Mingəçevir Dövlət Universitetinin (MDU) ev sahibliyi ilə keçirilən “Regional Universitet-Sənaye Birliyi Sammiti 2025” tədbiri çərçivəsində “UniStartup” müsabiqəsinin yekun mərhələsi olaraq təqdim edilmiş layihələrin qiymətləndirilməsi mərhələsi keçirilib.
Xeberler.az məlumat verir ki, müsabiqəyə Mingəçevir Dövlət Universiteti və regionun digər ali təhsil müəssisələrinin tələbə və magistrantları tərəfindən ümumilikdə 90-dək layihə təqdim edilib. Layihələr “SmartNation”, “HTEC-Invest”, Rəqəmsal İnkişaf Agentliyi və “Synergy Consulting”in ekspertləri tərəfindən qiymətləndirilib. Yekunda Gəncə şəhərindən olan “Tura” komandası I yerdə, “Agrosphera” komandası II yerdə, MDU-nun “Skydog” komandası III yerdə qərarlaşıb. Həvəsləndirici yerlərdə isə “Clinical-MDU”, “Termal ATU” və “Aqrotank-AQRAR” komandaları qərarlaşıb. Qalib komandalar pul mükafatı və hədiyyələrlə təltif ediliblər.



Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları