Azərbaycanın ən müstəqil İKT portalı olan Xeberler.az-ın Seçki və İKT layihəsi davam edir. Müsahibimiz namizədliyini 20 saylı Nərimanov İkinci Seçki Dairəsindən irəli sürmüş Qubad İbadoğlu Bayramovdur.
- Seçki marafonunda internet və yeni medianın imkanlarından necə istifadə edirsiniz?
- Mən öz təbliğatımın aparılmasında facebookdan geniş istifadə edirəm. Görüşlərim barəsindəki elanları və bir çox məlumatları məhz facebook səhifəmdə yerləşdirirəm. Xüsusilə də mənim televiziyada çıxışımdan sonra rəyləri öyrənmək üçün məhz bu videonu facebooka yerləşdirdim. Öz çıxışımla bağlı bir çox şərhlər əldə etdim. Onu da qeyd edim ki, bizim dairədə internet istifadəçilərinin çoxluq təşkil etməsi facebookda seçicilərlə görüşmək imkanlarımı daha da artırır.
- Azərbaycanda internet son illərdə kütləviləşməyə başlasa da, hələ də elə insanlar var ki, internet haqda anlayışları yoxdur. Sizcə internetdəki təbliğatın effekti olacaqmı?
- Hesab eliyirəm ki, az da olsa bunun effekti olacaq. Ancaq tam effekt əldə etmək üçün ən azı 5 il lazımdır. Bayaq qeyd etdiyim kimi, mənim namizədliyim Bakı şəhərindəndir. Ona görə də, bölgələrə nisbətən bizim ərazidəki internet istifadəçilərinin sayı çoxluq təşkil edir.
- Ümumiyyətlə, maraqlanmısız ki, sizin dairədən olan insanların neçə faizi internetin imkanlarından yararlanır?
- Bu haqda məlumatım yoxdur, ancaq onu deyə bilərəm ki, ən azından 5 nəfərdən birinin internetə çıxışı var.
- Sosial şəbəkələr və bloqlar. Sizcə təbliğat üçün hansı daha üstündür?
- Sosial şəbəkələr daha üstündür. Çünki bloqlarda müəyyən bir auditoriya ilə əlaqə yaratmaq imkanı olur. Ancaq, sosial şəbəkələrdə daha geniş auditoriyaya müraciət etmək imkanları var.
- Seçicilərlə görüşlərinizi bloqunuzda və ya youtube-də yayımlamaq fikiriniz varmı?
Bloqum olmasa da, görüşlərimin video çarxlarını “YouTube” a yerləşdirmişik. Bu da daha effekli olur.
- Internet portallara reklam verəcəksinizmi? Verəcəksizsə hansı şərtləri ödəyən saytlara üstünlük verəcəksiz?
- Təəssüf ki, mənim daha geniş kampaniya aparmaq imkanlarım olmadı. Buna görə də. reklamlarımı portallarda verməmişəm. Mənə elə gəlir ki, Facebook sosial şəbəkəsi məhz reklam üçün də əvəzolunmazdır. Bayaq qeyd etdiyim kimi, burda sənin reklamını bir çox insanın görmək imkanı var.
- Bəziləri düşünür ki, Azərbaycanda siyasi vəziyyət mürəkkəbləşsə facebook, youtube, tvitter kimi saytlara qadağa qoyulacaq. Sizcə belə bir hal ola bilərmi? Əgər olsa nə kimi tədbirlərə əl atacaqsınız?
- Düşünmürəm ki, Azərbaycanda hər hansı bir siyasi vəziyyət gərginləşən zaman, sosial şəbəkələrə qadağalar qoyula bilər. Sosial şəbəkələrin populyarlaşması hər hansı siyasi qanunun verilməsi ilə nəticələnə bilər. Ancaq, ümumiyyətdə bu halın yaşanacağına inanmıram.
- Bu yaxınlarda deputatlığa namizədlərdən biri belə bir təklif irəli sürdü ki, seçkilərdən əvvəl virtual seçki keçirilsin. Onun fikrincə bu addım seçkiləri daha da şəffaf edər. Siz bu fikirlə razısınızmı? Sizcə belə bir şeyə ehtiyac varmı?
- Seçkilərin virtual yolla keçirilməsi mənə elə gəlir ən azı 10 ildən sonra ola bilər. Bu da təbiidir. Çünki internet artıq bizim günlük yaşantımıza çevrilib. Təbii ki, seçkilərin virtual yolla keçirilməsi şəffaflığın nə dərəcə də qorunacağı məsələsini ortaya çıxardır.
- Namized.com saytındakı internet səsverməsində hazırda 4-cü yerdəsiniz. Sizcə 7 noyabrda daha yaxşı nəticə yaşanacaqmı?
- Bu səsvermələrin reaalığı əks etdirməsi biraz şübhə doğurur. Ona görə bu tip səsvermələrə elə də əhəmiyyət vermirəm. Bu səsvermələr ictimai rəyə təsir etmək üçün bir vasitədir. Hətda mən bildiyim qədərilə namized.com kimi bir sıra portallar da belə səsvermələrdən istifadə edir.
- Xeberler.az-ın yeni layihəsi olan “Seçki və İKT” haqqında nə deyə bilərsiniz?
- Bütövlükdə, Azərbaycanda şəffaflıq yönümü nəzərindən hökümətdə yaxşı idarəetmənin inkişafı üçün İKT-nin tətbiqi genişləndirilməlidir. İdarəetmə sitemində və bütövlükdə elektron hökümətin qurulmasında İKT-nin xidmətlərini yüksək qiymətləndirirəm. Xeberler.az portalına gələcək fəaliyyətində uğurlar arzulayıram.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri