Elektron xidmətlərlə bağlı tənzimləyici pilot layihələrin həyata keçirilməsi qaydaları təsdiqlənib

30-04-2026 / 16:45

Azərbaycan Respublikasında rəqəmsal həllərin effektivliyinin qiymətləndirilməsi və elektron xidmətlərin ilkin mərhələdə məqsədəuyğunluğunun müəyyən edilməsi məqsədilə yeni qaydalar təsdiqlənib.

Xeberler.az bildirir ki, bununla bağlı qərar Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə və “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın təsdiq edilməsi haqqında 16 yanvar 2025-ci il tarixli Fərmanın icrası çərçivəsində qəbul olunub.

Qərara əsasən, dövlət orqanları (qurumları) tərəfindən tətbiq olunan rəqəmsal həllərin sahə üzrə effektivliyinin test rejimində qiymətləndirilməsi, eləcə də təqdim edilən elektron xidmətlərin ilkin mərhələdə məqsədəuyğunluğunun müəyyənləşdirilməsi üçün tənzimləyici pilot layihələrin həyata keçirilməsi qaydaları təsdiq edilib.

Sənədə görə, bu pilot layihələr dövlət qurumlarına rəqəmsal xidmətləri geniş tətbiq etməzdən əvvəl onların effektivliyini yoxlamağa, mümkün riskləri qiymətləndirməyə və xidmətlərin daha səmərəli təşkili üçün uyğun mexanizmləri müəyyən etməyə imkan verəcək.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə