“Reytinq.info – Elektron Sorğu Mərkəzi” fəaliyyətə başladı

29-12-2010 / 00:24

“Azərbayt” – İnternet İstifadəçiləri Birliyinin yeni elektron sorğu mərkəzi fəaliyyətə başlayıb.

Birliyin sədri Şahmar Bayramlının sözlərinə görə, mərkəzin yaradılmasında məqsəd ictimai-sosial araşdırmaların həyata keçirilməsi, mövcud problemlərin öyrənilməsi, müəyyən qurumların əhali qarşısında işinin daha məsuliyyətlə həyata keçirilməsinə təsir göstərilməsidir.

“Uzun müddətdir “Azərbayt” internet istifadəçiləri birliyinin “Reytinq.info – Elektron Sorğu Mərkəzi”nin yaradılması prosesi həyata keçirilirdi. Artıq mərkəzimiz fəaliyyətə başlayıb. www.reytinq.info saytına daxil olaraq hər kəs müəyyən aktual mövzular üzrə tərtib olunan sorğularda iştirak edə bilər. Sorğular ümumiyyətlə cari, rüblük və illik müddətləri əhatə edəcək və mütəmadi olaraq nəticələr ictimaiyyətə açıqlanacaq. Heç bir təqdirdə nəticələr şübhə obyekti ola bilməz. Sorğular gizli aparılır, lakin nəticələrin obyektivliyini göstərən sorğu məlumatları arxivləşdirilir. Eyni komputer və eyni ip ünvandan hər bir sorğuda 24 saat ərzində bir dəfə iştirak mümkündür.”


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə