Previous Next
Bağla

QHT-lər “bir pəncərə” prinsipi əsasında maliyyələşdiriləcək

22-06-2026 21:02
QHT-lər “bir pəncərə” prinsipi əsasında maliyyələşdiriləcək

QHT-lərin “bir pəncərə” prinsipi əsasında maliyyələşdirilməsinə dair qayda təsdiq olunub.

Xeberler.az məlumat verir ki, Prezident İlham Əliyevin 2025-ci il 29 dekabr tarixli müvafiq Fərmanı ilə 15 dövlət qurumu - 9 Nazirlik (Mədəniyyət Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Səhiyyə Nazirliyi, Maliyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) və digər 6 qurum (Dini Qurumlar İş üzrə Dövlət Komitəsi, Dövlət Turizm Agentliyi, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya, Azərbaycan Gənclər Fondu, KOBİA və ƏƏSMN-nin Sosial Xidmətlər Agentliyi) tərəfindən QHT-lərin müsabiqə yolu ilə və müsabiqədənkənar yolla, dövlət sifarişləri və subsidiya daxil olmaqla bütün növ maliyyələşdirilməsinin “bir pəncərə” prinsipi əsasında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə birlikdə həyata keçirilməsinə dair qərar verilib.

Bundan irəli gələrək Nazirlər Kabinetinə qeyri-hökumət təşkilatlarının “bir pəncərə” prinsipi əsasında maliyyələşdirilməsinə dair qaydanı müəyyənləşdirmək tapşırılmışdı. Ötən dövr ərzində qaydanın hazırlanması üzərində ciddi iş aparılıb, dövlət qurumları ilə silsilə kollegial müzakirələr keçirilib, müvafiq rəy və təkliflər nəzərə alınıb.

2026-cı il iyunun 22-də Nazirlər Kabineti bu qaydanı 188 nömrəli qərarla təsdiq edib. QHT-lərin “bir pəncərə” prinsipi əsasında maliyyələşdirilməsinə dair qayda əsasında işə düşən yeni mexanizm Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 15 dövlət qurumu ilə sıx koordinasiyada QHT-lərin maliyyələşdirilməsinə dair vahid databaza formalaşdırmasına, QHT fəaliyyətlərinin daha səmərəli, nəticəyönümlü, ölçüləbilən olmasına, bu istiqamətdə milli prioritetlərə uyğun mövzuların dövlət qurumları arasında vaxtında və düzgün bölüşdürülməsinə, işlərin sistemli və ardıcıl şəkildə planlaşdırılmasına xidmət edəcək.

Prezident İlham Əliyevin tapşırığı ilə prosesin “bir pəncərə” prinsipi əsasında aparılması dövlət qurumlarının QHT-lərlə iş sahəsində fəaliyyətinin sistemləşdirilməsi mahiyyətli olmaqla, bu sahədə fundamental dəyişikliklərə səbəb olacaq köklü islahatdır.

Yeni qaydalar üzrə qrant məbləğləri artırılıb və müvafiq hədlər müəyyənləşdirilib:

- “Kiçik qrant” üzrə - qrant məbləğinin yuxarı həddi 30 000 manat;

- “Böyük qrant” üzrə - qrant məbləğinin aşağı həddi 30 000 manat.

“Böyük qrant” üzrə - qrant məbləğinin yuxarı həddi hər bir müsabiqə üzrə QHT Agentliyi tərəfindən, donor qurumlara münasibətdə isə müvafiq donor qurum və ya qurumlarla birlikdə müəyyən edilir və müsabiqə elanında açıqlanır.

“Səfər qrantı” üzrə - qrant məbləğinin yuxarı həddi 15 000 manatdır.

Layihələrin ekspertiza meyarları da gücləndirilib. Bundan sonra ekspert qrupu layihənin icrası zamanı müvafiq tərəfdaşlarla, sahəvi qurumlarla və media ilə əməkdaşlıq məsələlərinə, layihənin müvafiq sahədə dövlət siyasətinə və qüvvədə olan müvafiq sahəni tənzimləyən normativ hüquqi aktlarla müəyyən edilən vəzifələrə, strateji sənədlərin (proqramlar, yol xəritələri, konsepsiyalar və s.) hədəflərinə töhfəsini də ayrıca dəyərləndirəcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
"Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi" informasiya sistemi yaradılır

"Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi" informasiya sistemi yaradılır

29-12-2025
Xankəndidə “QHT-lərin 3-cü Əməkdaşlıq Forumu” keçirilir

Xankəndidə “QHT-lərin 3-cü Əməkdaşlıq Forumu” keçirilir

20-10-2025
KOB-ların növbəti qrant layihələrinin maliyyələşdirilməsinə başlanılıb

KOB-ların növbəti qrant layihələrinin maliyyələşdirilməsinə başlanılıb

16-03-2023
Ekspert: "Vətəndaş cəmiyyətinin inkişafını əngəlləyən kimdir" ?

Ekspert: "Vətəndaş cəmiyyətinin inkişafını əngəlləyən kimdir" ?

04-12-2021
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının tərkibi təsdiqlənib

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının tərkibi təsdiqlənib

30-12-2025
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının saytı fəaliyyətə başladı

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının saytı fəaliyyətə başladı

19-10-2009
Biznes islahatları beynəlxalq qurumlara və QHT-lərə təqdim olundu

Biznes islahatları beynəlxalq qurumlara və QHT-lərə təqdim olundu

30-01-2019
Növbəti qrant müsabiqəsi elan olunacaq

Növbəti qrant müsabiqəsi elan olunacaq

18-03-2015
KOBİA 4-cü qrant müsabiqəsi ilə bağlı tədbir keçirəcək

KOBİA 4-cü qrant müsabiqəsi ilə bağlı tədbir keçirəcək

11-08-2023
Nazirliyin 4 qurumu əsasında bir Agentlik yaradıldı

Nazirliyin 4 qurumu əsasında bir Agentlik yaradıldı

14-01-2019
Hansı dövlət qurumları “Elektron hökumət” portalına qoşulmayıb?

Hansı dövlət qurumları “Elektron hökumət” portalına qoşulmayıb?

19-01-2015
Azərbaycanda iki yeni dövlət agentliyi yaradılıb

Azərbaycanda iki yeni dövlət agentliyi yaradılıb

12-01-2018
Prezident "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərman imzalayıb

Prezident "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərman imzalayıb

07-02-2013
Nazirlik yeni elektron xidmət yaradır

Nazirlik yeni elektron xidmət yaradır

05-01-2018
İRİA-nın ayıracağı qrantın maksimum həcmi müəyyənləşib

İRİA-nın ayıracağı qrantın maksimum həcmi müəyyənləşib

10-01-2025
Bu il Azərbaycanda "Milli Kibertəhlükəsizlik İndeksi" təqdim olunub

Bu il Azərbaycanda "Milli Kibertəhlükəsizlik İndeksi" təqdim olunub

19-12-2024
"Hökumət buludu"na keçidlə bağlı daha 9 dövlət qurumu ilə müzakirələr aparılıb

"Hökumət buludu"na keçidlə bağlı daha 9 dövlət qurumu ilə müzakirələr aparılıb

11-12-2021
DOST Agentliyində ictimai dinləmə və müzakirə keçirilib

DOST Agentliyində ictimai dinləmə və müzakirə keçirilib

01-06-2023
Azərbaycanda daha bir neçə dövlət orqanının idarə edilməsi təkmilləşdirilir

Azərbaycanda daha bir neçə dövlət orqanının idarə edilməsi təkmilləşdirilir

18-01-2019
Azərbaycanın elektron vətəndaş cəmiyyəti yaradıldı

Azərbaycanın elektron vətəndaş cəmiyyəti yaradıldı

19-01-2011
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib

15-02-2019
Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi yaradılıb

Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi yaradılıb

24-02-2026
Media İnkişaf Mərkəzi KİV-in monitorinqinə başlayıb

Media İnkişaf Mərkəzi KİV-in monitorinqinə başlayıb

11-06-2009
Ekoloji nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması üçün tədbirlər görüləcək

Ekoloji nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması üçün tədbirlər görüləcək

28-12-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə