Azərbaycanda innovativ inkişafa nail olmaqda özəl sektorla yanaşı, dövlət sektoru da mühüm rol oynayır.
Xeberler.az bildirir ki, bunu Bakıda “PAŞA Holdinq” MMC-nin təşkilatçılığı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə keçirilən II İllik İnnovasiya Sammitində nazir Rəşad Nəbiyev bildirib.
“Ölkə prezidentinin bu sahədə imzaladığı sərəncamlar Azərbaycanı innovativ ölkəyə çevirmək məqsədi daşıyır. Bu sahənin inkişafı üçün ixtiraların olması vacibdir. Hazırda belə təşəbbüslər 2% effektiv nəticə verir”, - o deyib.
"Təbii ki, innovasiyaların inkişafı üçün həm də genişzolaqlı internet xidmətləri olmalıdır. Biz 500 mindən çox abonenti yüksəksürətli internetlə təmin etmişik. Bu, 5 il əvvəllə müqayisədə 5 dəfə çoxdur. 2024-cü ilin sonuna qədər ölkəni tamamilə genişzolaqlı internetlə təmin etməyi qarşıya məqsəd qoymuşuq”, - nazir əlavə edib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri