Samsung S3600 təqdim edildi

12-12-2008 / 08:30

Samsung S3600 incə dizaynı ilə göz alan metallik səthi də yeni xüsusiyyətlərlə zəngin olan görünüşünü gücləndirir. Cib telefonunun qapağı açıldığında isə ünsiyyət, multimedya və rabitə ehtiyaclarınızın hamısını qarşılaya biləcəyiniz xüsusiyyətlər sizi gözləyir.

 

Yalnız göz zövqünüzə xitab edən bir cihaz olmaqla qalmayan S3600; sizi ünsiyyət dünyasına da bağlayan yüksək performanslı bir mobil cihaz. Bluetooth 2.0 + EDR və USB 2.0 əlaqələri ilə ətrafınızdakı bütün cihazlarla asanca və kəsilməz bir şəkildə əlaqə qura bilərsiniz.

 

Cazibədar, metallik görünüşü və geniş 2.2” TFT ekranı ilə Samsung S3600ün bütün detalları təsiredici xüsusiyyətə sahibdir. İncə gövdəsi zərifliyi əks etdirərkən, Samsung S3600 gerçək mükəmməl görünüşün içində ən yaxşı mobil funksiyaları təqdim edir.

 

Hər bir telefon istifadəçisinin diqqətini cəlb edən bir cib telefonu olan Samsung S3600 əyləncəyə istiqamətli bir çox multimedya xüsusiyyəti də təqdim edir. 1.3 megapiksel kamera ilə videolarınızı yüksək görünüş keyfiyyəti ilə qalıcı edə bilər; musiqi və FM radio dinləyə bilər, FM radio yazıcı ilə dinlədiklərinizi telefonunuza yaza bilərsiniz. Samsung S3600 əyləncə ehtiyaclarınıza istiqamətli inkişaf etmiş, uyğunluq və istifadə asanlığını 250 saat gözləmə müddəti olan batareya ilə təqdim edir.

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə