Previous Next
Bağla

Robotlaşdırma dünya ölkələrinə necə təsir edəcək?

01-06-2017 13:00
Robotlaşdırma dünya ölkələrinə necə təsir edəcək?

Robotexnikanın inkişafı Almaniya və Yaponiyada demoqrafik problemləri həll edəcək.

Xeberler.az İnformasiya Texnologiyaları İnstitutuna istinadən məlumat verir ki, Almaniya və Yaponiyada yaşlı əhalinin sayının ilbəil artması gələcəkdə bu ölkələrdə işçi qüvvəsinin kəskin çatışmazlığına gətirib çıxara bilər.

Mood reytinq agentliyinin  ekspertləri əmindirlər ki, robot texnikasının tətbiqi bu problemin həllinə kömək edəcək.

Almaniya və Yaponiyada uzunömürlülük və doğum sayının azalması iqtisadi inkişaf üçün neqativ nəticələrə səbəb olur. Əhalinin 65 yaşdan yuxarı olan hissəsi ildən-ilə artır, işçi qüvvəsinin faizi isə azalır. Lakin hər iki ölkənin iki əsas üstünlüyü vardır ki, onlar  iqtisadi problemlərin həllində böyük rol oynayacaq.  Belə ki, Almaniyada şəxsi istehsal mallarının ixracı ümumi daxili məhsulun üçdə birini təşkil edir.  Yaponiyada bu göstərici 12%-ə bərabərdir. Eyni zamanda hər iki ölkə robotexnika istehsalının tətbiqi üzrə liderlik edir. Məhz istehsalın robotlaşdırılması Almaniya və Yaponiyada malların istehsalı və iqtisadi artım tempini sabit saxlamağa kömək edəcək.

 ABŞ, Çin və Cənubi Koreya da sənaye robotlarının tətbiqinə görə liderlər siyahısındadır. Hər üç dövlətdə uzunömürlülük artır. Məhz robot texnikasının tətbiqi demoqrafik böhranın mənfi nəticələrini azaldacaq.

Bildirilir ki, yeni bazar şəraitində uduzmuş tərəflər də olacaq. Buraya iqtisadiyyatı yüksək texnologiya mallarının ixracına görə inkişaf etmiş ölkələr daxildir. “Bloomberg” nümunə olaraq Macarıstan, Çexiya və Slovakiyanı göstərib. Belə ki, bu ölkələrdə yüksək texnologiya sahəsində istehsal mallarının ixracı ümumi daxili məhsulun  50%-dən çoxunu təşkil edir.

Robotların kütləvi tətbiqindən əmək haqqının aşağı olduğu ölkələr də zərər çəkəcək. Məsələn, Vyetnam, Malayziya, İndoneziya və Braziliya yüksək risk qrupuna daxildirlər. Taylandda yüksək texnologiya mallarının ixracı ümumi daxili məhsulun 30, Malayziyada 35, Vyetnamda isə 31 faizini təşkil edir.  İxracın əsas hissəsi robot texnikasının ən böyük idxalçısı hesab edilən Çinə “hərəkət edir”.

Robotlaşdırma əhalinin əsas hissəsinin sənaye sektorunda işlədiyi ölkələrə də xeyir gətirməyəcək. Moody analitikləri güman edirlər ki, istehsal prosesləri yüksəktexnologiyalı avadanlıqları olan zavodlarla əvəz ediləcək: “İnkişaf edən iqtisadiyyatlar ixracat bazarında öz payını itirəcək, çünki yeni texnologiyalar istehsal üsulları və ticarət prinsiplərini dəyişdirəcək”, deyə – Bloomberg şirkətinin nümayəndəsi bildirib.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Robotların satışı 27 faiz artıb

Robotların satışı 27 faiz artıb

27-04-2015
Yaponiyada ilk kuryer robot sınaqdan keçirilir

Yaponiyada ilk kuryer robot sınaqdan keçirilir

27-07-2020
“Texnologiyaların tətbiqi iqtisadiyyatın inkişafında mühüm rol oynayır”

“Texnologiyaların tətbiqi iqtisadiyyatın inkişafında mühüm rol oynayır”

25-04-2018
Yaponiyalılar ən kiçik insanabənzər robot təqdim ediblər

Yaponiyalılar ən kiçik insanabənzər robot təqdim ediblər

14-10-2008
Yaponiyada hər bir vətəndaşın 12 rəqəmli şəxsi nömrəsi olacaq

Yaponiyada hər bir vətəndaşın 12 rəqəmli şəxsi nömrəsi olacaq

05-10-2015
Yer kürəsinin hər ikinci sakini İnternetdən istifadə edəcək

Yer kürəsinin hər ikinci sakini İnternetdən istifadə edəcək

27-05-2015
Nokia Yaponiyadan gedir

Nokia Yaponiyadan gedir

27-11-2008
Ümumi daxili məhsulun 2,2 faizi informasiya və rabitə xidmətlərində yaradılıb

Ümumi daxili məhsulun 2,2 faizi informasiya və rabitə xidmətlərində yaradılıb

15-04-2015
Bir sıra ölkələrdə "X"in işində problemlər yaranıb

Bir sıra ölkələrdə "X"in işində problemlər yaranıb

02-07-2025
Nokia uçurumun kənarında...

Nokia uçurumun kənarında...

01-12-2008
“Süni intellekt orta təbəqəni iş yerlərindən məhrum edəcək”

“Süni intellekt orta təbəqəni iş yerlərindən məhrum edəcək”

13-12-2016
Samsung-dan insanabənzər robot

Samsung-dan insanabənzər robot

27-02-2018
Universitetə qəbul olan robot

Universitetə qəbul olan robot

30-11-2015
AMEA-nın "Yüksək Texlonogiyalar Parkı"nda diod və mikrosxem istehsal ediləcək

AMEA-nın "Yüksək Texlonogiyalar Parkı"nda diod və mikrosxem istehsal ediləcək

10-01-2022
Robot prezident seçkilərində iştirak edəcək

Robot prezident seçkilərində iştirak edəcək

11-12-2017
Qlobal smartfon bazarı üzrə proqnoza yenidən baxılıb

Qlobal smartfon bazarı üzrə proqnoza yenidən baxılıb

17-08-2015
Elektron komponentlər rəqəmsal ticarətin hərəkətvericisinə çevrilib

Elektron komponentlər rəqəmsal ticarətin hərəkətvericisinə çevrilib

30-01-2026
Robot texnikası bazarının həcmi 135 milyard dollara yaxınlaşacaq

Robot texnikası bazarının həcmi 135 milyard dollara yaxınlaşacaq

29-02-2016
Robot tarixdə ilk dəfə Böyük Britaniya parlamentində çıxış edib

Robot tarixdə ilk dəfə Böyük Britaniya parlamentində çıxış edib

18-10-2018
Dünyada robot bazarı genişlənir

Dünyada robot bazarı genişlənir

21-08-2015
ABŞ Çin robotlarının idxalına nəzarəti gücləndirir

ABŞ Çin robotlarının idxalına nəzarəti gücləndirir

24-06-2026
Yaponiyada robot-müəllim yaradılıb

Yaponiyada robot-müəllim yaradılıb

14-03-2009
Azərbaycanda sənaye istehsalı 40 mlrd. manata yaxınlaşıb

Azərbaycanda sənaye istehsalı 40 mlrd. manata yaxınlaşıb

15-08-2023
iPhone  Yaponiyada uğur qazana bilmir.

iPhone Yaponiyada uğur qazana bilmir.

13-09-2008





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə