Previous Next
Bağla

QDİƏT üzvləri İKT sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib

05-12-2018 10:11
QDİƏT üzvləri İKT sahəsində  əməkdaşlıq imkanlarını müzakirə edib

4 dekabr tarixində “Bakutel-2018” 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgi-Konfransı çərçivəsində bu gün Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv dövlətlərinin informasiya və kommunikasiya texnologiyaları sahəsi üzrə iclası keçirilib.

Xeberler.az  bildirir ki, tədbirdə QDİƏT üzv dövlətlərinin müvafiq sahə üzrə rəhbərləri, beynəlxalq təşkilat və qurumların yüksək vəzifəli nümayəndələri iştirak edib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə iclasda çıxışı zamanı bildirib ki, QDİƏT yarandığı gündən İKT sahəsi təşkilata üzv ölkələr arasında iqtisadi münasibətləri stimullaşdıra bilən prioritet istiqamət kimi müəyyənləşdirilib.

“Bugünkü görüşü biz regionumuzda İKT sahəsində əməkdaşlığın nəticələrinin müzakirəsi və perspektiv istiqamətlərinin müəyyənləşdirilməsi üçün yaxşı imkan hesab edirik. Rəqəmli texnologiyalar xüsusilə inkişaf etməkdə olan ölkələrin inkişafının sürətləndirilməsi və onların qlobal iqtisadiyyata inteqrasiyası üçün əlverişli və çevik imkanlar yaradır. Azərbaycanda yüksək texnologiyalar, o cümlədən İKT sahəsinin inkişafı ölkənin iqtisadi və hərtərəfli inkişafı üzrə dövlət siyasətinin prioritet istiqamətidir. Bu gün Azərbaycanda uzunmüddətli inkişaf istiqamətlərindən biri iqtisadiyyatın şaxələndirilməsidir. Bu məqsədlə rəqəmli iqtisadiyyatın formalaşdırılması ilə yanaşı, hazırda rəqəmli hökumətə keçid üzrə Fəaliyyət planı hazırlanır. O cümlədən, İKT infrastrukturunun inkişafına xüsusi diqqət yetirilir”.

E.Vəlizadə bildirib ki, 2020-ci ilədək Azərbaycanın İKT-nin inkişafı üzrə strateji baxışları informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyada öz əksini tapıb. Bu sənəddə müasir stasionar və mobil rabitə texnologiyalarının tətbiqinin genişləndirilməsi, İKT-dən istifadənin artırılması, müxtəlif xidmətlərin göstərilməsi üçün internet resurslarının tutumlarının çoxaldılması, informasiya cəmiyyətinin tələbatının ödənilməsi və rəqəmli iqtisadiyyatın formalaşdırılmasına kömək nəzərdə tutulur.

Nazir müavini qeyd edib ki, Azərbaycan Respublikası bu gün etibarlı və stabil tərəfdaş kimi geniş beynəlxalq əməkdaşlığa aktiv cəlb olunub və iri regional layihələrin həm təşəbbüskarı, həm də iştirakçısıdır. “Əminəm ki, bugünkü görüşdə
müzakirə edilən məsələlər və onlarla bağlı qəbul edilən qərarlar gələcəkdə QDİƏT-ə
üzv ölkələrdə İKT-nin inkişafına xidmət edəcək”.

Daha sonra iclasda QDİƏT regionunda İKT sahəsində əməkdaşlığın mövcud vəziyyəti və yeni əməkdaşlıq imkanları müzakirə olunub. Tədbirin yekunu olaraq QDİƏT regionunda İKT sahəsində əməkdaşlıq haqqında Bakı Birgə Bəyannaməsi qəbul edilib.

Eyni zamanda, nazirlər iclasından əvvəl 03 dekabr tarixində ekspertlər səviyyəsində QDİƏT-in İnformasiya və kommunikasiya texnologiyaları üzrə İşçi Qrupunun iclası keçirilib. İşçi Qrupun iclasında 35-dək, Nazirlər iclasında isə 50-dək nümayəndə iştirak edib.

Qeyd edək ki, Azərbaycan 1992-ci ildən etibarən QDİƏT-in təsisçi üzvüdür. Baş Qərargahı İstanbul (Türkiyə) şəhərində yerləşən təşkilatın 12 daimi və 17 müşahidəçi üzvü var. 2018-ci ilin iyulundan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına Azərbaycan sədrlik edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının nəqliyyat sahəsi üzrə işçi qrupunun iclası keçirilib

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının nəqliyyat sahəsi üzrə işçi qrupunun iclası keçirilib

24-10-2018
Bakıda QDİƏT Xarici İşlər Nazirləri Şurasının iclası işə başladı

Bakıda QDİƏT Xarici İşlər Nazirləri Şurasının iclası işə başladı

14-12-2018
QDİT-ə üzv dövlətlərinin nəqliyyat sahəsi üzrə nazirlər toplantısı keçirilib

QDİT-ə üzv dövlətlərinin nəqliyyat sahəsi üzrə nazirlər toplantısı keçirilib

25-10-2018
Azərbaycan nümayəndə heyəti Beynəlxalq Nəqliyyat Forumunun Sammitində iştirak edib

Azərbaycan nümayəndə heyəti Beynəlxalq Nəqliyyat Forumunun Sammitində iştirak edib

28-05-2019
“ASAN xidmət” və QDİƏT-in Baş katibliyi birgə vebinar keçirib

“ASAN xidmət” və QDİƏT-in Baş katibliyi birgə vebinar keçirib

06-03-2025
“ASAN xidmət”in QDİƏT-lə əməkdaşlığı genişlənir

“ASAN xidmət”in QDİƏT-lə əməkdaşlığı genişlənir

30-01-2025
NRYTN GUAM-ın İKT üzrə işçi qrupunun iclasında təmsil olunub

NRYTN GUAM-ın İKT üzrə işçi qrupunun iclasında təmsil olunub

07-08-2020
Azərbaycan Serbiya ilə İKT sahəsində əməkdaşlığı möhkəmləndirir

Azərbaycan Serbiya ilə İKT sahəsində əməkdaşlığı möhkəmləndirir

28-09-2015
Nazir: “E-ticarət həcminin artırılmasında maraqlıyıq”

Nazir: “E-ticarət həcminin artırılmasında maraqlıyıq”

06-12-2017
İnformasiya Cəmiyyətinin İnkişafı üzrə İşçi Qrupunun iclası keçirilib

İnformasiya Cəmiyyətinin İnkişafı üzrə İşçi Qrupunun iclası keçirilib

17-04-2019
Almatıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası İKT nazirlərinin növbəti görüşü keçirilib

Almatıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası İKT nazirlərinin növbəti görüşü keçirilib

01-02-2019
Bakıda Regional Rabitə Birliyinin Rabitə Administrasiyaları Başçıları  Şurasının 54-cü iclası keçirilib

Bakıda Regional Rabitə Birliyinin Rabitə Administrasiyaları Başçıları Şurasının 54-cü iclası keçirilib

04-12-2018
Türkiyə Azərpoçt-la yeni əməkdaşlığa başladı

Türkiyə Azərpoçt-la yeni əməkdaşlığa başladı

29-11-2016
EU4Digital Bakıda fəaliyyətə başlayır

EU4Digital Bakıda fəaliyyətə başlayır

31-05-2019
Ramin Quluzadə Beynəlxalq Telekommunikasiya İttifaqının konfransında çıxış edib

Ramin Quluzadə Beynəlxalq Telekommunikasiya İttifaqının konfransında çıxış edib

01-11-2018
Sankt-Peterburqda rəqəmli texnologiyaların müasir inkişaf tendensiyaları müzakirə olunub

Sankt-Peterburqda rəqəmli texnologiyaların müasir inkişaf tendensiyaları müzakirə olunub

19-02-2020
İKT sahəsində əməkdaşlıq müzakirə olunub

İKT sahəsində əməkdaşlıq müzakirə olunub

14-03-2019
Azərbaycanla Çexiya nəqliyyat və İKT sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib

Azərbaycanla Çexiya nəqliyyat və İKT sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib

14-09-2018
Koreya Azərbaycanın İKT sahəsinə maraq göstərir

Koreya Azərbaycanın İKT sahəsinə maraq göstərir

20-11-2015
Dövlət və İnformasiya Texnologiyaları üzrə Avrasiya Forumu keçirilib

Dövlət və İnformasiya Texnologiyaları üzrə Avrasiya Forumu keçirilib

06-11-2019
QDİƏT-in Baş katibi “ASAN xidmət”də olub

QDİƏT-in Baş katibi “ASAN xidmət”də olub

15-11-2024
Azərbaycan BMT-nin illik iclasında təmsil olunub

Azərbaycan BMT-nin illik iclasında təmsil olunub

23-09-2019
Azərbaycan İKT sahəsində beynəlxalq simpoziumda iştirak edəcək

Azərbaycan İKT sahəsində beynəlxalq simpoziumda iştirak edəcək

13-10-2015
Bakıda QİƏT-ə üzv-ölkələrin İT nazirlərinin toplantısı keçirilib

Bakıda QİƏT-ə üzv-ölkələrin İT nazirlərinin toplantısı keçirilib

04-11-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə