Qazaxıstanda “Direct-to-Cell” texnologiyasından istifadə edən peyk mobil şəbəkəsi olan “Starlink Mobile” istifadəyə verilib.
Xeberler.az Qazaxıstan Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyinə istinadən məlumat verir ki, layihə “Beeline Kazakhstan” və “Starlink” ilə birgə həyata keçirilir.
Texnologiya uyğun smartfonlara xüsusi peyk telefonu, xarici antena və ya əlavə avadanlıq olmadan peyklərə birbaşa qoşulmağa imkan verir. İstifadəçilər yerüstü mobil şəbəkənin əhatə dairəsindən tamamilə məhrum olan ərazilərdə mesaj göndərə və qəbul edə, eləcə də əsas internet xidmətlərinə çıxış əldə edə biləcəklər.
Baş nazirin müavini, süni intellekt və rəqəmsal inkişaf naziri Jaslan Madiyevin sözlərinə görə, Qazaxıstan Mərkəzi Asiyada “Direct-to-Cell” texnologiyasının praktik sınaqlarını keçirən ilk ölkə olub və hazırda istehlakçı xidməti səviyyəsinə çatır.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları