“ASAN xidmət” modelinin Qvineyada tətbiqinə dair Saziş təsdiqlənib

28-04-2026 / 14:37

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Qvineya Respublikası Hökuməti arasında Qvineya Respublikasında "ASAN xidmət" modelinin tətbiqi ilə bağlı əməkdaşlığa dair Saziş"in təsdiq edilməsi haqqında Fərman imzalayıb.

Xeberler.az məlumat verir ki, sənədə əsasən, saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Qvineya Respublikası Hökumətinə bildiriş göndərməlidir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə