Previous Next
Bağla

Ramin Quluzadə keçmiş Nəqliyyat Nazirliyinin binasında olub və nəqliyyatçılarla görüşüb

16-02-2017 15:46
Ramin Quluzadə keçmiş Nəqliyyat Nazirliyinin binasında olub və nəqliyyatçılarla görüşüb

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılıb.

Sərəncam Azərbaycanda dövlət idarəetmə strukturunu təkmilləşdirmək, habelə nəqliyyat, rabitə və yüksək texnologiyalar sahələrində dövlət siyasətini və tənzimlənməsini müasir dövrün tələblərinə uyğunlaşdırmaq və səmərəliliyi artırmaq məqsədilə imzalanıb.

Xeberler.az Unikal.org-a istinadən məlumat verir ki,  artıq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ləğv edilən nazirliyin inzibati binasına gəlib və orada nəqliyyat işçiləri ilə görüşüb.

Görüşdə sabiq nazir Ziya Məmmədov da iştirak edib.

Ramin Quluzadə yeni nazir kimi nəqliyyat işçilərinin qarşısına çıxıb və onlara gələcəkdə görüləcək işlər barədə məlumat verib.

Ziya Məmmədov alqışlarla yola salınıb.

Ramin Quluzadə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında ciddi götərişlər verib. O, Xidmətin rəisi Elnur Abdullayevi də vəzifəsində saxlayıb.

Artıq fevral ayının 20-də keçmiş Nəqliyyat Nazirliyinin strukturlarının fəaliyyəti ilə bağlı ictimayyətə geniş məlumat veriləcək.

Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı Ramin Quluzadənin nəqliyyat işçiləri ilə görüşünü Unikal.org-a təsdiqləyib. O, bildirib ki, təmsil etdiyi qurum bundan sonra Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) kimi fəaliyyət göstərəcək.

Qurum rəsmisi Xidmətin rəisi Elnur Abdullayevin vəzifəsində qaldığını və hər hansı bir dəyişiklik edilmədiyini də söyləyib. Bildirib ki, gələn həftənin ilk iş günü bu barədə ictimayyətə geniş məlumat veriləcək.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Prezident Ramin Quluzadəyə yeni müavin təyin etdi

21-04-2017

İki nazirlik ləğv olundu - Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradıldı

13-02-2017

Nazirliyin kollegiyasının yeni tərkibi təsdiqlənib

16-04-2018

Ramin Quluzadə nazir vəzifəsindən azad edildi

26-01-2021

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin kollegiyasının yeni tərkibi təsdiq edilib

15-10-2018

Nazir Ramin Quluzadə Latviya səfiri ilə görüşüb

16-01-2020

Nazir Ramin Quluzadə Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə görüşüb

01-12-2020

Nazirliyin bəzi dövlət qulluqçuları səmərəli fəaliyyətlərinə görə təltif ediliblər

23-06-2020

Nazir Ramin Quluzadə Dell şirkətinin nümayəndələri ilə görüşüb

22-02-2019

Ramin Quluzadə Özbəkistanın İnvestisiyalar və Xarici Ticarət naziri ilə görüşüb

15-10-2019

Ramin Quluzadə Rumıniyanın Baş nazirinin müavini ilə görüşüb

17-03-2018

Ramin Quluzadə Fransanın Azərbaycana təyin olunmuş səfiri ilə görüşüb

02-10-2019

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin yeni internet saytı istifadəyə veriləcək

04-09-2018

Ramin Quluzadə Ukraynanın İnfrastruktur naziri ilə görüş keçirib

05-12-2019

RYTN-nə yeni nazir təyin olundu-Sərəncam

15-01-2016

Ramin Quluzadə Türkdilli Dövlətlərin Əməkdaşlıq Təşkilatının baş katibi ilə görüşüb

08-09-2020

Ramin Quluzadə İsmayıllıda vətəndaşlarla görüşüb

06-05-2017

Ramin Quluzadə Masallıda vətəndaşlarla görüşüb

14-04-2017

Ramin Quluzadə çinli nümayəndə heyəti ilə görüşüb

18-11-2019

Ramin Quluzadə Avstriyanın vitse-kansleri ilə görüşüb

19-09-2018

Ramin Quluzadə Salyanda vətəndaşlarla görüşüb

15-12-2017

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rusiyada səfərdədir

14-08-2019

Ramin Quluzadə ABŞ-ın nümayəndə heyətini qəbul edib

12-11-2019

Nazir Şəkidə vətəndaşların müraciətini dinləyib

07-07-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə