarını açıqlayıb. Belə ki, oyun üçün yayımlanacaq  bir sonrakı yeniləmə ilə şirkətlər müəyyən bir ödəniş qarşılığında məkanlarına nadir Pokemon-ları  yerləşdirə biləcək.

Bununla yanaşı,  oynanılan əsl xarakteri gücləndirmək üçün oyundaxili satışların  da tətbiqə  daxil ediləcəyi gözlənilir.

Pokemon oyunu ağıllı telefonun kamerasını və GPS funksiyaları istifadə edərək, gerçək həyatla da əlaqəli bir halda  oynanılır. Belə ki, xəritə sistemini istifadə edən Pokemon GO oyununda məsələn, su Pokemon-larını tutmaq üçün su ərazilərə yaxın olmaq lazımdır. Ətrafınızda gəzdikcə fərqli Pokemon növləri kəşf edə biləcəyiniz bir oyundur.  Bu oyunu oturduğunuz yerdən oynaya bilmirsizniz, mütləq ətrafı gəzib pokemonlar-ı tapmalısınız.

 

Günel 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə