“Roskomnadzor” “Telegram”ın işini məhdudlaşdırmağa başlayacaq.
Xeberler.az APA-ya istinadən bildirir ki, bu barədə RBK öz mənbələrinə istinadən məlumat yayıb.
İki mənbənin sözlərinə görə, “Roskomnadzor” bu gün xidmətin işini qismən məhdudlaşdırmaq üçün tədbirlər görməyə başlamağı planlaşdırır.
Başqa bir mənbə isə məsələ ilə bağlı tədbirlərin artıq qəbul edildiyini bildirib.
Qeyd edək ki, artıq ikinci gündür Rusiyadakı istifadəçilər messencerdəki fasilələrdən, o cümlədən media fayllarının yüklənməsindəki problemlərdən şikayətlənir.
Bir müddət əvvəl Dövlət Dumasının deputatı Mixail Delyaqin Rusiyada “Telegram”ın 2026-cı ilin sentyabr ayında tamamilə bloklanacağını bildirib.
Xatırladaq ki, Rusiyada "Facebook", "Instagram", "WhatsApp" və "YouTube" şəbəkələri tam bloklanıb.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları