Previous Next
Bağla

Növbəti buraxılış imtahanlarında 57088 şagird iştirak edəcək

20-06-2017 10:53
Növbəti buraxılış imtahanlarında 57088 şagird iştirak edəcək

Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 23-də Xocavənd, Gəncə, Daşkəsən, Göygöl, Samux, Xızı, Mingəçevir, Naftalan, Goranboy, Şəki, Oğuz, Ağcabədi, Göyçay, Ucar, Ağdaş, İsmayıllı, İmişli, Füzuli, Beyləqan, Sabirabad, Saatlı, Lənkəran, Astara, Lerik, Masallı, Xaçmaz, Şabran və Siyəzəndə yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan ( IX və XI siniflərdə ) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirəcək.

DİM-dən Xeberler.az-a verilən məlumata görə, həmin gün ümumilikdə 57088 şagirdin imtahan verəcəyi nəzərdə tutulur (IX sinif ikinci mərhələ üzrə 31715, XI sinif üzrə 25373).

İmtahanda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə çap edib götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

IX sinif şagirdləri üçün imtahan saat 10:00-da, XI sinif şagirdləri üçün isə saat 15: 00-da başlanır.

Şagirdlər imtahana “İmtahana buraxılış vərəqəsi”, şəxsiyyəti təsdiq edən sənədin əslini, Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini, əcnəbilər şəxsi pasportları və icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini, şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) gətirməlidirlər.

IX sinif şagirdlərinin buraxılış imtahanlarının keçirilməsi üçün ümumilikdə 83 imtahan binası ayrılıb.

Həmin gün 31713 ( Xocavənddə 76, Gəncədə 3266, Daşkəsəndə 274, Göygöldə 902, Samuxda 680, Xızıda 139, Mingəçevirdə 1176, Naftalanda 80, Goranboyda 1355, Şəkidə 1970, Oğuzda 568, Ağcabədidə 1712, Göyçayda 1262, Ucarda 870, Ağdaşda 1249, İsmayıllıda 1033, İmişlidə 1193, Füzulidə 788, Beyləqanda 1078, Sabirabadda 1749, Saatlıda 1021, Lənkəranda 2169, Astarada 1180, Lerikdə 661, Masallıda 2105, Xaçmazda 2007, Şabranda 672, Siyəzəndə 480 ) nəfər 9-cu sinif şagirdinin imtahanda iştirakı nəzərdə tutulur.

XI siniflərdə təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün 83 imtahan binası ayrılıb.

Həmin gün 25373 (Xocavənddə 53, Gəncədə 2560, Daşkəsəndə 243, Göygöldə 754, Samuxda 515, Xızıda 93, Mingəçevirdə 998, Naftalanda 62, Goranboyda 1072, Şəkidə 1770, Oğuzda 526, Ağcabədidə 1481, Göyçayda 904 Ucarda 632, Ağdaşda 903, İsmayıllıda 804, İmişlidə 1064, Füzulidə 649, Beyləqanda 832, Sabirabadda 1755, Saatlıda 719, Lənkəranda 1783, Astarada 825, Lerikdə 492, Masallıda 1536, Xaçmazda 1473, Şabranda 509, Siyəzəndə 366 ) nəfər 11-ci sinif şagirdinin imtahanda iştirakı nəzərdə tutulur.

İmtahanların idarə olunmasına ümumilikdə 224 imtahan rəhbəri, 2778 nəzarətçi-müəllim ayrılıb. Hal-hazırda imtahan keçiriləcək şəhərlərdə imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. İmtahan mərkəzlərinə təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahandan bir gün əvvəl DİM əməkdaşlarının iştirakı ilə növbəti baxış keçiriləcək və bütün imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi  Baş Mühafizə İdarəsinin əməkdaşlarına mühafizə üçün təhvil veriləcək.

 Günel

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

9-cu siniflər üçün buraxılış imtahanı başlayır

01-03-2017

Buraxılış imtahanında 35 mindən çox şagird iştirak edəcək

15-03-2017

Hərbi liseylərə qəbul imtahanı keçiriləcək

28-07-2022

35 mindən çox abituriyent imtahan verəcək

27-04-2017

İmtahana buraxılış vərəqini necə çap etmək lazımdır?

04-04-2017

Qəbul imtahanları başlayır

06-04-2017

Aprelin 14-də 27 rayon və şəhərdə buraxılış imtahanı keçiriləcək

08-04-2019

DİM ümumi təhsil müəssisələrinin rəhbərlərinə müraciət edib

20-05-2019

Azərbaycanda ilk dəfə informatika fənni üzrə qəbul imtahanı keçirildi

05-06-2023

56 rayonda buraxılış imtahanı keçirilib

12-03-2017

Növbəti rəqəmsal SAT imtahanı keçiriləcək

02-06-2025

Növbəti rəqəmsal SAT imtahanı təşkil olunacaq

01-10-2025

Rəqəmsal SAT imtahanı keçiriləcək

09-09-2025

Aprelin 21-də buraxılış imtahanı keçiriləcək

15-04-2019

Növbəti SAT imtahanı keçiriləcək

05-11-2025

Martın 17-də buraxılış imtahanı keçiriləcək

11-03-2019

Növbəti rəqəmsal SAT imtahanı keçiriləcək

02-12-2025

Rəqəmsal SAT imtahanı keçiriləcək

28-04-2026

DİM-də rəqəmsal SAT imtahanı keçiriləcək

30-10-2023

Növbəti rəqəmsal SAT imtahanı keçiriləcək

29-10-2024

Rəqəmsal SAT imtahanı keçiriləcək

07-03-2023

DİM-də rəqəmsal SAT imtahanı keçiriləcək

01-10-2024

Bu gün rəqəmsal SAT imtahanı keçiriləcək

08-03-2025

Qəbul və buraxılış imtahanlarının vaxtı açıqlandı

25-05-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə