Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə rus dilində Qarabağ ədəbiyyatı elektron toplusu hazırlanır.
Mədəniyyət və Turizm Nazirliyindən Xəbərlər-ə verilən məlumata görə, Effektiv Təşəbbüslər Mərkəzi İctimai Birliyinin həyata keçirdiyi layihə orta əsrlərdən müasir dövrədək Qarabağda yaşayıb-yaratmış 100-dən çox şair, yazıçı və mütəfəkkirin bioqrafiyası, yaradıcılığı və əsərlərindən nümunələri ilk dəfə toplu halında rusdilli oxuculara təqdim edəcək. Toplu İctimai Birliyin 2009-cu ildən həyata keçirdiyi www.azerbaycanli.org - milli eyniyyətdən qlobal dünyaya pəncərə layihəsinin növbəti mərhələsidir. Qarabağ ədəbiyyatı toplusu www.azerbaycanli.org saytının rus versiyasında yerləşdiriləcək.
Mədəni irs hər bir xalqın yaşadığı torpaqda tarixini, qədimliyini sübut edən başlıca meyardır. Əzəli yurd yerimiz olan Qarabağda yaşayıb-yaratmış mütəfəkkir və ədiblərin zəngin irsi də bu baxımdan xüsusilə dəyərlidir. Bu irsin öyrənilməsi, tədqiq və təbliğ olunması, müxtəlif xarici dillərdə dünyaya çatdırılması böyük əhəmiyyət daşıyır. Rus dilində Qarabağ ədəbiyyatı toplusu da bu məqsədə xidmət edir.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri