Previous Next
Bağla

Çin hakerləri Qazaxıstanı izləyib

26-02-2024 13:32
Çin hakerləri Qazaxıstanı izləyib

Bir qrup çinli hakerin iki il ərzində Qazaxıstan telekommunikasiya operatorlarının infrastrukturuna giriş əldə etdiyi məlum olub. Bu ilin fevral ayında naməlum şəxslər Çin Təhlükəsizlik Nazirliyinin podratçılarından biri olan infromasiya şirkətindən sızan məxfi məlumatları dərc ediblər. Bu məlumatlara görə, Çində fəaliyyət göstərən və dövlətin sifarişlərini yerinə yetirən haker qrupu son iki ildə Qazaxıstan telekommunikasiya operatorlarının kritik infrastrukturuna tam giriş əldə edib.

“New York Times” qəzetinin yazdığına görə, sızdırılan sənədlərdə, Çin təhlükəsizlik xidmətində müxtəlif ölkələrin hökumətləri və telekommunikasiya şirkətləri barədə məlumatlar toplanıb. Qazaxıstan Çin məxfi xidmətləri üçün xüsusi maraq kəsb edib.

Qazaxıstan Rəqəmsal İnkişaf, İnnovasiya və Aerokosmik Sənaye Nazirliyi 20 fevral 2024-cü il tarixində verdiyi açıqlamada, sızdırılan məlumatları təhlil etməyə başladığını bildirib. Çinin haker qrupunun iki ildir Qazaxıstanın dövlət infrastrukturlarında yerləşərək məlumat toplaması aysberqin görünən hissəsidir. Məlumata görə, açıqlanan skrinşotlardan birində Qazaxıstan Müdafiə Nazirliyinin serveri ilə bağlı məlumatlar da var. Qazaxıstanın dövlət aviaşirkəti “Air Astana” haqqında məlumatları özündə əks etdirən fayllar aşkarlanıb.

Çinli hakerlərin marağında başqa dövlətlər də olub. Qırğızıstan, Monqolustan, Pakistan, Malayziya, Nepal, Türkiyə, Hindistan, Misir, Fransa, Kamboca, Ruanda, Nigeriya, Honq Konq, İndoneziya, Vyetnam, Myanma, Filippin və Əfqanıstanla bağlı da məxfi məlumatlar aşkarlanıb. Sızdırılan fayllarda həmçinin Çindəki etnik azlıqların və onlayn qumar şirkətlərinin fəaliyyətinin izlənildiyi də aşkarlanıb.

Bundan başqa sızdırılan məlumatlarda konkret şəxslər barədə məlumatların toplandığı aşkarlanıb. Çinli hakerlər müəyyən şəxslər tərəfindən edilən zəngləri, danışıqları və səyahət yerlərini izləyiblər. Sızma Çin kəşfiyyatının proqram təminatına, Windows, Mac, iOS və Android üçün troyan proqramlarına, sosial şəbəkə istifadəçilərinin anonimləşdirilməsi sistemlərinə, Wi-Fi sındırma avadanlığından istifadə üsullarına da işıq salır. Təhlillər göstərir ki, oğurlanmış məlumatların həcmi kifayət qədər böyükdür və bəzi hallarda terabaytlarla ölçülür.

Məlumatların həcmi və xarakteri Qazaxıstanın informasiya təhlükəsizliyi sistemindəki səhvləri aşkara çıxarıb. Qazaxıstana aid məlumat bazasının sızması Çinin aktiv olduğu ölkələrdə bu cür sistemlərin zəifliyindən istifadə etməsinin nümunəsidir. Çin əksər ölkələrin kompüter sistemlərini sındırmaq üçün davamlı səylərlə məşğuldur.

“Atlas” Araşdırmalar Mərkəzi

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Qazaxıstan və Monqolustan investisiya sazişi imzalayıblar

Qazaxıstan və Monqolustan investisiya sazişi imzalayıblar

30-10-2024
ABŞ-nin hüquq və texnologiya firmalarına haker hücumu olub

ABŞ-nin hüquq və texnologiya firmalarına haker hücumu olub

08-10-2025
“Qara qutu”ların məlumatları əvvəllər internetdə dərc olunmuş informasiyadan fərqlidir

“Qara qutu”ların məlumatları əvvəllər internetdə dərc olunmuş informasiyadan fərqlidir

24-01-2025
Milyonlarla Gürcüstan vətəndaşının şəxsi məlumatları internetə sızdırılıb

Milyonlarla Gürcüstan vətəndaşının şəxsi məlumatları internetə sızdırılıb

26-01-2025
Qazaxıstan NVIDIA texnologiyalarına əsaslanan superkompüterləri istifadəyə verib

Qazaxıstan NVIDIA texnologiyalarına əsaslanan superkompüterləri istifadəyə verib

28-05-2026
Rusiya ABŞ məhkəmələrinə haker hücumunda iştirak edib

Rusiya ABŞ məhkəmələrinə haker hücumunda iştirak edib

13-08-2025
Çinli hakerlər Tramp və Vansın telefon məlumatlarını əldə etməyə çalışıblar

Çinli hakerlər Tramp və Vansın telefon məlumatlarını əldə etməyə çalışıblar

26-10-2024
Nazir beynəlxalq hakerlər qrupu Azərbaycanın dövlət qurumlarına, xüsusilə də RİTN-ə məxsus məlumatları ələ keçirilməsinə aydınlıq gətirib

Nazir beynəlxalq hakerlər qrupu Azərbaycanın dövlət qurumlarına, xüsusilə də RİTN-ə məxsus məlumatları ələ keçirilməsinə aydınlıq gətirib

06-05-2013
Çinlə əlaqəli hakerlər ABŞ Maliyyə Nazirliyinə kiberhücum ediblər

Çinlə əlaqəli hakerlər ABŞ Maliyyə Nazirliyinə kiberhücum ediblər

02-01-2025
Təhlükəsizlik boşluqları aşkarlanan dövlət informasiya resurslarının sayı azalıb

Təhlükəsizlik boşluqları aşkarlanan dövlət informasiya resurslarının sayı azalıb

11-05-2026
Azərbaycan beynəlxalq kibertəhlükəsizlik təlimə qatılacaq

Azərbaycan beynəlxalq kibertəhlükəsizlik təlimə qatılacaq

16-12-2019
“WhatsApp”da 2 təhlükəli boşluq aşkarlanıb

“WhatsApp”da 2 təhlükəli boşluq aşkarlanıb

19-04-2021
Xəzərin dibi ilə fiber-optik kabel xəttinin çəkilişinə yatırılacaq investisiyaların həcmi açıqlanıb

Xəzərin dibi ilə fiber-optik kabel xəttinin çəkilişinə yatırılacaq investisiyaların həcmi açıqlanıb

18-06-2024
Mayda təhlükəsizlik boşluqları aşkarlanan dövlət informasiya resurslarının sayı azalıb

Mayda təhlükəsizlik boşluqları aşkarlanan dövlət informasiya resurslarının sayı azalıb

08-06-2026
Fransada 15 milyon insanın şəxsi məlumatları sızdırılıb

Fransada 15 milyon insanın şəxsi məlumatları sızdırılıb

27-02-2026
“Air France” haker hücumuna məruz qalıb

“Air France” haker hücumuna məruz qalıb

07-08-2025
Azərbaycanda botnetə yoluxmuş kompüter şəbəkəsi aşkarlanıb

Azərbaycanda botnetə yoluxmuş kompüter şəbəkəsi aşkarlanıb

01-06-2015
Qazaxıstan Azərbaycanın icazə sistemini tətbiq edir

Qazaxıstan Azərbaycanın icazə sistemini tətbiq edir

30-04-2020
Qazaxıstan Azərbaycanın kibertəhlükəsizlik təcrübəsi ilə maraqlanır

Qazaxıstan Azərbaycanın kibertəhlükəsizlik təcrübəsi ilə maraqlanır

14-11-2025
Telegram Astana Hub ilə əməkdaşlığa başlayıb

Telegram Astana Hub ilə əməkdaşlığa başlayıb

01-07-2025
FTB Çinlə əlaqəli hakerlərin ABŞ-də telekomunikasiyaya çıxışını araşdırır

FTB Çinlə əlaqəli hakerlərin ABŞ-də telekomunikasiyaya çıxışını araşdırır

26-10-2024
Qazaxıstan ilə Groq Inc. şirkəti arasında memorandum imzalanıb

Qazaxıstan ilə Groq Inc. şirkəti arasında memorandum imzalanıb

14-11-2025
Qazaxıstanın Açıq Hökumət Məlumatları portalı istifadəyə verilib

Qazaxıstanın Açıq Hökumət Məlumatları portalı istifadəyə verilib

11-06-2015
Çində kriptovalyuta qadağası digər ölkələrdə mayninqi artıracaq

Çində kriptovalyuta qadağası digər ölkələrdə mayninqi artıracaq

22-11-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə