Previous Next
Bağla

Bakı-Qəbələ dəmir yolu xətti niyə boş qalıb?

05-07-2022 16:19
Bakı-Qəbələ dəmir yolu xətti niyə boş qalıb?

Qəbələ Dəmir Yolu Vağzalının və Ləki-Qəbələ birtərəfli dəmir yolu xəttinin açılışından 1 ildən çox vaxt keçib.

Bununla belə, hələ ki, bu dəmir yolu ilə sərnişin daşımaları həyata keçirilmir.

Xeberler.az report.az-a istinadən bildirir ki, hazırda turizm mövsümüdür və Qəbələ Azərbaycanın turizm destinasiyaları arasında ilk üçlükdə qərarlaşıb. Bəs görəsən yeni xəttin açılması nə zaman baş verəcək və gecikmələr turizm axınına necə təsir edəcək?

Turizm eksperti Samir Dübəndi hesab edir ki, qatarların ölkə daxilində fəaliyyəti, dəmir yol şəbəkəsinin inkişafı turizm üçün çox önəmli amildir: “Qatarla daha rahat və daha uzun məsafəyə səfər etmək mümkündür. Gəncə istiqamətində sürətli adlandırılan dəmir yolu xəttimiz var, düzdür bu qatar bir o qədər də sürətli deyil. Lakin turizmə töhfə verir. Hesab edirəm ki, ölkənin dəmir yol şəbəkəsini genişləndirmək və təkmilləşdirmək lazımdır. Bəzi yerlərdə dəmir reyslərinin dəyişdirilməsi, bəzi istiqamətlərdə isə yeni yolların salınmasına ehtiyac var. Düşünürəm ki, dəmir yolları yaxşı işləsə ölkədə turistlər üçün xeyli imkanlar yarana bilər. Biz turistlərin rahatlığını bununla təmin edə bilərik. Bununla yanaşı, avtomobil yollarında olan sıxlığı da aradan qaldıra bilərik”.

S. Dübəndi qeyd edib ki, Qəbələ son illər ölkədə inkişaf etmiş turizm destinasiyasına çevrilib: “Qəbələdə Beynəlxalq Hava Limanı da fəaliyyət göstərir. Bu hava limanının daha geniş və daha fərqli istiqamətlərdə aviareyslərin həyata keçirilməsi arzu ediləndir”.

Turizm eksperti Rəhman Hacıyev isə hesab edir ki, Qəbələyə qatarın işləməsi aşağı büdcəli turistlərin əlçatanlığına şərait yaradar: “Bu isə bölgəyə turist axınının genişlənməsinə səbəb olar. Bu gün Qəbələyə müxtəlif turizm marşrutları təşkil edilir. Lakin ölkədə və xarici turistlər arasında qatarla səyahət etməyə marağı olanlar çoxdur. Qatarların faəliyyəti Qəbələyə daha təhlükəsiz şəraitdə çatmağa imkan verər. Biz əvvəlki tarixə nəzər salsaq görərik ki, sovet dövründə turistlər qatarla hərəkət edirdilər. Bütün ölkə daxilində sanatoriyalara gedənlər əsasən qatarla hərəkət edirdilər”.

O vurğulayıb ki, bu gün Qəbələ həm yerli, həm də xarici turistlər üçün önəmli əsas məkandır: “Hazırda digər ölkələr üçün aviabiletlər pandemiyadan əvvəlki illə müqayisədə 2 dəfə bahalaşıb. Bu isə yerli turistlərin ölkədə qalmasına səbəb olub. Həmçinin, quru sərhədlər də bağlanıb. Hər il ölkədə çoxlu sayda insanlar Rusiyanın müalicəvi istirahət mərkəzlərinə üz tuturdular. Artıq onlar da ölkə daxilində istirahət etməyə önəm verirlər. Onu qeyd edə bilərəm ki, Qəbələ istiqamətində hotellərdə istirahət günləri, bayram günləri yer tapmaq çox çətindir. Bu baxımdan, Bakı-Qəbələ qatarın açılması zəruridir. Alternativ nəqliyyat vasitələrinin fəaliyyəti turizmin inkişafını şərtləndirən amillərdəndir”.

Bəs “Azərbaycan Dəmir Yolları” QSC bu barədə nə deyir?

"Martın 19-dan etibarən Bakı-Gəncə sürət qatarının hərəkəti bərpa olunub. Qeyd edək ki, Bakı-Böyük Kəsik xəttində, o cümlədən xəttin Ucar-Gəncə hissəsində elektrik təchizatı sisteminin 3 kV sabit cərəyandan 25 kV dəyişən cərəyana keçirilməsi istiqamətində işlər aparılıb. Bakı-Gəncə qatarının hərəkətinin bərpa edilməsi Ucar-Gəncə hissəsində işlərin bitməsindən sonra mümkün olub.

Bu günədək Bakı-Böyük Kəsik xəttinin yalnız Ucar-Böyük Kəsik hissəsi dəyişən cərəyana keçirilib. Ucar-Bakı hissəsində də analoji işlərin aparılmasına başlanılıb. Məlumat üçün bildirək ki, "Azərbaycan Dəmir Yolları" QSC-nin balansında hər biri 4 vaqondan ibarət 9 elektrik qatarı var. Bu qatarlardan 7 ədədi Abşeron dairəvi dəmir yolu istiqamətində fəaliyyətdədir. Bir qatar Bakı-Gəncə istiqamətində işləyir. Digər qatarlar isə həm Bakı-Sumqayıt, həm də Bakı-Gəncə reyslərini həyata keçirir. ADY vaqon parkını genişləndirmək məqsədilə daha 10 qatar sifariş verib. Bu qatarların 2023-cü ilin sonu, 2024-cü ilin əvvəli ölkəyə gətirilməsi planlaşdırılır. Həmin qatarların ölkədaxili istiqamətdə, həmçinin Bakı-Qəbələ xətti üzrə istifadəyə verilməsi nəzərdə tutulur", - QSC-dən bildirilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ləki-Qəbələ dəmir yolunun nə vaxt tikiləcəyi açıqlandı

30-04-2019

Bakı-Gəncə sürət qatarında qiymət endirildi

16-03-2019

ADY bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək

05-06-2025

Dəmiryolu stansiyalarında pulsuz “Wi Fi” zonaları yaradılacaq

31-05-2024

İlham Əliyev Bakı-Tbilisi-Qars qatarı ilə tanış olub

04-04-2019

Bakıdan Gəncəyə 4 saatlıq yol 100 manata

28-12-2018

Bakı Gəncə qatarında qiymətlər endirildi - Rəsmi

06-04-2019

Bakı-Sumqayıt-Bakı "Ekspres" qatarı fəaliyyətə başlayır

12-10-2023

Bakı-Ağstafa-Bakı və Bakı-Qəbələ-Bakı qatarlarında pulsuz “Wi-Fi” aktivdir

13-11-2024

ADY qeyri-iş günlərində gücləndirilmiş rejimdə işləyəcək

25-06-2025

Azərbaycan və Koreya dəmir yolları rəhbərləri arasında görüş keçirildi

11-04-2019

Ayrı-ayrı dəmir yolu marşrutları xarici şirkətlərə icarəyə verilsin - Təklif

04-04-2024

Bakı-Gəncə qatarına onlayn bilet satışı müvəqqəti dayandırılacaq

10-11-2022

“Azərbaycan Dəmir Yolları”nın vağzal və stansiyalarda ödənişsiz “Wi-Fi” şəbəkəsi qurulur

23-09-2024

ADY "SİMA Pay" – üztanıma ilə ödəniş sisteminin tətbiqinə başlayıb

15-05-2026

Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkəti müvəqqəti dayandırılır

11-01-2019

Şimal bölgəsində də qatarlara bilet kompüterlərlə satılacaq

31-03-2009

Daha bir qurum İT resurslarını “Hökumət buludu”na köçürür

10-11-2022

Səhradan keçən ilk yüksəksürətli dəmir yolu istismara verilib

26-09-2018

Dəmir Yolları Siemens şirkəti ilə əlaqələri möhkəmləndirir

21-07-2016

Orta Dəhlizdə rəqəmsallaşmanın inkişafına dair protokol imzalanıb

10-02-2026

Bakı-Sumqayıt qatarlarında elektron ödəniş aktivləşdi

27-07-2023

Bakı-Sumqayıt qatarında bileti mobil telefonla almaq mümkün olacaq

12-09-2015

ADY mobil tədbiqini yükləyənlərin sayı 400 mini ötüb

03-04-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə