Bu ilin yanvar-mart aylarında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") 4,1 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib.
Xeberler.az məlumat verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac İcmalı"nın aprel sayında bildirilir.
Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 2,5% çoxdur.
3 ayda peyk telekommunikasiya xidmətlərini 32 ölkədən 90-a yaxın şirkət idxal edib. 1 il əvvələ nisbətən ölkələrin sayı 7 vahid azalıb. Əsas ixrac istiqamətləri Böyük Britaniya (1,1 milyon ABŞ dolları), Lüksemburq (809,1 min ABŞ dolları), Türkiyə (271,4 min ABŞ dolları), Pakistan (261,1 min ABŞ dolları) və İsveç (187,2 min ABŞ dolları) olub.
Hesabat dövründə "Azərkosmos"un ixrac gəlirlərinin onun ümumi gəlirlərindəki payı isə 65 %-dən 64 %-ə düşüb.
Təkcə martda isə "Azərkosmos" 1,1 milyon ABŞ dollar dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib. Bu isə illik müqayisədə 15,4 % azdır.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları