Previous Next
Bağla

Məktəblilərin hazırladığı robotlar döyüşəcək

06-02-2018 16:50
Məktəblilərin hazırladığı robotlar döyüşəcək

Qərbi Kaspi Universitetinin təşkilatçılığı ilə məktəblilər arasında robototexnika olimpiadası keçiriləcək.

Xeberler.az bildirir ki, Olimpiadanın təşkilat komitəsindən verilən məlumata görə, yarışmada məktəblilərdən ibarət 40-a yaxın komanda iştirak edəcək.

Robototexnika olimpiadasının keçirilmə məqsədi məktəblilər arasında mühəndislik ixtisaslarının təbliği, bütün dünyada, o cümlədən ölkəmizdə də əmək bazarında tələbat olan robototexnika mühəndisliyinin təbliği və məktəblilərin təcrübə işlərini geniş ictimaiyyətə çatdırmaqdan ibarətdir. Olimpiadanın fevralın 24-də keçirilməsi nəzərdə tutulur. Sabahdan etibarən isə universitetin mütəxəssislərinin iştirakı ilə olimpiadaya qatılacaq məktəblilər üçün 10 günlük təlimlər start götürür.

Olimpiada dünyaca məşhur LEGO (ev3) robototexnika konstruktoru üzərində keçiriləcək. Olimpiada şərtinə əsasən iştirak edəcək hər komanda Qərbi Kaspi Universiteti tərəfindən veriləcək LEGO ilə yapon milli güləşiçisi olan SUMO döyüşçüsü hazırlamalıdır. Hazırlanacaq olan robotun ölçüləri eni və uzunluğu 15 sm, çəkisi 1000 qramı keçməməli, hündürlük isə istənilən ölçüdə ola bilər. Hazırlanan robotlar diametri 77 sm qara rəngli, kənar ağ xətt çizgiləri 2.5 sm olan sahədə bir-birini sahədən kənara çıxarmaqla döyüşəcəklər.

Qaliblər üçün mükafatlar da nəzərdə tutulub. Belə ki, birinci yerin qalibi 1000, ikinci yerin qalibi 800, üçüncü yerə layiq görülmüş iştirakçı isə 600 AZN məbləğində mükafat qazanacaq. IV və V Yerlərin sahiblərinə isə Qərbi Kaspi Universiteti tərəfindən dəyərli hədiyyələr veriləcək.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Robototexnika olimpiadasına hazırlıqlar necə gedir?-Foto

15-02-2018

Məktəblilər arasında robototexnika olimpiadası başlayır

29-12-2017

Məktəblilərin robotları döyüşəcək – Bu şənbə

28-02-2018

Robototexnika olimpiadasının qalibləri-Foto

04-03-2018

Məktəblilər üçün robototexnika təlimləri – Ödənişsiz

12-04-2018

Qərb Universiteti regionda robototexnika təlimləri keçəcək

04-04-2018

Gənclərin və Məktəblilərin Yay Mühəndislik Forumu keçirilib

14-07-2018

Qərbi Kaspi Universitetində robotlar yarışıb

26-05-2018

Məktəblilər üçün robototexnika təlimləri başladı

20-04-2018

Rektor: “Mühəndislik ixtisasları üzrə kadr hazırlayırıq”

03-05-2018

Qərbi Kaspi Universitetinin Texnoparkında hansı layihələr işləyir?

01-05-2018

Robototexnika Olimpiadasına qeydiyyat başladı

16-05-2018

BANM tələbələri AIRO 2025-də 3-cü yerə layiq görülüblər

23-05-2025

Süni intellekt Olimpiadada tapşırıqları həll edəcək

13-09-2019

Azərbaycan 1-ci Robototexnika yarışmasında təmsil olunub

31-10-2019

Startap Günlərinə hazırlıqlarla bağlı görüş keçirilib

19-02-2018

Bakcell daha bir universitetdə əmək yarmarkasına qatılıb

12-03-2018

Qərb Universiteti Texnoparkı yeni əməkdaşlığa imza atdı

02-04-2018

Qərbi Kaspi Universiteti Makers’ Day 2018-ə dəvət edir

12-11-2018

Tələbələri arasında İnformatika üzrə olimpiada başladı

30-04-2018

Beynəlxalq Robototexnika olimpiadasının qalibi azərbaycanlı oldu

14-08-2015

I Robot Olimpiadasının qalibləri-Foto

23-06-2017

Tələbələr arasında İnformatika Olimpiadası başladı

29-04-2017

Makers Day 2018 gənclər üçün təcrübə və iş imkanı yaradıb

17-11-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə