ABŞ-ın hüceyrələrlə iş üçün nəzərdə tutulan Smart Tissue Autonomous Robot (STAR) ağıllı avtonom robotu tarixdə ilk dəfə canlı orqanizmin yumşaq toxumalarında əməliyyat keçirərək bağırsaq anastomozuna tikiş qoymağa (nazik bağırsaq elementlərinin birləşdirilməsi) nail olub.
Xeberler.az RYTN-in elektron xəbər xidmətinə istinadən məlumat verir ki, hazırda robotlar cərrahları tam əvəz edə bilmir.
Belə ki, robotlar kəsmə, sapları keçirmə və düyünləmə əməliyyatlarını dəqiq yerinə yetirsələr də, onların vizual sistemləri keyfiyyət baxımından ürəkaçan deyil.
Robotların daxili orqanlar, qan damarları və digər insan orqanizmi elementləri arasında sərhədləri yaxşı seçə bilmədiyindən onlar indiyədək aparılan əməliyyatlarda yalnız insanlara yardımçı rolunda çıxış ediblər.
Lakin STAR bu problemi yaxın infraqırmızı diapazonda flüoressensiya və plenoptik vizullaşdırma texnikası sayəsində qismən həll edə bilib.
Belə ki, avtonom robot bir neçə videokamera təsvirini müqayisə etməklə dünyanın üçölçülü modelini yaradıb. Öz hərəkətlərinə maksimum dəqiqliklə nəzarət etmək üçün STAR səkkiz dərəcəli müstəqilliyə malik manipulyatordan istifadə edib.
Bildirilir ki, STAR insanın rəhbərliyi altında bağırsaq anastomozuna tikişləri cərrah həkimlər kimi yaxşı qoya bilib. Lakin robot bütün bu manipulyasiyalar üçün beş dəfə çox vaxt sərf edib.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri