Pepper adlı robot Yaponiyada rəsmən orta məktəbə qəbul edilib. Kibernetik qurğu bundan sonra uşaqlarla birlikdə təhsil alacaq.
Xeberler.az xarici mətbauta istinadən məlumat verir ki, bu münasibətlə məktəbdə tədbir keçirilib. Pepper heç vaxt insanların təhsil aldığı məktəbə qəbul olunacağını düşünmədiyini bildirərək var qüvvəsi ilə çalışacağına söz verib.
Yapon və ingilis dillərində danışan robotdan əsasən ingilis dili dərslərində istifadə nəzərdə tutulur. Yaponiyanın Softbank Corp mobil rabitə şirkəti tərəfindən hazırlanan Pepper hələ ki, bank və mağazalarda müştərilərə xidmət göstərəcək.
İstehsalçılar bildiriblər ki, robot insan emosiyalarını tanımağa imkan verən kamera və sensorlarla təchiz edilib. Pepper vəziyyətdən asılı olaraq, zarafata cavab olaraq gülə və ya sahibini sakitləşdirə bilər. Bundan əlavə, Pepper dayə, xəstə baxıcısı və ya adi həmsöhbət funksiyasını yerinə yetirir. Robotu təlimatlandırmaq mümkündür.
Qeyd edək ki, ötən ilin iyun ayında robotun ilk min ədəd nümunəsi 1 dəqiqə ərzində 214 ienə (1,9 min dollar) satılıb.
Robotların istehsalını və tətbiqini fəal şəkildə təşviq edən Yaponiya hökuməti ölkənin dünya iqtisadiyyatının bu sahəsində lider mövqe tutacağına ümid edir. Bu məqsədlə dövlət büdcəsindən kibernetik işçilərdən istifadə edən şirkətlərə subsidiyalar ayrılır.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri