Previous Next
Bağla

RİNN və “Wonderful” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb

29-10-2026 14:54
RİNN və “Wonderful” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) ilə böyük müəssisələr, eləcə də strateji əhəmiyyətli təşkilatlar üçün süni intellekt əməliyyat sistemi təqdim edən “Wonderful” şirkəti arasında süni intellekt (Sİ) həlləri və əlaqəli rəqəmsal texnologiyalar sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Xeberler.az məlumat verir ki, sənəd “Wonderful” platforması əsasında süni intellekt həllərinin nazirliklərdə, dövlət qurumlarında və dövlət müəssisələrində tətbiqi imkanlarının araşdırılması üçün əməkdaşlıq çərçivəsini müəyyən edir. Əsas məqsəd dövlət xidmətlərinin göstərilməsi üsullarını təkmilləşdirmək, onları daha sürətli, əlçatan, vətəndaşların və biznes subyektlərinin ehtiyaclarına uyğunlaşdırmaq, eyni zamanda dövlət qurumlarının daha səmərəli və genişmiqyaslı fəaliyyətini təmin etməkdir.

Tərəflər vətəndaşlara, biznes subyektlərinə və dövlət qurumlarına xidmət göstərəcək, idarəetmə və nəzarət mexanizmlərinə malik ortaq süni intellekt platformasının yaradılmasını nəzərdə tuturlar. Platformanın Azərbaycanın “Hökumət buludu”nda (G-Cloud) yerləşdirilməsi planlaşdırılır. Bu yanaşma əsasında tərəflər yüksək təsir potensialına malik tətbiq sahələrini birgə müəyyənləşdirəcək, uğurlu həllərin dövlət sektoru üzrə daha geniş tətbiqi imkanlarını nəzərdən keçirəcəklər.

Bakıda keçirilən imzalanma mərasimində rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin (İRİA) sədri Fərid Osmanov, həmçinin “Wonderful” şirkətinin həmtəsisçisi və baş icraçı direktoru Bar Vinklerin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. Nümayəndə heyətində şirkətin Mərkəzi və Şərqi Avropa üzrə idarəedici direktoru Omer Peres, Qafqaz və Mərkəzi Asiya üzrə baş meneceri Vitali Qordon da təmsil
olunub.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov bildirib ki, süni intellektin əsl dəyəri onun dövlət idarəçiliyinin səmərəliliyini artırmaq və insanların dövlət xidmətlərinə çıxışını yaxşılaşdırmaq imkanları ilə ölçülür. “Wonderful şirkəti ilə əməkdaşlığımız çərçivəsində dövlət idarəçiliyini daha səmərəli, çevik və əlçatan edə biləcək həllərin tətbiqi imkanlarını araşdırmağı hədəfləyirik. Bu əməkdaşlıq, həmçinin “Rəqəmsal inkişafın sürətləndirilməsi üzrə 2026–2028-ci illər üçün Fəaliyyət Planı”nın prioritetləri ilə uzlaşır və texnoloji tərəqqinin vətəndaşlar, biznes subyektləri və bütövlükdə iqtisadiyyat üçün real fayda yaratmasına yönəlmiş daha geniş səylərimizin bir hissəsidir”, – deyə nazir müavini qeyd edib.

“Wonderful” şirkətinin həmtəsisçisi və baş icraçı direktoru Bar Vinkler isə Azərbaycan Respublikasını strateji və uzunmüddətli tərəfdaş kimi gördüklərini vurğulayıb. “Bizim məqsədimiz hökumətin, vətəndaşların və strateji əhəmiyyətli təşkilatların süni intellekt sahəsindəki ehtiyaclarını qarşılamağa dəstək olmaqdır. Tərəfdaşlığımızla yanaşı, Bakıdakı yerli komandamızı və fəaliyyətimizi genişləndirməkdən, eləcə də ölkə üzrə süni intellektin tətbiqini sürətləndirməkdən məmnunuq”, – deyə Bar Vinkler bildirib.

Süni intellektin ilkin tətbiq istiqamətləri

Memorandumun imzalanmasından sonra İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin və bir sıra dövlət qurumlarının iştirakı ilə süni intellekt üzrə dəyirmi masa keçirilib. Görüşdə prioritet istiqamətlər üzrə pilot layihələrin hazırlanması və tətbiqi ilə bağlı görülən işlər müzakirə olunub.

“Wonderful” tədbirdə iştirak edən dövlət qurumlarının ehtiyaclarına uyğunlaşdırılmış süni intellekt həllərini nümayiş etdirərək vahid platformasının imkanlarını təqdim edib. Təqdimatlar yaşayış yeri ilə bağlı müraciətlərin yoxlanılması, idxal sənədlərinin təsdiqlənməsi, ailələr üçün Azərbaycan dilində anonim köməkçi, “mygov” xidmətləri üzrə səsli dəstək və ictimai nəqliyyat sərnişinlərinə yardım kimi istiqamətləri əhatə edib.

Bu həllər müxtəlif xidmət sahələrində mövcud proseslərin sadələşdirilməsinə, xidmətlərin daha sürətli və əlçatan olmasına, eləcə də vətəndaş məmnunluğunun artırılmasına yönəlib.

Azərbaycanda yerli potensialın gücləndirilməsi və fəaliyyətin genişləndirilməsi

Tərəflər yerli potensialın gücləndirilməsi, bilik və təcrübə mübadiləsi, eləcə də müvafiq bacarıqların inkişaf etdirilməsi sahəsində əməkdaşlıq barədə razılığa gəliblər.

“Wonderful” Bakıda yerli hüquqi şəxsin yaradılması, yerli mütəxəssislərin işə cəlbi və azərbaycanlı mütəxəssislərin təlimləndirilməsi də daxil olmaqla, Azərbaycana uzunmüddətli perspektivdə investisiya yatırmağı planlaşdırır. Şirkət bu istiqamətdə ilkin öhdəliyinin göstəricisi olaraq Azərbaycanda ilk əməkdaşını artıq işə qəbul edib. Bu addım yerli komandanın formalaşdırılması və ölkədə uzunmüddətli fəaliyyətin qurulması istiqamətində konkret başlanğıcdır.

Məqsəd süni intellekt həllərinin Azərbaycanın uzunmüddətli milli rəqəmsal inkişaf hədəflərinə töhfə verməsini təmin etməkdir. Əməkdaşlıq, həmçinin Azərbaycanın yerli informasiya-kommunikasiya texnologiyaları (İKT) sənayesinin inkişafına və texnologiya sektorunun beynəlxalq rəqabət qabiliyyətinin artırılmasına dəstək göstərilməsini nəzərdə tutur.

Dövlət sektorunda süni intellektin geniş tətbiqi üçün təməlin yaradılması

Dövlət qurumları ilə ilkin əməkdaşlıq Azərbaycanın dövlət sektorunda süni intellektin daha geniş tətbiqinə zəmin yaratmaq məqsədi daşıyır. Bu çərçivədə uğurlu həllərin digər dövlət qurumlarında da tətbiqinin genişləndirilməsi imkanları nəzərdə tutulur.

Memorandum “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın, “Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”nın məqsədlərinə, eləcə də Nazirliyin müasir, vətəndaşyönümlü və məlumatlara əsaslanan dövlət sektorunun formalaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlərə uyğundur.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycan Niderland ilə rəqəmsal transformasiyanın sürətləndirilməsini müzakirə edib

Azərbaycan Niderland ilə rəqəmsal transformasiyanın sürətləndirilməsini müzakirə edib

28-10-2026
RİNN və “SpaceXAI” əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb

RİNN və “SpaceXAI” əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb

01-10-2026
Bakıda süni intellekt sahəsində regional qabaqcıl təcrübə mərkəzi yaradılacaq

Bakıda süni intellekt sahəsində regional qabaqcıl təcrübə mərkəzi yaradılacaq

17-07-2026
Yeni nəsil dövlət idarəçiləri qabaqcıl süni intellekt həllərini öyrənirlər

Yeni nəsil dövlət idarəçiləri qabaqcıl süni intellekt həllərini öyrənirlər

06-07-2026
İRİA ilə İctimai Şura üzvləri arasında görüş keçirilib

İRİA ilə İctimai Şura üzvləri arasında görüş keçirilib

06-07-2026
AZCON Holding və “Amazon Web Services” əməkdaşlığı genişləndirir

AZCON Holding və “Amazon Web Services” əməkdaşlığı genişləndirir

28-07-2026
Rəqəmsal islahatlara dair ictimai dinləmə keçirilib

Rəqəmsal islahatlara dair ictimai dinləmə keçirilib

08-07-2026
Nazir müavini Azərbaycanın intellektual iqtisadiyyat yanaşmasını təqdim edib

Nazir müavini Azərbaycanın intellektual iqtisadiyyat yanaşmasını təqdim edib

25-09-2026
Dünya Bankı ilə rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları dəyərləndirilib

Dünya Bankı ilə rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları dəyərləndirilib

08-10-2026
İnnovasiya ekosisteminə dair qanunvericilik təşəbbüsləri ilə bağlı ictimai dinləmə keçirilib

İnnovasiya ekosisteminə dair qanunvericilik təşəbbüsləri ilə bağlı ictimai dinləmə keçirilib

17-07-2026
Aqrar sahədə süni intellektin tətbiqi müzakirə olunub

Aqrar sahədə süni intellektin tətbiqi müzakirə olunub

06-04-2026
Elm və Təhsil Nazirliyi və OpenAI əməkdaşlığa başlayıb

Elm və Təhsil Nazirliyi və OpenAI əməkdaşlığa başlayıb

29-05-2026
Azərbaycanla Kambocanın rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Azərbaycanla Kambocanın rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

15-10-2026
İRİA: İndiyədək 30 milyondan çox məlumat dürüstləşdirilib

İRİA: İndiyədək 30 milyondan çox məlumat dürüstləşdirilib

28-04-2025
Süni intellekt Strategiyasının məqsədləri məlum olub

Süni intellekt Strategiyasının məqsədləri məlum olub

19-03-2025
Azərbaycan "Microsoft"la Rəqəmsal Bacarıq Mərkəzinin yaradılmasını müzakirə edib

Azərbaycan "Microsoft"la Rəqəmsal Bacarıq Mərkəzinin yaradılmasını müzakirə edib

11-02-2026
RİNN-də “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib

RİNN-də “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib

09-06-2026
Azərbaycan və BƏƏ növbəti Süni İntellekt üzrə əməkdaşlıq edəcək

Azərbaycan və BƏƏ növbəti Süni İntellekt üzrə əməkdaşlıq edəcək

16-09-2025
Bütün dövlət xidmətləri "Mygov" və "Mygov Biznes" ilə göstəriləcək

Bütün dövlət xidmətləri "Mygov" və "Mygov Biznes" ilə göstəriləcək

27-02-2026
Rəqəmsal inkişaf planı təsdiqləndi – Nələr gözlənilir?

Rəqəmsal inkişaf planı təsdiqləndi – Nələr gözlənilir?

02-03-2026
ABŞ-in İT və rəqəmsal transformasiya şirkəti Azərbaycana gəlir

ABŞ-in İT və rəqəmsal transformasiya şirkəti Azərbaycana gəlir

12-08-2025
İRİA “Mastercard”la Anlaşma Memorandumu imzalayıb

İRİA “Mastercard”la Anlaşma Memorandumu imzalayıb

08-05-2026
İİTKM süni intellektin tətbiqinə dair beynəlxalq seminar təşkil edib

İİTKM süni intellektin tətbiqinə dair beynəlxalq seminar təşkil edib

30-10-2025
Mərkəzi Bank süni intellekt və rəqəmsal həllərin tətbiqini genişləndirir

Mərkəzi Bank süni intellekt və rəqəmsal həllərin tətbiqini genişləndirir

15-07-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə