AzTU İnkubasiya Mərkəzində tələbələrdən ibarət texniki və təşkilati dəstək komandasının yaradılması məqsədilə görüş keçirilib. Görüşdə komandanın strukturu və fəaliyyət istiqamətləri müəyyənləşdirilib, onun mərkəzin işinin daha səmərəli təşkili və koordinasiyasına töhfə verəcəyi vurğulanıb. Komandanın texniki nəzarət, tədbir təşkili, media, dizayn və rəqəmsallaşma istiqamətlərində fəaliyyət göstərəcəyi bildirilib. Eyni zamanda, bu təşəbbüsün tələbələrin praktiki bacarıqlarının inkişafına və innovasiya mühitində daha fəal iştirakına şərait yaradacağı qeyd olunub.
Xeberler.az bildirir ki, Azərbaycan Texniki Universitetinin (AzTU) nəzdində fəaliyyət göstərən İnkubasiya Mərkəzində tələbələrdən ibarət texniki və təşkilati dəstək komandasının yaradılması məqsədilə görüş keçirilib.
Görüş zamanı komandanın strukturunun formalaşdırılması, fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi və mərkəzin iş prosesində rolunun gücləndirilməsi müzakirə olunub. Bildirilib ki, bu komanda işlərin daha səmərəli təşkili, tapşırıqların düzgün bölüşdürülməsi və müxtəlif fəaliyyətlərin koordinasiyalı icrası baxımından mühüm rol oynayacaq.
Məlumata əsasən, dəstək komandası texniki nəzarət, tədbirlərin təşkili, sosial media və dizayn işləri, eləcə də rəqəmsal platformaların kontent idarə olunması istiqamətlərində fəaliyyət göstərəcək. Komanda üzvləri həmçinin tədbirlərin operativ təşkili və iştirakçıların yönləndirilməsində aktiv rol alacaqlar.
Görüş çərçivəsində tələbələrlə müzakirələr aparılıb, onların maraqları öyrənilib və təklifləri dinlənilib. İştirakçılara komandanın fəaliyyət prinsipləri və inkişaf imkanları barədə məlumat verilib.
Qeyd olunub ki, belə bir komandanın yaradılması artan layihə və tədbirlərin effektiv idarə olunmasına, eləcə də mərkəzin fəaliyyətində operativlik və peşəkarlığın artırılmasına xidmət edir. Eyni zamanda, bu təşəbbüs tələbələrin praktiki bacarıqlarının inkişafı üçün mühüm imkan yaradır.
AzTU İnkubasiya Mərkəzinin dəstək komandası aşağıdakı qruplardan ibarətdir:
Sonda qeyd olunub ki, yaradılan bu komanda İnkubasiya Mərkəzinin fəaliyyətinin daha sistemli təşkilinə və tələbələrin innovasiya mühitində fəal iştirakına mühüm töhfə verəcəkdir.


Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları