Dünyanın ən güclü smartfonu hansıdır?

26-10-2015 / 10:55

AnTuTu şirkəti dünyanın ən güclü smartfonlarının yeni reytinqini təqdim edib. Siyahıda birinci yeri sentyabrda rəsmən nümayiş olunan Çinin Meizu PRO 5 qurğusu tutub.

Xeberler.az-ın xarici mətbuata istinadən məlumatına görə, sınaqların nəticələrinə görə, smartfon 76852 bal toplayaraq məhsuldarlığı 72156 bal qiymətləndirilən əvvəlki lider Samsung Galaxy Note 5 modelini qabaqlayıb.

Liderlər beşliyini də Cənubi Koreyanın Samsung şirkətinin istehsalı olan Galaxy S6 edge+, Galaxy S6 və Galaxy S6 edge smartfonları tamamlayır.

Meizu PRO 5 reytinqin əvvəlki lideri Samsung Galaxy Note 5 kimi Exynos 7420 prosessoru bazasında yaradılıb və eyni operativ yaddaşa (4 giqabayt) malikdir. Daha yüksək məhsuldarlığa nisbətən kiçik təsvir ölçüsünə malik 5,7 düymlük displey sayəsində nail olunur.

Meizu PRO 5 qurğusunun təsvir ölçüsü 1980x1020 piksel (FullHD) təşkil etdiyi halda onun rəqibi 2560x1440 piksel (QuadHD) təsvir ölçülü displeylə təchiz edilib.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə