Previous Next
Bağla

"Rəqəmsal dünyanı qadınlar üçün təhlükəsiz mühitə çevirək" adlı kompaniya başa çatıb

13-12-2024 14:13
"Rəqəmsal dünyanı qadınlar üçün təhlükəsiz mühitə çevirək" adlı kompaniya başa çatıb

BMT-nin Əhali Fondunun (UNFPA) Yaponiyanın "Takeda Pharmaceutical Company Limited" şirkətinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Qadınlar diqqət mərkəzində: qadınlara qarşı zorakılıq pandemiyası ilə mübarizə” layihəsi çərçivəsində icra edilən 16 Günlük Fəallıq Kampaniyası başa çatıb.

"Rəqəmsal dünyanı qadınlar üçün təhlükəsiz mühitə çevirək!" şüarı altında keçirilən builki kampaniya texnologiya vasitəsilə törədilən gender əsaslı zorakılıqla mübarizə mövzusuna həsr olunub.

Kampaniyanın məqsədi texnologiyaların qadınlara və qızlara qarşı zorakılıq törətmək məqsədilə bir alət kimi istifadə olunması probleminə ictimaiyyətin diqqətini çəkmək, İnternetdən təhlükəsiz istifadə qaydalarını təşviq etmək, habelə geniş əhali kütləsini zorakılıqdan müdafiə mexanizmləri haqqında məlumatlandırmaqdan ibarət olub.

Qeyd etmək lazımdır ki, dünyada qadınların 85%-i texnologiya vasitəsilə törədilən zoraklığa məruz qalıb və ya digər qadınlara qarşı törədilən bu cür zorakılığın şahidi olub. Dünyada qadınların 57%-nin onlayn videoları və ya şəkilləri sui-istifadə və ya təhrif edilib.

UNFPA-nın bu təşəbbüsü qadınların və qızların texnologiyalardan təhlükəsiz istifadə etməsi üçün cəmiyyətin bütün təbəqələrini səfərbər olmağa çağırıb.

Kampaniya çərçivəsində gender bərabərliyi, gender əsaslı zorakılıq , eləcə də texnologiya vasitəsilə törədilən zorakılıqdan müdafiə mexanizmlərinə dair hazırlanmış materiallar müxtəlif platformalar vasitəsilə ictimaiyyətə təqdim olunub.

Eyni zamanda, sosial şəbəkələr vasitəsilə yayımlanan maarifləndirici video materiallar və sosial çarx hədəf auditoriyalarına gender əsaslı zorakılıqla mübarizənin əhəmiyyətini çatdırıb, rəqəmsal zorakılıqdan müdafiə yollarına diqqət çəkib.

16 Günlük Fəallıq Kampaniyasının əsas komponentləndən biri olan məlumatlandırma sessiyaları Bakı, Abşeron-Xızı, Gəncə-Daşkəsən və Qarabağ bölgələrini əhatə edib. Məktəb və icmalarda təşkil edilmiş sessiyalarda qadınlara qarşı texnoloji zorakılığın müxtəlif formaları, o cümlədən, təhqir, təqib, şantaja məruz qalma və şəxsi məlumatların icazəsiz paylaşılması hallarından müdafiə yolları haqqında məlumat verilib. Tədbirlərdə iştirak edən tanınmış influyenserlər sosial şəbəkələrdən istifadə zamanı şəxsi məlumatların paylaşılması ilə bağlı təcrübələrini iştirakçılarla bölüşüb.

Kampaniya çərçivəsində məişət zorakılığından müdafiə ilə bağlı UNFPA tərəfindən hazırlanmış veb-resurs da ictimaiyyətə təqdim olunub. Məişət zorakılığı və gender əsaslı zorakılıqla üzləşmiş şəxslər bu onlayn resurs vasitəsilə müvafiq dəstək xətləri, sığınacaqlar və digər xidmətlər barədə ətraflı məlumat əldə edə bilər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
"Rəqəmsal dünyanı qadinlar üçün təhlükəsiz mühitə çevirək!" kampaniyasına start verilir

"Rəqəmsal dünyanı qadinlar üçün təhlükəsiz mühitə çevirək!" kampaniyasına start verilir

25-11-2024
Gender bərabərliyi hakatonu keçiriləcək

Gender bərabərliyi hakatonu keçiriləcək

11-01-2021
Azercell-in “Oflayn qadınlar” layihəsi beynəlxalq mükafata layiq görülüb

Azercell-in “Oflayn qadınlar” layihəsi beynəlxalq mükafata layiq görülüb

03-03-2026
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb

İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb

26-01-2026
Azercell “Oflayn qadınlar” sosial layihəsini təqdim edir

Azercell “Oflayn qadınlar” sosial layihəsini təqdim edir

25-11-2025
 “Qadın Qaynar Xətti”nin rəsmi təqdimatı baş tutdu

“Qadın Qaynar Xətti”nin rəsmi təqdimatı baş tutdu

09-12-2022
"ECO-nun qadınların texnologiya sahəsində inkişafı ilə bağlı planları hazırdır"

"ECO-nun qadınların texnologiya sahəsində inkişafı ilə bağlı planları hazırdır"

02-07-2025
 “Dünyanın Silikon Vadiləri qadın hüquqları üçün Ölüm Vadilərinə çevrilməməlidir”

“Dünyanın Silikon Vadiləri qadın hüquqları üçün Ölüm Vadilərinə çevrilməməlidir”

07-03-2023
“Qadın Dəstək Xətti”nin ispan dilli təlimatının təqdimatı keçirilib

“Qadın Dəstək Xətti”nin ispan dilli təlimatının təqdimatı keçirilib

27-11-2025
Azercell MWC 2026-da gender inklüzivliyi və sosial təsir təşəbbüslərini təqdim edib

Azercell MWC 2026-da gender inklüzivliyi və sosial təsir təşəbbüslərini təqdim edib

17-03-2026
“Qadın Dəstək Xətti”nə ilk yarım ildə 412 müraciət daxil olub

“Qadın Dəstək Xətti”nə ilk yarım ildə 412 müraciət daxil olub

11-07-2024
Azerconnect Group BMT-nin xüsusi mükafatına layiq görülüb

Azerconnect Group BMT-nin xüsusi mükafatına layiq görülüb

28-06-2024
Azercell-in dəstəyi ilə Quba məktəbliləri üçün təlim keçirilib

Azercell-in dəstəyi ilə Quba məktəbliləri üçün təlim keçirilib

22-05-2019
Azercell-in əsas tərəfdaşlığı ilə Qadın Dəstək Xətt xidməti yaradılıb

Azercell-in əsas tərəfdaşlığı ilə Qadın Dəstək Xətt xidməti yaradılıb

22-08-2022
AzerTelecom şirkəti BMT-nin Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsiplərinə qoşulub   

AzerTelecom şirkəti BMT-nin Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsiplərinə qoşulub  

20-12-2023
“Qızlara ağ yaraşır” layihəsi daha bir beynəlxalq festivalın qalibi oldu

“Qızlara ağ yaraşır” layihəsi daha bir beynəlxalq festivalın qalibi oldu

03-07-2024
İKT-də qadınlar və qızlar

İKT-də qadınlar və qızlar

16-04-2012
Şamaxıda ilk dəfə DigiGirlz konfransı keçirilib

Şamaxıda ilk dəfə DigiGirlz konfransı keçirilib

28-12-2018
Azərbaycan Ordusunda kibertəhlükəsizliyə dair tədbirlər keçirilir

Azərbaycan Ordusunda kibertəhlükəsizliyə dair tədbirlər keçirilir

12-05-2025
“Qadın Dəstək Xətti” 2025-ci ilin ilk yarısında 1300-dən çox müraciət qəbul edib

“Qadın Dəstək Xətti” 2025-ci ilin ilk yarısında 1300-dən çox müraciət qəbul edib

21-07-2025
Hansı ölkədə sahibkar qadınlar daha çoxdur?

Hansı ölkədə sahibkar qadınlar daha çoxdur?

09-03-2018
Sumqayıtda kibertəhlükəsizlik təlimləri təşkil olunub

Sumqayıtda kibertəhlükəsizlik təlimləri təşkil olunub

13-05-2019
“Qadın Dəstək Xətti”nə bu ilin ilk rübündə 500-dən çox müraciət daxil olub

“Qadın Dəstək Xətti”nə bu ilin ilk rübündə 500-dən çox müraciət daxil olub

12-05-2025
“Qadın Dəstək Xətti” son 3 ay ərzində 1094 müraciət qeydə alıb

“Qadın Dəstək Xətti” son 3 ay ərzində 1094 müraciət qeydə alıb

20-10-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə