Yer kürəsi əhalisinin yarısı 30 il sonra işsiz qalacaq. Çünki əvvəllər yalnız insanın görə bildiyi işləri artıq robotlar yerinə yetirəcək. Belə bir bəyanatla Hyustondakı Rays Universitetinin professoru Moşe Vardi çıxış edib.
Xeberler.az xarici mətbuata istinadən məlumat verir ki, amerikalı tədqiqatçının sözlərinə görə, ağıllı maşınlar öz vəzifələrinin öhdəsindən insandan da yaxşı gələcək. İlk növbədə, robotlar xidmət və informasiya texnologiyaları sahələrində hakim mövqe tutacaq.
Rusiyalı robot texnikləri bildirirlər ki, hazırda robot-avatarların hazırlanması ilə məşğuldurlar. Onlar beynəlxalq kosmik stansiya (BKS) heyətinin dəyərli üzvləri olacaq və kosmosda maneəsiz işləyə biləcəklər. Alimlərin rəyincə, yaxın gələcəkdə Günəş sistemi planetlərinin məskunlaşdırılması məsələsi tam real olacaq.
Robot texnologiyasının inkişafı elə intensiv gedir ki, artıq heç kimi pilotsuz təyyarələr və dronlarla heyrətləndirmək mümkün deyil. Məsələn, Yaponiyada robotlarla kafedə, yaxud mehmanxanalarda qarşılaşmaq olar. Ağıllı maşınlar xidmətdə insandan əsla geri qalmırlar. Alimlərin sözlərinə görə, növbəti addım robotlara kitab oxumağı öyrətmək olacaq.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri