Motosiklet sürən robot- Motobot

02-11-2015 / 12:07

Yaponiyanın paytaxtı Tokioda  təşkil edilən və bütün dünyanın diqqətini özünə cəlb edən "Tokyo Motor Show" da maraqlı texnologiyalar təqdim edilib.

Ən maraqlısı isə motosiklet  şirkəti  Yamaha-nın  insanabənzər  motosiklet sürəbilən  robot təqdim etməsi olub.

Xeberler.az xarici mətbuata istinadən  məlumat   verir ki,  şirkət Motobot adını verdiyi insanabənzər   robotun məqsədinin motosiklet sürmək və insanlardan daha yaxşı bir rekord əldə edə etmək olduğunu açıqlayıb.

Belə ki, Yamaha YZR-M1-in üstündə yerləşdirilən  robotun  motosikletdə  qaz, əyləc və çarxı idarə etməsi tam bir insan fəaliyyətini xatırladır.

Qeyd edək ki, Motobot artıq indidən dünyada özü haqda səs-küy yaradaraq geniş marağa səbəb olub.

Şirkət qeyd edib ki, bu layihənin məqsədi  robotları yarışdırmak deyil,  motosiklet sürmək  texnkilarını inkişaf etdirmək və sürücü təhlükəsizliyini artırmaqdır.

Məltəm Talıbzadə 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə