“Apple” yeni “Ultra” seriyasının bahalı cihazlarını ictimaiyyətə təqdim edəcək.
Xeberler.az məlumat verir ki, “MacRumors” nəşri “Apple”nin insayder hesabatlarını təhlil edərək şirkətin smartfonlar, noutbuklar və digər cihazlar da daxil olmaqla bir sıra qabaqcıl və bahalı cihazlarını ictimaiyyətə təqdim edəcəyini yazıb. Məlumata görə, premium seriyanın flaqman məhsulu sentyabr ayında satışa çıxarılması planlaşdırılan qatlanan “iPhone Ultra” smartfonu olacaq. İkinci cihaz isə OLED sensor ekrana malik “MacBook Ultra” noutbukudur.
“Apple” şirkətinin artıq “Ultra” seriyalı bir neçə cihazı var. Bunlara “Ultra M” seriyalı prosessorlar, “Apple Watch Ultra” ağıllı saatı və “CarPlay Ultra” media sistemi daxildir.
Qeyd edək ki, aprelin sonlarında “Bloomberg” agentliyi “Apple” şirkətinin ən qabaqcıl və ən bahalı “MacBook Ultra” kompüterini təqdim edəcəyini açıqlamışdı.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları