Təqdim edildiyi ilk gündən mobil oyun dünyasının gündəmindən düşməyən Pokemon GO barədə yeni hesabat açıqlanıb.
Xeberler.az App Annie-nın hesabatına istinadən məlumat verir ki, oyun 2016-ci ildə 950 milyon dollar gəlir əldə edib.
Görünür, bir müddət öncə Apple Watch üçün də təqdim edilən Pokemon GO Niantic-ı zəngin edib.
Ötən ilin iyul ayında məhdud sayda ölkələr üçün istifadəyə təqdim edilən Pokemon GO Niantic-ın məlumatına görə, ümumi olaraq 500 milyondan çox yüklənib.
2016-ci ildə həm Play Store, həm də App Store-da yükləmə sayı baxımından birinci olan Pokemon GO, gəlir mənasında isə Mobile Strike və Clash Royale oyunlarından sonra 3-cü sırada yer alıb.
Təxminən 110 gün içərisində 800 milyon dollar qazanan Pokemon GO, 2016 bitmədən 1 milyarda yaxınlaşaraq 950 milyon dollar gəlir əldə etmiş oldu.
Sevinc
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri