Previous Next
Bağla

RİNN-də “Lincoln” klubunun nümayəndəsi ilə görüş keçirilib

08-10-2025 12:38
RİNN-də “Lincoln” klubunun nümayəndəsi ilə görüş keçirilib

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov ABŞ-nin Oreync vilayətinin “Lincoln” klubunun beynəlxalq əməkdaşlıq üzrə nümayəndəsi Benni Mor ilə görüş keçirib.

“Lincoln” klubu Kaliforniyanın ən böyük biznes klublarından biridir və onun missiyası biznes nümayəndələri üçün şəbəkələşmə, öyrənmə və imkanlara çıxış mühiti yaratmaqdır.

Xeberler.az bildirir ki, görüşdə Azərbaycan ilə ABŞ arasında yüksək texnologiyalar, nəqliyyat və logistika sahələrində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Bildirilib ki, ölkəmiz bu sahələrdə ABŞ ilə tərəfdaşlığa böyük önəm verir.

Samir Məmmədov Azərbaycanın rəqəmsal inkişaf istiqamətində əldə etdiyi nailiyyətləri diqqətə çatdırıb. Qeyd olunub ki, genişzolaqlı internetə tam çıxışın təmin olunması, “TİER III” səviyyəli data mərkəzləri, SİMA yeni nəsil rəqəmsal imza həlli və “MyGov” platforması Azərbaycanı “çox yüksək” elektron hökumət reytinqi olan ölkələr sırasına çıxarıb.

ABŞ-nin aparıcı İT şirkətlərindən olan “Epam” ilə birgə “MyGov Business” adlı yeni platforma üzərində əməkdaşlığa start verildiyi, bu platformanın dövlət-biznes münasibətlərində vahid pəncərə funksiyası daşıyacağı bildirilib.

Görüşdə “Lincoln” klubuna üzv şirkətlərlə B2B və B2G formatlarda uzunmüddətli əməkdaşlığın təşviqi, şirkətlərin Azərbaycanda nümayəndəliklərinin açılması, insan kapitalının inkişaf etdirilməsi, birgə investisiya qoyuluşu və müştərək vençur fondların yaradılması imkanlarına dair geniş fikir mübadiləsi aparılıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

RİNN-də Çadın rabitə, rəqəmsal iqtisadiyyat və rəqəmsallaşma naziri ilə görüş keçirilib

29-01-2026

RİNN-də ABŞ nümayəndə heyəti ilə görüş keçirilib

12-01-2026

Nazir müavini Rəqəmsal Əməkdaşlıq Təşkilatının 5-ci Baş Assambleyasında iştirak edib

06-02-2026

RİNN-də Koreyanın İKT-nin Təşviqi Assosiasiyasının sədr müavini ilə görüş olub

26-08-2025

RİNN-də ABŞ nümayəndə heyəti ilə görüş keçirilib

18-04-2026

Nazir Britaniyanın elm, innovasiya və texnologiyalar nazirinin müavini ilə görüşüb

05-03-2026

Azərbaycan və ABŞ arasında yeni rəqəmsal platforma yaradılır

12-03-2026

RİNN-də İsrailin Azərbaycandakı səfiri ilə görüş keçirilib

08-01-2026

Yenilənmiş “mygov” rəqəmsal hökumət platformasının təqdimatı keçirilir

17-09-2024

Rəşad Nəbiyev Misirin beynəlxalq əməkdaşlıq naziri ilə görüşüb

15-11-2024

Rəşad Nəbiyev: "MyGov Biznes Platforması" istifadəyə veriləcək

29-09-2025

Nazir müavini Gürcüstanda keçirilən Beynəlxalq Rəqəmsal Bağlantı Sammitində iştirak edib

14-09-2022

Samir Məmmədov: "Azərbaycanda rəqəmsal inkişaf üzrə sürətli transformasiya üçün zəmin yaradılıb"

30-09-2024

Samir Məmmədov: 1 milyon vətəndaş rəqəmsal şəxsiyyət vəsiqəsindən istifadə edə biləcək

04-09-2024

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Moskvada bir sıra görüşlər keçirib

19-05-2021

Azərbaycanda Vençur Kapital Fondu yaradılır

14-06-2022

Yeni nəsil elektron imzanın Azərbaycanda tətbiqi məsələləri müzakirə olunub

25-11-2021

“Mərkəzi Asiya və Qafqaz üçün rəqəmsal bağlantı” mövzusunda seminar keçirilib

18-11-2025

Nazir ABŞ Nəqliyyat Departamenti katibinin köməkçisi ilə görüşüb

09-12-2025

Azərbaycan Şərq Tərəfdaşlığı ölkələri ilə birgə layihələr həyata keçirmək niyyətindədir

19-11-2021

Samir Məmmədov: Hər bir kənd yüksək sürətli internetlə təmin ediləcək

10-10-2024

RİNN-də “Caspian Policy Center”in nümayəndələri ilə görüş keçirilib

08-10-2025

Avstriya və Azərbaycan biznes dairələrinin iştirakı ilə “dəyirmi masa” keçirilib

12-06-2025

Rəşad Nəbiyev Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüşüb

15-04-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə