“Rəqəmsal təsvir” dərnəyində İT-dən geniş istifadə olunacaq

22-09-2015 / 17:16

Xəbər verdiyimiz kimi, sentyabrın 22-də Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının Təsviri sənət qalereyasının əsaslı təmirdən sonra açılış mərasimi keçirilib.

Xeberler.az bildirir ki, qalereyada “Rəqəmsal təsvir”  dərnəkləri də fəaliyyət göstərəcək.

Mərasimə dəvət olunan qonaqlar arasında tanınmış informatika müəlliməsi, informatika dərsliklərinin müəllifi Naidə İsayeva da iştirak edib. O, Xeberler.az-a “Rəqəmsal təsvir”  dərnəyinin fəaliyyəti haqqında məlumat verib.

"Təsviri Sənət qalereyasında 7 dərnək fəaliyyət göstərəcək. Bunlardan biri - “Rəqəmsal təsvir” dərnəyidir. Bu dərnəkdə şagirdlər kompüter qrafikası ilə məşğul olacaq. Təsvirlərin 2D, 3D modelləri populyar qrafik redaktorlarda hazırlanacaq".

Naidə İsayevanın sözlərinə görə, günümüzdə texniki vasitələrdə - smartfonlar, orqanayzerlər, dicitayzerlər, stilusla çəkən planşetlərdə rəqəmsal təsvir yaratmaq üçün böyük imkanlar var.

“Rəqəmsal təsvir”  dərnəyində Rastr qrafikasından geniş istifadə olunacaq. Rastra qrafika, başqa sözlə piksel qrafikası şəkillərin skanerləşdirilməsi, rəqəmli fofoaparat, videokamera çəkilişləri vasitəsilə alınır və nöqtələrdən təşkil olunur. Bu da rəqəmsal şəkli, yəni kompüterdə hazırlanmış rəsmi adi rəssamın xolstla çəkdiyi rəsmdən elə də fərqləndirmir. Müasir redaktorlarda şəklin materialını da - karton, kağız, xolst, şüşə və s. imitasiya etmək olur".

Naidə İsayeva sonda onu da qeyd edib ki, qalereyanın bu dərnəyində şagirdlər kompüter texnologiyalardan istifadə edərək öz fantaziyalarını, rəsm qabiliyyətlərini istifadə edərək, sənət əsərləri yaratmağa çalışacaqlar.

 

Ruhəngiz Muradova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə