Previous Next
Bağla

Rəqəmli yayıma keçidlə bağlı yeni dekoderlər sifariş edilib

06-10-2016 13:22
Rəqəmli yayıma keçidlə bağlı yeni dekoderlər sifariş edilib

“Rəqəmli TV yayımını izləmək üçün dekoderlər HD formatını dəstəkləməlidir, əks halda HD formatlı TV proqramlarını izləmək mümkün olmayacaq”.

“Hazırda İdman Azərbaycan, CBC Sport və ATV telekanalları Bakı şəhəri və Abşeron yarımadası ərazisində HD formatında yayımlanır. Yaxın vaxtlarda bu ərazidə Xəzər TV və AzTV telekanallarının da HD formatına keçəcəyi gözlənilir. Bunun ardınca ölkəmizin digər bölgələrində də tədricən HD formatına keçiləcək”.

Bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) Texniki şöbəsinin müdiri İsa Məmmədov deyib.

O qeyd edib ki, yerüstü analoq TV yayımının dayandırılması ilə əlaqədar olaraq TV yayım kanallarının boşalması HD formatında yayımının tətbiq olunmasına əlverişli şərait yaradıb:

“HD formatında yayım apardıqda bir TV yayım kanalında daha az sayda (DVB-T-də on əvəzinə üç) TV proqramı yayımlana bilir və deməli, daha çox TV yayım kanalından istifadə etmək lazım gəlir. Əhalidə istifadədə olan analoq televizorlarla rəqəmli TV yayımını izləmək üçün müvafiq dekoderlərdən (“Set-Top-Box”) istifadə etmək lazım gələcək. Lakin bu dekoderlərin HD formatını dəstəkləməsi çox mühümdür. Əks halda HD formatlı TV proqramlarını izləmək mümkün olmayacaq. Hazırda Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) yeni dekoderlərin alınması üçün 2 şirkətlə danışıqlara başlayıb. Nazirlik tərəfindən Full HD formatlı dekoderlər sifariş olunacaq”.

Qeyd edək ki, Bakı və Abşeron yarımadasında yerüstü yayımlanan ümumölkə TV proqramlarının analoq yayımının 1 noyabr 2016-cı il tarixdən, respublikanın digər bölgələrində yayımlanan TV proqramlarının yerüstü analoq yayımının 1 dekabr 2016-cı il tarixdən etibarən dayandırılması barədə qərar qəbul edilib. Azərbaycan Respublikası ərazisində yerüstü yayımlanan TV proqramlarının analoq TV qəbulediciləri ilə izlənilməsi üçün DVB-T standartına uyğun olan dekoderlərin (“Set-Top-Box”-ların) istifadəsi ilə bağlı maarifləndirmə tədbirlərinin aparılması teleradio yayımçılarına və digər müvafiq qurumlara, eyni zamanda Azərbaycan Respublikasında fəaliyyət göstərən sahibkarlara DVB-T standartına uyğun olan dekoderlərin (Set-Top-Box) satışının təşkilinin təmin edilməsi tövsiyə edilib.(APA)

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Bəzi ərazilərdə analoq yayımın dayandırılması ləngiyə bilər

Bəzi ərazilərdə analoq yayımın dayandırılması ləngiyə bilər

04-10-2016
Nazirlik rəqəmli yayıma keçidlə bağlı əhaliyə müraciət edib

Nazirlik rəqəmli yayıma keçidlə bağlı əhaliyə müraciət edib

31-10-2016
 Yayımçıların rəqəmli yayım üçün ödəyəcəyi məbləğ baha olmayacaq

Yayımçıların rəqəmli yayım üçün ödəyəcəyi məbləğ baha olmayacaq

07-10-2016
Azərbaycanda analoq yayım dayandırılır- Qərar

Azərbaycanda analoq yayım dayandırılır- Qərar

27-09-2016
“Analoq yayım dayandırılandan sonra əhali çətinliklə üzləşməyəcək”

“Analoq yayım dayandırılandan sonra əhali çətinliklə üzləşməyəcək”

13-10-2016
MTRŞ-dan dekoderlərin qiyməti ilə bağlı açıqlama

MTRŞ-dan dekoderlərin qiyməti ilə bağlı açıqlama

02-11-2016
Ölkədə rəqəmli yayıma keçidlə  bağlı Qaynar xətt yaradılıb-Video

Ölkədə rəqəmli yayıma keçidlə bağlı Qaynar xətt yaradılıb-Video

31-10-2016
MTRŞ Azərbaycanda ilk dəfə rəqəmli radio yayımı üçün diapazon ayırdı

MTRŞ Azərbaycanda ilk dəfə rəqəmli radio yayımı üçün diapazon ayırdı

13-05-2019
Dekoderləri necə quraşdırmalı?-Təlimatlar

Dekoderləri necə quraşdırmalı?-Təlimatlar

03-11-2016
Bu avadanlığa görə 3 il gömrük rüsumu alınmayacaq

Bu avadanlığa görə 3 il gömrük rüsumu alınmayacaq

02-10-2016
Rəqəmsal yayım üçün cihazın satışa çıxarılacağı vaxt açıqlandı

Rəqəmsal yayım üçün cihazın satışa çıxarılacağı vaxt açıqlandı

06-01-2012
Rəqəmsal yayıma keçidlə bağlı təlimat hazırlanır

Rəqəmsal yayıma keçidlə bağlı təlimat hazırlanır

10-03-2012
Bu ərazilərdə analoq yayım dayandırıldı

Bu ərazilərdə analoq yayım dayandırıldı

01-11-2016
Bakı və Abşeronda ikinci nəsil DVB-T2 standartlı televiziya yayımına başlanılır

Bakı və Abşeronda ikinci nəsil DVB-T2 standartlı televiziya yayımına başlanılır

14-03-2024
Rəqəmli yayıma keçid bu il başa çatdırılacaq

Rəqəmli yayıma keçid bu il başa çatdırılacaq

15-08-2015
Moldova rəqəmli televiziya yayımına keçidə başlayır

Moldova rəqəmli televiziya yayımına keçidə başlayır

17-06-2015
“16 ümumölkə radio kanalının əlçatanlığı təmin olunacaq”

“16 ümumölkə radio kanalının əlçatanlığı təmin olunacaq”

04-06-2024
Rəqəmsal yayıma keçid ilkin mərhələdə icbari olmayacaq

Rəqəmsal yayıma keçid ilkin mərhələdə icbari olmayacaq

07-10-2011
MTRŞ əhalini dekoderləri alarkən diqqətli olmağa çağırıb

MTRŞ əhalini dekoderləri alarkən diqqətli olmağa çağırıb

01-11-2016
Belarusda analoq yayım dayandırılıb

Belarusda analoq yayım dayandırılıb

15-05-2015
Daha 14  rayonda analoq yayım dayandırılır

Daha 14 rayonda analoq yayım dayandırılır

20-12-2016
Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramıdır

Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramıdır

06-11-2016
6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür

6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür

06-11-2020
Azərbaycanda analoq yayım dayandırıldı-Rəsmi

Azərbaycanda analoq yayım dayandırıldı-Rəsmi

20-12-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə