Smartfon istehsalçılarından biri olan Alcatel şirkəti də ağıllı saat istehsalına başlayıb.
Xəbərlər-in Report-a istinadən verdiyi məlumata görə, Alcatel Onetouch adlanan saatlar telefonu cibindən çıxarmadan istifadə etmək istəyən insanlar üçün əlverişli bir texnika olacaq.
Qayışın daxilinə yerləşdirilmiş USB çipi ilə ağıllı saat həm enerjini daha uzun müddət saxlayacaq, həm də istifadəçilərin qaçanda və ya yeriyəndə istərlərsə addımlarını sayacaq, yuxu qrafiklərinə nəzarət edə və xərclədikləri kalori miqdarını da müəyyən edə biləcək.
Həm idman, həm də klassik üslubda istehsal edilən saatlar müxtəlif rənglərdə poladdan hazırlanıb. Ağıllı saatları artıq sentyabr ayında satışa çıxarılacaq.
Xeberler.az
Rəsmilərin sosial mediaya gəlişi nəyi dəyişəcək ?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Rəqəmsal əsrdə yeni həyat tərzimiz... Elektron arayışlar
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət