Previous Next
Bağla

Qəbul imtahanları başlayır

06-04-2017 13:20
Qəbul imtahanları başlayır

Dövlət İmtahan Mərkəz aprelin 9-da ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına, rezidenturaya qəbul imtahanının 1-ci mərhələsini və Azərbaycan dili (ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün) imtahanlarını keçirəcək.

Bu barədə Xeberler.az-a DİM-dən məlumat verilib.

Ərizə vermiş bakalavrlar imtahanda iştirak etmək üçün DİM-in internet saytına daxil olub “şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Burada iştirakçının imtahan verəcəyi şəhər, bina və digər məlumatlar qeyd olunur.

Namizədlər imtahana gələrkən aşağıda göstərilən sənədləri mütləq özləri ilə gətirməlidirlər: 

-          Şəxsiyyəti təsdiq edən sənədin əslini;

-          “İmtahana buraxılış vərəqəsi”ni.

Göstərilən sənədləri arasında uyğunsuzluq olan, yaxud həmin sənədlərdən biri olmayan şəxslər imtahana buraxılmayacaq.

Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. Bütün imtahan binaları yoxlanılır, zallarda abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılır. Təhlükəsizliyin təmin edilməsi məqsədilə aprelin 8-də imtahan mərkəzləri, zallar, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə veriləcək.

 Magistratura səviyyəsinə qəbul. Magistratura səviyyəsinə qəbul imtahanı Respublikanın 5 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəran şəhərlərində, ümumilikdə 39 imtahan mərkəzində aparılacaq. 

İmtahan bütün binalarda eyni vaxtda - saat 13:00-da başlanır. 

Məlumat üçün bildirək ki, ərizələrin qəbulu internet vasitəsilə martın 10-dan 28-dək aparılıb. İmtahanda iştirak etmək üçün 13081 bakalavr ərizə təqdim etmişdir. Onlardan 11817 nəfəri Azərbaycan bölməsi, 1264 nəfəri rus bölməsi üzrə imtahan verəcək. Ərizə verənlərin 5640 nəfəri oğlan, 7431 nəfəri isə qızlardır. Bakalavrlardan 7281 nəfəri cari ilin, 5800 nəfəri isə əvvəlki illərin məzunlarıdır. 25 nəfər xarici ölkə vətəndaşıdır.

Qəbul imtahanı Bakı şəhərində 32, Gəncə şəhərində 4, Naxçıvan, Mingəçevir və Lənkəran şəhərlərinin hər birində 1 binada təşkil olunacaq. Bakıda 11116, Naxçıvanda 346, Gəncədə 1074, Mingəçevirdə 345, Lənkəranda 200 bakalavrın imtahan verəcəyi gözlənilir.

İmtahanın idarə olunmasına 126 imtahan rəhbəri, 1208 nəzarətçi-müəllim cəlb olunacaq.

 Rezidenturaya qəbul. Rezidenturaya qəbul imtahanı Bakı şəhərində 2 binada – Azərbaycan Tibb Universitetinin I və V tədris binaları, eləcə də Naxçıvan şəhərində 1 binada – Naxçıvan Dövlət Universitetinin Hüquq korpusunda keçirilir və imtahan bütün binalarda eyni vaxtda – saat 13:00-da başlanır.

İmtahanda iştirak etmək üçün ərizə qəbulu internet vasitəsilə 2017-ci il martın 10-dan 28-dək aparılıb. 1077 namizəd elektron ərizə doldurub və təsdiq edib. Onlardan 694 nəfəri qız, 383 nəfəri isə oğlanlardır. 925 namizəd Azərbaycan bölməsinin, 152 namizəd rus bölməsinin, 471 namizəd cari ilin, 606 namizəd isə əvvəlki illərin məzunudur.

Bakı şəhərində 1027, Naxçıvan şəhərində isə 50 namizədin imtahan verməsi nəzərdə tutulur.

İmtahanların idarə olunması üçün 14 imtahan rəhbəri, 129 zal nəzarətçisi ayrılıb.

 Azərbaycan dili imtahanı. Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün Azərbaycan dili imtahanı Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Bərdə, Göyçay, Lənkəran, Şirvan və Xaçmaz şəhərlərində ümumilikdə 17 imtahan mərkəzində aparılacaq. 

İmtahan bütün binalarda eyni vaxtda - saat 13:00-da başlanır. 

Bu imtahanda “Abituriyentin elektron ərizəsi” formasını 31 mart 23:59-dək təsdiqləmiş abituriyentlər iştirak edəcəklər. Aprelin 1-dən 10-dək elektron ərizəsini təsdiq edən, eləcə də aprelin 9-da keçirilən imtahanda “qeyri-məqbul” qiyməti alan və ya müxtəlif səbəblər üzündən imtahanda iştirak etməyən abituriyentlər 2017-ci il iyunun 11-də keçiriləcək növbəti “Azərbaycan dili” imtahanında iştirak edə bilərlər.

İmtahanda iştirakı nəzərdə tutulan 6151 abituriyentdən 2991 nəfəri oğlan, 3160 nəfəri qızdır.  5814 abituriyent orta ümumtəhsil müəssisələrinin bu ilki məzunu, 337 nəfər isə əvvəlki illərin məzunlarıdır.  

Bakı şəhərində 4088 , Naxçıvanda 24 , Gəncədə 578, Sumqayıtda 363, Şəkidə 278, Bərdədə 135, Göyçayda 131, Şirvanda 92, Lənkəranda 117, Xaçmazda isə 345 abituriyentin imtahan verməsi nəzərdə tutulmuşdur.

İmtahanın idarə olunması üçün 41 imtahan rəhbəri, 457 nəzarətçi-müəllim ayrılıb.

Günel

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

35 mindən çox abituriyent imtahan verəcək

27-04-2017

Hərbi liseylərə qəbul imtahanı keçiriləcək

28-07-2022

İmtahan cavabları TQDK-nın rəsmi saytına yerləşdirilib

03-07-2015

İmtahana buraxılış vərəqini necə çap etmək lazımdır?

04-04-2017

Qəbul imtahanının nəticələri açıqlandı

26-05-2015

Azərbaycanda ilk dəfə informatika fənni üzrə qəbul imtahanı keçirildi

05-06-2023

Magistraturaya qəbul olmaq istəyənlər üçün elektron formada sınaq imtahanı keçiriləcək

29-12-2024

9-cu siniflər üçün buraxılış imtahanı başlayır

01-03-2017

DİM: Elektron ərizə qəbulu davam edir

15-05-2017

Buraxılış və qəbul imtahanların tarixi açıqlandı

17-01-2018

Yay qəbul imtahanlarında iştirak etmək üçün qeydiyyat başlanır

08-06-2022

Vergi orqanlarında işləmək istəyənlər üçün tеst imtаhаnı keçiriləcək

13-04-2017

Elektron ərizə qəbulu sistemi aktivləşib

04-05-2017

Növbəti buraxılış imtahanlarında 57088 şagird iştirak edəcək

20-06-2017

DİM: İmtahan zalında gizlədilmiş “ağıllı” saat aşkar olunub, araşdırma aparılır

11-06-2023

Ali məktəblərə tələbə qəbulu üzrə sınaq imtahanı keçiriləcək

05-01-2023

Qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərin nəzərinə!

17-06-2022

Rəqəmsal SAT imtahanı keçiriləcək

28-04-2026

Buraxılış imtahanında 35 mindən çox şagird iştirak edəcək

15-03-2017

Məzunların ərizə qəbulu aprelin 15-dək davam edəcək

10-04-2019

Növbəti rəqəmsal SAT imtahanı təşkil olunacaq

01-10-2025

Növbəti rəqəmsal SAT imtahanı keçiriləcək

02-12-2025

Rəqəmsal SAT imtahanı keçiriləcək

07-03-2023

Rəqəmsal SAT imtahanı keçiriləcək

09-09-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə