Previous Next
Bağla

Azərbaycanda analoq yayım dayandırılır- Qərar

27-09-2016 16:26
Azərbaycanda analoq yayım dayandırılır- Qərar

Bu gün Azərbaycan Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.

MTRŞ-da Xeberler.az-a verilən məlumata görə, iclasda rəqəmli yayıma keçidlə bağlı mövcud vəziyyət müzakirə olunub.

İclasda Azərbaycan Respublikası Prezidentinin 20 sentyabr 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 5.1.7-ci bəndinə uyğun olaraq Bakı və Abşeron yarımadasında yerüstü yayımlanan ümumölkə TV proqramlarının analoq yayımının 01 noyabr 2016-cı il tarixdən, respublikanın digər bölgələrində yayımlanan TV proqramlarının yerüstü analoq yayımının 1 dekabr 2016-cı il tarixdən etibarən dayandırılması barədə qərar qəbul edilib.

Azərbaycan Respublikası ərazisində yerüstü yayımlanan TV proqramlarının analoq TV qəbulediciləri ilə izlənilməsi üçün DVB-T standartına uyğun olan dekoderlərin (“Set-Top-Box”-ların) istifadəsi ilə bağlı maarifləndirmə tədbirlərinin aparılması teleradio yayımçılarına və digər müvafiq qurumlara, eyni zamada Azərbaycan Respublikasında fəaliyyət göstərən sahibkarlara DVB-T standartına uyğun olan dekoderlərin (“Set-Top-Box”-ların) satışının təşkilinin təmin edilməsi tövsiyə edilib.

Məsələ ilə bağlı MTRŞ vətəndaşlara müraciət edib. Müraciətdə bildirilir ki, Milli Televiziya və Radio Şurasının 27 sentyabr 2016-cı il tarixli 10 saylı qərarına uyğun olaraq 1 noyabr 2016-cı il tarixdən Bakı şəhəri və Abşeron yarımadasında analoq TV yayımı dayandırılacaq.

Növbəti mərhələdə – 1 dekabr 2016-cı il tarixdən digər bölgələrdə də analoq TV yayımının dayandırılması həyata keçiriləcək.

Televiziya tamaşaçılarından mövcud analoq TV qəbulediciləri vasitəsilə rəqəmli TV yayımının izlənməsi üçün tələb olunan zəruri avadanlığın - dekoderlərin (“Set-Top-Box”-ların) əldə olunması xahiş olunur.

Rəqəmli TV yayımının əsas aşağıdakı üstünlükləri var:

1. Veriliş traktında və TV siqnallarının yazılışı zamanı maneədayanıqlığının yüksək olması.

2. TV vericisinin güjünün azaldılması imkanı.

3. Eyni bir tezlik zolağında veriləcək TV proqramlarının sayının kəskin artması.

4. Təsvirin və səsin janlandırılma keyfiyyətinin artması.

5. Yeni açılış standartı (yüksək aydınlıqlı televiziya) üzrə TV sisteminin yaradılması.

6. Studiya aparatlarının funksional imkanlarının genişləndirilməsi.

7. TV yayım siqnalının tərkibində müxtəlif əlavə məlumatların verilməsi imkanı.

8. İnteraktiv TV yayım sisteminin yaradılması. Bu zaman tamaşaçı veriləjək TV proqramlarına müdaxilə etmək imkanı qazanır.

9. Verilişlərin arxivləşdirilməsi və yazılması imkanı.

10. Verilişin dilinin və subtitrlərin seçilməsi imkanı.

Qeyd edək ki, bu yaxınlarda Nazirlər Kabinetinin qərarı ilə rəqəmli televiziya yayımı üçün avadanlıqlar və onlara aid ötürücü anten fider sistemlərinin gömrük idxal rüsumundan azad edildi.

 

 

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bəzi ərazilərdə analoq yayımın dayandırılması ləngiyə bilər

04-10-2016

“Analoq yayım dayandırılandan sonra əhali çətinliklə üzləşməyəcək”

13-10-2016

Yayımçıların rəqəmli yayım üçün ödəyəcəyi məbləğ baha olmayacaq

07-10-2016

Rəqəmli yayıma keçidlə bağlı yeni dekoderlər sifariş edilib

06-10-2016

Nazirlik rəqəmli yayıma keçidlə bağlı əhaliyə müraciət edib

31-10-2016

Bu avadanlığa görə 3 il gömrük rüsumu alınmayacaq

02-10-2016

Ölkədə rəqəmli yayıma keçidlə bağlı Qaynar xətt yaradılıb-Video

31-10-2016

MTRŞ Azərbaycanda ilk dəfə rəqəmli radio yayımı üçün diapazon ayırdı

13-05-2019

MTRŞ-dan dekoderlərin qiyməti ilə bağlı açıqlama

02-11-2016

Bu ərazilərdə analoq yayım dayandırıldı

01-11-2016

“Teleradio yayımçıları rəqəmli yayıma keçidə hazırdır”

22-09-2016

Dekoderləri necə quraşdırmalı?-Təlimatlar

03-11-2016

Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramıdır

06-11-2016

Rəqəmli yayıma keçid bu il başa çatdırılacaq

15-08-2015

Azərbaycanda analoq yayım dayandırıldı-Rəsmi

20-12-2016

Belarusda analoq yayım dayandırılıb

15-05-2015

Moldova rəqəmli televiziya yayımına keçidə başlayır

17-06-2015

Sabahdan 32 rayonda analoq yayım dayandırılır

09-12-2016

6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür

06-11-2020

Daha 14 rayonda analoq yayım dayandırılır

20-12-2016

Məhkəmə ANS TV-nin yayım lisenziyasını ləğv etdi

29-07-2016

Bakı və Abşeronda ikinci nəsil DVB-T2 standartlı televiziya yayımına başlanılır

14-03-2024

Azərbaycanda 4 telekanalın lisenziyasına xitam verilib

24-05-2021

ANS-in lisenziyasının ləğvi ilə bağlı məhkəmə başlayıb

29-07-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə