Previous Next
Bağla

İKTA əməkdaşları Riqada keçirilən SEWG görüşündə iştirak ediblər

21-11-2024 16:28
İKTA əməkdaşları Riqada keçirilən SEWG görüşündə iştirak ediblər

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) əməkdaşları Latviyanın paytaxtı Riqa şəhərində keçirilən Spektr üzrə Ekspertlərin İşçi Qrupunun (SEWG) görüşündə iştirak ediblər.

Xeberler.az məlumat verir ki, sayca 18-ci olan bu tədbirdə müxtəlif ölkələrdən olan spektr tənzimləyiciləri, mühəndislər və beynəlxalq ekspertlər bir araya gələrək telekommunikasiyanın gələcəyini istiqamətləndirəcək önəmli qərar və strategiyaları müzakirə ediblər.

İKTA əməkdaşlarının da iştirak etdiyi müzakirələrdə Rəqəmsal Audio Yayımı (Digital Audio Broadcasting – DAB), DAB+ və Rəqəmsal Multimedia Yayımı (Digital Multimedia Broadcasting – DMB) texnologiyalarının müqayisəli texniki təhlili həyata keçirilib.

Toplantıda hər bir texnologiyanın imkanları müzakirə edilməklə yanaşı, spektrin səmərəli istifadəsi, şəbəkə resurslarının optimallaşdırılması, eləcə də Avropa Telekommunikasiya Standartları İnstitutu (ETSI) və Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) standartlarına uyğunluq məsələlərinə də diqqət yetirilib.

Eyni zamanda bu texnologiyaların fövqəladə hallar zamanı tətbiq imkanları və ictimai təhlükəsizlik sahəsindəki əhəmiyyəti haqqında da məruzələr dinlənib.

Görüşdə, həmçinin yeni radio texnologiyaları ilə bağlı görülən işlər, bu istiqamətdə standartların müəyyən edilməsi, 2027-ci il Ümumdünya Radiokommunikasiya Konfransına (WRC-27) hazırlıq çərçivəsində hədəflər nəzərdən keçirilib. Tədbir iştirakçıları fikir mübadiləsini dəyirmi masa müzakirələri ilə davam etdiriblər.

Bu görüşlərdə əsasən regiona aid aktual spektr məsələləri ətrafında danışıqlar aparılıb. Belə fikir mübadiləsi spektr idarəçiliyində vahid yanaşmanı gücləndirərək, telekommunikasiya sahəsində yaranan ehtiyaclara cavab verən qabaqlayıcı tənzimləyici tədbirlərin əhəmiyyətini bir daha ortaya qoyur.

Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya-kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İKTA və “Huawei” əməkdaşlıq imkanlarını müzakirə edib

25-11-2025

AYİB-in dəstəyi ilə İKTA əməkdaşları üçün təlim keçirilib

31-10-2024

“Şərq Tərəfdaşlığı” ölkələrində radiotezlik spektrindən səmərəli istifadə müzakirə edilib

22-05-2024

Radio avadanlıqların quraşdırılması üçün rəylərin verilməsinə dair geniş müzakirə aparılıb

14-02-2024

İnternetin keyfiyyətini necə qaldırmaq olar?

02-03-2024

İKT sahəsi üzrə dövlət standartları təsdiq edilib

09-12-2025

İnternet xidməti sahəsində tənzimləyici çərçivənin hazırlıq səviyyəsinin təhlili aparılıb

02-02-2024

İKTA operator və provayderlərə düzgün hesabatlılığın aparılması ilə bağlı təlim keçib

05-02-2024

İnternet operator və provayderlərinin fəaliyyəti müzakirə olunub

22-05-2023

İKTA rəsmiləri “EaPeReg”in Ekspert işçi qrupunun Lissabonda keçirilən iclasında iştirak ediblər

13-05-2024

İKTA uyğunluq sertifikatı olmayan avadanlıqlarla bağlı vətəndaşlara xəbərdarlıq edir

09-02-2024

İKTA internet xidməti sahəsində tənzimləyici çərçivənin hazırlıq səviyyəsinin təhlilini yeniləyib

27-02-2025

İKTA operator və provayder əməkdaşları üçün təlim təşkil edib

27-05-2025

İKTA rəsmisi Beynəlxalq Forumda iştirak edib

30-04-2025

İKTA 2023-cü il üzrə hesabatını açıqlayıb

09-04-2024

İKTA 2024-cü il üçün hesabatını açıqlayıb

03-03-2025

İKTA 2025-ci il üçün hesabatını açıqlayıb

17-02-2026

Azərbaycan və Türkiyənin tənzimləyici qurumları birgə layihə icra edəcək

20-11-2025

İnternet xidməti təchizatçılarının nümayəndələri üçün təlim təşkil olunub

14-05-2025

İKTA nümayəndələri Budapeştdə işçi qruplarının iclasında iştirak ediblər

01-05-2026

İKTA və “Temu” nümayəndələri arasında görüş keçirilib

25-02-2025

Azərbaycanın internet provayderləri İKTA-ya Dünya Bankının tələblərinə uyğun hesabat verəcək

30-08-2023

Azərbaycanda 5G Strategiyasının hazırlanması ilə bağlı İşçi Qrupu yaradılıb

12-06-2023

Hesabatlılıqdan yayınan provayderlər cərimələnib

16-04-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə