“Rəqəmsal gələcəyə addım” müsabiqəsi keçirilib

27-12-2023 / 17:04
Elm və Təhsil Nazirliyi, "Alqoritmika" beynəlxalq riyaziyyat və proqramlaşdırma məktəbinin təşkilatçılığı ilə "Kod saatı" qlobal hərəkatı çərçivəsində “Rəqəmsal gələcəyə addım” müsabiqəsi həyata keçirilib. 

 
Nazirlikdən Xeberler.az a bildirilib ki, 3 mərhələdə keçirilən müsabiqə ərzində ADA Universiteti ilə əməkdaşlıq çərçivəsində informatika təmayüllü 10-11-ci sinif şagirdləri üçün infosessiya, həmçinin Quba şəhəri Alekseyevka kənd orta məktəbi və Şəmkir şəhəri M.Füzuli adına tam orta məktəb-liseydə “Kodlaşdırma üzrə açıq qapı” günləri təşkil olunub. 


“Kodlaşdırma üzrə açıq qapı” günlərində 400-dən çox şagird üçün İT mütəxəssisləri və bu istiqamətdə uğurları olan gənclərin iştirakı ilə tədbir təşkil edilib. Tədbirdə şagirdlər mütəxəssislərin təqdimatlarını dinlədikdən sonra onları maraqlandıran sualları ünvanlayıblar.

 
Tədbir müddətində həmçinin müxtəlif interaktiv oyun və viktorinalar təşkil edilib.

 
Qeyd edək ki, "Kod saatı" hərəkatının məqsədi İT sahəsi üzrə məktəblilər  arasında  təşviqat aparmaq və onları məlumatlandırmaqdır.  


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə